Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-109/2025 11.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı X3 nümayəndəsi X2 vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı X3 nümayəndəsi X2 Cavabdeh qarşı “torpaq sahəsində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 nümayəndəsi X2 Cavabdeh qarşı “torpaq sahəsində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsində inşa etdiyi tikilinin və hasarın cavabdehin hesabına sökülməsini müəyyən edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən iddiaçı X3 nümayəndəsi X2 vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 nümayəndəsi X2 Cavabdeh qarşı “torpaq sahəsində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-109/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-109/2025
11.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver