Məhkəmə qərarları › İş №e-2(066)-1124/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1124/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1124/2025 01.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi: İşin halları:

1. Göygöl rayonu Çaykənd bələdiyyəsinin 19 fevral 2025-ci il tarixli, 1 nömrəli protokolundan 1985-ci il təvəllüdlü Cavabdeh Göygöl rayonu Çaykənd bələdiyyəsinin sədri seçildiyi müəyyən olunur. Habelə, Çaykənd bələdiyyəsinin 19 mart 2025-ci il tarixli, 02 nömrəli qərarı ilə qəbul edilmiş nizamnaməsinin 3.11-ci bəndinə əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyə sədri rəhbərlik edir.

2. Hüquqi şəxs haqqında məlumatda Göygöl rayonu Çaykənd bələdiyyəsinin rəhbərinin Cavabdeh olması qeyd olunur.

Məhkəmə icraatı:

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı məhkəməyə elektron qaydada ərizə verərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə, 95 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2402,58 manat, İşsizlikdən sığorta fonduna olan 40,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 392,37 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxx 1985-ci il, Doğulduğu yer – Ermənistan, Vardenis, Qoşabulaq, Şəxsiyyəti təstiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Azərbaycan Respublika Göygöl rayonu Çaykənd bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 95 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 95 manat) , İcbari Tibbi Sığorta Fonduna 392,37 manat, İşsizlikdən sığorta fonduna 40,76 manat, Dövlət Sosial Müdafiə Fonduna 2402,58 manat olmaqla, ümumilikdə 2836,66 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********786800, xx.xx.2025-ci il tarixli **********365800, xx.xx.2025-ci il tarixli **********043400, xx.xx.2025-ci il tarixli **********046100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında ərizəçi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmiş,maraqlı şəxs isə iştirak etməmişdir.

6. AR MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarı: Vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki ərizə təmin edilməlidir.

10. Belə ki, İş materillarında olan 21 yanvar 2025-ci il tarixli **********2, **********6, **********1, 30 iyul 2024-cü il tarixli **********8 nömrəli bildirişlərdən görünür ki, Göygöl rayonu Çaykənd bələdiyyəsi müvafiq olaraq 42,95 manat maliyyə sanksiyası, 2402,58 manat məcburi dövlət sosial sığorta haqqı üzrə, 96,10 manat işsizlikdən sığorta haqqı üzrə, 384,41 manat icbari tibbi sığorta haqqı üzrə yaranmış borcla bağlı 5 gün müddətində ödəniş edilməsi ilə bağlı xəbərdar olunmuşdur.

11. 04 iyul 2025-ci il tarixli, **********119100 nömrəli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, şəxs 0,95 manat vergilər üzrə, 2680,69 manat məcburi dövlət sosial sığorta haqları üzrə, 45,91 manat işsizlikdən sığorta haqqı üzrə, cəmi 3184,11 manat borcun 15 gün ərzində ödənilməsi barədə xəbərdar olunmuş, əks halda ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

12. Təqdim edilən Göygöl rayonu Çaykənd bələdiyyəsinə dair faiz hesablanmasının açıqlanması cədvəlindən borcun xx.xx.2025-ci il tarixdən mövcud hesablama əsasında aparılması müəyyən olunur.

13. “21 iyul 2025-ci il tarixli, **********4 nömrəli sərəncamdan görünür ki, 2941,13 manat büdcəyə olan qalıq və faiz borcuna dair bu sərəncam icraya qəbul edildikdən sonra əvvəlki bütün alınmalı sərəncamların icrası dayandırılması barədə emitent və benefisiara göstəriş verilmişdir.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

15. Göründüyü kimi Göygöl rayonu Çaykənd bələdiyyəsi yerli özünüidarə olmaqla dövlət büdcəsinə, məcburi sosial sığorta haqqı üzrə, işsizlikdən sığorta haqqı və icbari sıöorta haqqı üzrə qalıq borc məbləği mövcud olmuş, bələdiyyə sədrinə aranmış borcla bağlı xəbərdarlıq edilsə də ödəniş edilməmişdir.

16. Məhkəmə xüsusi olaraq vurğulayır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarında əks olunan mövqeyə əsasən hazırki vergi ödəyicisi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxs olduğundan onun nizamnamə ilə icra orqanı rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması hazırki halda məhkəmənin aidiyyətindədir.

17. Göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxs Göygöl rayonu Çaykənd kəndi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu vardır. İcra orqanın rəhbərinə dövlət büdcəsinə vergi borcunun olması və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilsə də, dövlət büdcəsinə olan vergi borcları ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu Göygöl rayonu Çaykənd bələdiyyəsinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır.

18. AR MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

Nəticə hissə:

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin olunsun. Göygöl rayonu Çaykənd bələdiyyəsinin dövlət büdcəsinə olan 95 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2402,58 manat, İşsizlikdən sığorta fonduna olan 40,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 392,37 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh (Doğulduğu tarix xx xxx 1985-ci il, Doğulduğu yer – Ermənistan, Vardenis, Qoşabulaq, Şəxsiyyəti təstiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəsini alır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar