Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1130/2023 08.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fakt təsdiqinə dair xüsusi icraat qaydasında mülki işə 08 sentyabr 2023-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fakt təsdiqinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edib, JN-106A, KOD 50810018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X4” və “ X15” (X6 və X7 ilə eyni şəxs olması) olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə mərhum nənəsi X4 və mərhum dayısı X10 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı JN-106A, KOD 50810018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də mövcuddur. Lakin qeyd edilən şəhadətnamədə həm nənəsinin, həm də ki, dayısının soyad və ata adlarında səhvə yol verilmişdir. Belə ki, nənəsinin soyadı Hüseyinova, adı Cəmilə, ata adı isə İsrəfil, dayısının soyadı Həsənov, adı Elşən, ata adı isə Nərmandır. Belə olmağına baxmayaraq, şəhadətnamədə səhvən nənəsinin soyadı, Hüseynova, ata adı isə İsrafil, dayısının soyadı Hüseynov, ata adı isə Qəhrəman yazılmışdır. Hazırda həmin səhvin düzəldilməsi qeyri-mümkün olduğundan qeyd edilən səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmin səhvin düzəldilməsi ona qeyd edilən torpaq sahəsinə dair vərəsəlik sənədlərinin hazırlanması ilə bağlı lazımdır. Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəyə uyğun izahat verib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçinin nümayəndəsinin vəsatəti əsasında şahid qismində ifadə verən X11 ifadəsində bildirmişdir ki, X4 qaynanası, X15 isə qaynıdır. JN-106A, KOD 50810018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X6 və X7 yazılmışdır. İş üzrə ərizəçinin nümayəndəsinin vəsatəti əsasında şahid qismində ifadə verən X13 şahid X11 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-106A, KOD 50810018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə X2 və X5 Göygöl rayonu Toğana kəndindən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1972-ci ildə Xanlar rayonunda anadan olmuşdur. X1, anası isə X3r. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, X15 öldüyü xx.xx.2014-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, xx.xx.1960-cı ildə təvəllüdlü X8 öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, X15 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur və anası X8, atası X16r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Torpağın Mülkiyyətə verilməsinə dair JN-106A, KOD 50810018 nömrəli Şəhadətnamədə mülkiyyətçilərin adlarında uyğunsuzluq olduğu və həmin səhvlərin düzəldilməsini təsdiq edən sənəd (məhkəmə qətnaməsi) təqdim olunmadığından ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasmda hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyət orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında işlərə baxa bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-106A, KOD 50810018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X4 və X9 - X6 və X7 ilə eyni şəxs olması faktı təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu iərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №e-2(066)-1130/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1130/2023
08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver