Məhkəmə qərarları › İş №e-2(066)-126/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-126/2025

21.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-126/2025 21.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kənd təsərrüfatı təyinatlı torpaqdan və torpaq sahəsindəki tikilidən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kənd təsərrüfatı təyinatlı torpaqdan və torpaq sahəsindəki tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (əşyaları ilə birlikdə) və sonuncunun himayəsinə verilmiş xx.xx.2016-cı il təvəllüdlü X1 onun mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,348 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və torpaq sahəsinin üzərində tikilmiş tikilidən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmədə iddia qaldırdıqdan sonra cabvabdehlərin könüllü olaraq iddiaçının mülkiyyətini tərk etdiklərindən ərizənin geri qaytarılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən onların razılığını almaq mümkün olmadığı kimi, iddiaçınin iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kənd təsərrüfatı təyinatlı torpaqdan və torpaq sahəsindəki tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixli, əməliyyat İD 677243522, qəbzin nömrəsi 30445, terminal nömrəsi N00G1011, büdcə səviyyə kodu 142213, GPP qəbzin nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar