Məhkəmə qərarları › İş №e-2(066)-1333/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1333/2025

25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1333/2025 25.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.İddiaçı ilə Cavabdeh 1995-ci il tarixdən ailə qurmuş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuşdur. İddiaçı evlilikləri davam edən zaman kəsiyində müxtəlif insanlara Cavabdeh səbəbi məlum olmayan borclarının yaranmasını, həmin borcların ödənilməsi üçün isə İddiaçı bankdan müvafiq pul götürərək Cavabdeh borc verənlərə olan borclarını ödəməsini bildirmiş, hazırda borc verənlərə ödənilmiş pulu Cavabdeh tələb etmişdir. Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90000 (doxsan min) manat məbləğində borcun, vəkilə ödənilən 325 (üç yüz iyirmi beş) manat pulun və məhkəməyə ödənilmiş 365 (üç yüz altmış beş) manat dövlət rüsumu, ümumilikdə 90690 (doxsan min altı yüz doxsan) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı 1995-ci il tarixdən 2024-ci il tarixədək rəsmi olaraq evli olublar. Onların arasında olan nikah, Goygöl Rayon Məhkəmasinin 2(066)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında ləğv olunmuşdur. Cavabdeh başqa şəxslərə 90000 (doxsan min) manat borcu yaranmışdır. Ona görə də evlərinə başqa-başqa şəxslər Cavabdeh vermiş olduqları borclarını istəməyə gəlmişdirlər. Həmin şəxslər evdə gəlib səs-küy etdiyinə görə, iş üzrə iddiaçı məcbur qalıb bankdan pul götürüb cavabdehin borclarını ödəmişdir. iddiaçı dəfələrlə Cavabdeh həmin borcları nə üçün aldığını soruşduqda, cavabdeh heç bir məlumat verməmişdir. İddiaçı Cavabdeh 90000 (doxsan min) manat borcunu borc sahiblərinə ödəmişdir. Hal-hazırda Cavabdeh həmin məbləğdə pulları iddiaçıya geri qaytarmaqdan boyun qaçırır. Bununla da cavabdeh İddiaçı maddi ziyan vurmuşdur. Ona görə də cavabdehdən əmlakını geri tələb etmək hüququ yaranmışdır. 4.Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Bildirdi ki, iddiaçı ilə cavabdeh 1995-ci ildə ailə həyatı qurublar. Məlahət dəfələrlə kimlərdənsə borc alıb və şəxsi mənafeyi üçün istifadə edib. Borc verən şəxslər İbrahim ilə Məlahət xanımın qaldıqları evdə səs-küy yaradaraq pullarını tələb ediblər. İbrahim məcbur olub "xxxx"dan 45 min manat kredit götürüb borcları bağlayıb. Bundan əvvəl də belə bir problemləri olub. Onda da, “ABB bank”dan kredit götürüb borcları bağlayıb. Şahidlərin tərkibində də Məlahət xanıma borc vermiş şəxslər var. Aygün xanımla Zülfiyyə xanımın borclarını İbrahimin bankdan götürdüyü pul ilə ödəyib. Onların məhkəmədən xahiş odur ki, Cavabdeh İddiaçı verdiyi borcları geri qaytarsın.

5. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində qeyd edir ki, iddiaçı həyat yoldaşının borclarını ödəmək üçün bankdan kredit götürüb. 45 min manat pul götürüb. 22 min birinə, 23 min birinə və başqa borclar. İbrahim evinə, ailəsinə normal baxırdı. 2024-cü ildə boşanıblar. Ondan da pul alıb amma ortada heçnə yoxdur. Zülfiyyə müəlliməyə 10 min manat veriblər. Digərlərini bilmir. Məlahətin dediyinə görə İbrahim ailəsinə, uşağına baxmırdı. Amma yalan deyir. Onun gözünün qabağında neçə dəfə İbrahim Türkiyəyə oğluna pul yollayıb. İbrahimin özünün borcu yoxdur. Məlahətin borclarıdır.

6. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində qeyd edir ki, o, təhsil idarəsində işləmişdir. İşçilərlə loteriya oynayıblar. Əlində pulu var idi. Gəlib ondan xahiş edib ki, lotereyanın pulunu ona versin, onun borcları var, onu versin qısa müddətdə ona qaytaracaq. Bir müddət keçib. Xəbər çıxmadığı üçün o, evlərinə gedib. İbrahim onu qarşılayıb. İbrahimə olanları deyib. Ona deyib ki, qısa müddətdə onun pulunu qaytaracaq. Həmin gün qaytarmayıb. Bir neçə gün sonra bankdan pul götürərək onun pulunu qaytarıb. Məlahətin ona borcu var idi. Çox güman ki, başqa adamlara da var idi. Ona 10 min manat borcu var idi. Borcları olub. Amma onların idarəsindən heç kim gəlməyib onun evinə. Onun pulunu İbrahim qaytarıb. Digər borcluların adını eşidib. Amma tanımır.

7. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində qeyd edir ki, Məlahət onun qardaşının həyat yoldaşıdır. Məlahət onların ata evlərini banka qoyub. Elə onun özü də 10 min manat pul verib. Qardaşına görə onlara pul verib. Qohumlardan borc alıb verib. Ayrı adamların borclarını verib. Qız dələduz qızdır. Pulların hara xərclədiyini heç kim bilmir. Qardaşı ondan aldığı borcunu qaytarmayıb, başqa borc alanların borcunu ödəyib. Həmin vaxt boşanmamışdılar. 22 min manat Aygun adlı qızdan alıb. Tanışlarıdır. 10 min manat Zülfiyyə xanımdan alıb. Xanlar rayonunda müəllimədir. 23 min manat Fatma adlı qadından alıb. Qardaşı o borcları qaytarıb. Öz qardaşı heç onu atasının, anasının yas yerinə qoymadı. Ata mülklərini banka qoyub pul götürüb. Məlahət neçə dəfə banka gedib ki, nə qədər borcları qalıb. Məlumat verməyiblər. Hələ də banka pul ödəyir. Camaata gedib yalandan deyir ki, bankdan pul götürüb toy ediblər. Qardaşı abırlı insandır. Utanıb o borcları verib. Qızılı var idi. Onu qoyub pul götürmüşdü. Atası, anası onlarda olanda pul yiyəsi gəlib pulunu istəyib. Onu da atasıgil ödəmişdi. Çox borcunu bağlayıb. Soruşurdu ki, borclar nəyə görədir. Amma demirdi. Xanlarda Rəşad adında oğlan varıydı. Atasının antikvar sepi var idi. Onu həmin adamın əlində görüblər. İşdən də çıxıb. İşdən çıxdığı yerdə də hamıya borcludur. 4 nömrəli məktəbdə və icrada işləyirdi. 2022-ci ildə bank götürüb borcları bağlayıb. 22 min manat Aygun xanıma verib. 23 min manat Fatma xanıma. 10 min manat Fatma xanımın borcunu qardaşı yanında verib. Qardaşı gecə işdən gəlib görüb yoxdur. 2 gün evdə gözləyib gəlməyib. 2 gündən sonra gecə 12-dən sonra gəlib. Qardaşına deyib ki, rəfiqəsigildən gəlir. Gecə 2-ci telefonuna zəng gəlib. Qardaşı açmaq istəyəndə qoymayıb. Qardaşı deyib ki, bankdan 17 min pul götürübsən. Pul götürmədiyini bildirib. Öz oğlunu da zamin qoyaraq bankdan pul götürüb. 8.Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində qeyd edir ki, Məlahət bacısıdır, onun o ailə ilə 2019-cu ildən əlaqəsi yoxdur. Qohumluq əlaqələrindən çox sui istifadə etdi. Hər dəfə gəlib borc alıb. Öz adına da, iş yoldaşlarının da adına kredit götürüb ödəyib. Axırıncı dəfə bunun çox borcu olduğu bilinəndən sonra onun adına kredit verməyiblər. Atasıgilin adına 5 min manat kredit götürüblər. Nağd 2 min manat həyat yoldaşında var idi. 10 min manatda həyat yoldaşı kredit götürdü. Aparıb bir yerdə 17 min manat onun borclarını ödəyiblər.Bu hadisə 2019-da olub. Ondan sonra hədsiz çox borcu olduğu aydınlaşıb. Etibardan istifadə edib. Anasının dəfn pulunu da onun borcuna veriblər. Onun da himayəsində 1-ci qrup əlil uşaq var. 2019-cu ilədək münasibət olub. Amma 2019-cu ildən sonra nəsildə-kökdə heçkimin onunla əlaqəsi yoxdur. Onu yas yerinə də qoymayıb. O bu dəqiqə bura gəlsə deyəcək ki, belə bir şey olmayıb. Onun borclarını axrıncı dəfə 17 min manat düzəldib həyat yoldaşı ilə bir yerdə ödəyiblər. 2020-ci il dekabr ayının 26-da anası vəfat edib. 2021-ci il oktyabr ayının 13-də atası vəfat edib. 2020-ci ildə vəfat edən qardaşının da başına belə oyunlar açıb. O hər şeyi bacısından öyrənib. Onlarla əlaqəsi olmayıb. İbrahim özü də həm nağd pulunu verib. Həm də bank götürüb. Çox xırda-xırda borclarını bağlayıb. Sadəcə yadından çıxıb. Arada bir yazıb təhdid edir. Deyir ki, evi əlindən alacaq. O da cavab vermir. 9.Məhkəmə iclasında iştirak edən Şahid4 izahatında bildirmişdir ki, 2021-ci ildə Məlahət ona yaxınlaşıb. 22 min manat borc verməsini, 2-3 aya qaytaracağını bildirib. Sonra görüb məlumat yoxdur. O da İbrahimə deyib. 2022-ci ilin may ayında İbrahim ona pulu qaytarıb. İbrahim qaytaranda Məlahət yanında olmayıb. 1 manat belə olsun ona artıq pul verilməyib. Məlahəti tanıyır. Özü ziyalı ailədən olub. Müəllimə işləyirdi. Onun üçün borc verib. Rəhmətə gedən oğlunun maşınını satıbmış. Biraz da özündə pul var idi. Ondan pulu alanda deyib ki, bir qədər borcu var, bağlasın 2-3 aya qaytaracaq. O, İbrahimə sözünü deyib. Nə polisə, nə də qapılarına getməmişdir. Dedi ki, borcu var. Yalvardı ki, borcunu versin, onun pulunu qaytaracaq. O, onun o boyda borcu olduğunu bilsə ona pul verməzdi. Hələ İbrahim onun pulunu verib. Məlahəti indi də axtarır tapmır. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına rəsmi məlumat verilmiş,xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsi imza edilməklə qəbul edilmiş, xx.xx.2025-ci il tarix qeyd edilən zərf “köçüb” qeydi ilə geri qayıtmışdır. Cavabdeh “Elektron məhkəmə” sistemində aktiv “elektron kabinet”i olmuş, hər məhkəmə iclasına dair bildiriş kabinetə yerləşdirilmişdir. Habelə, Göygöl RİHB Göygöl şəhər İƏD üzrə nümayəndəliyinə məhkəmə bildirişin çatdırılması həvalə edilmiş, 27 yanvar 2026-cı il tarixli və 19 fevral 2026-cı il tarixli məktublarla və əlavə edilmiş aktla cavabdehin qeydiyyat ünvanında yaşamaması səbəbindən çatdırılmanın mümkün olmaması qeyd edilmişdir. Belə ki, aktda qeyd edilmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X7: Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin abonent şöbəsinin müdiri X3, abonent şöbəsinin evlər müdiri X4, həmin aktı tərtib edirlər ondan ötrü ki, həqiqətən xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanda yoxlama keçirilmişdir, yoxlama zamanı məlum olub ki, Cavabdeh yuxarda göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ünvanda yaşayış yoxdur. Onun və ailə üzvlərinin harada yaşamaları barədə heç bir məlumat yoxdur. Habelə, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin sərhədkeçmə məlumatı dəqiqləşdirilmiş, mülki işin icraatı dövründə iki dəfə 2025-ci il dekabr və 2026-cı il fevral aylarında Azərbaycan Respublikası sərhədləri daxilində olması müəyyən edilmişdir.

11. Məhkəmə qeyd edilənlərə əsasən və AR MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 12.Məhkəmə iclasında audio yazı tədqiq edildi.

Tətbiq edilən hüquq: 13.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinin Vİİ.bəndi məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 16.Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfi dinləyib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

17. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh 1995-ci il tarixdən ailə qurmuş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuşdur.

18. Hazırki halda İddiaçı evlilikləri davam edən zaman kəsiyində müxtəlif insanlara Cavabdeh səbəbi məlum olmayan borclarının yaranmasını, həmin borcların ödənilməsi üçün isə İddiaçı bankdan müvafiq pul götürərək Cavabdeh borc verənlərə olan borclarını ödəməsini bildirmiş, hazırda borc verənlərə ödənilmiş pulu birgə nikah dövründə əldə edilmiş öhdəlik kimi cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. İş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli DKM/007N04A01138622 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC İddiaçı 72 ay müddətinə 45000 manat məbləğində, kreditdən istifadəyə görə illik 13 % ödənilməsi şərtilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.

21. "xxxx" ASC ilə İddiaçı arasında DKM/007N04A01138622/01/İP saylı ipoteka müqaviləsinin predmetinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsidir. 22.İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, İddiaçı aylıq ödənişlərini vaxtında ödəmişdir.

23. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərara əsasən toplanmış İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qərarda izahat hissəsində Cavabdeh bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır, ünvan 3lmış şikayət ərizəsi ilə tanış olmuş və həmin şikayətin mahiyyəti üzrə bildirmişdir ki, İddiaçı ilə 11 dekabr 1994-cü ildə evlənmişdir, birgə nikahdan iki övladı var. Evləndikləri ilk gündən İbrahimlə münasibətləri yaxşı olmamışdır, belə ki, onunla mütəmadi olaraq arasında mübahisələr olmuşdur. Həmin mübahisələrin səbəbi isə İbrahimin spirtli içkilərə meyilli olması, mütəmadi olaraq evdə spirtli içki içərək evdə səbəbsiz mübahisələr yaratması olmuşdur. Onu da qeyd etmişdir ki İbrahim həddindən artıq qısqancdır, hətta onu öz oğluna belə qısqanır. Övladları orta məktəbdə son sinifdə oxuyan zaman müəllim yanına hazırlığa getmişlər, həmin vaxtlar İbrahim bir müddət işsiz qalmışdır. Həmçinin 2013-2014-cü illərdən övladlarının hər ikisi Türkiyədə universitetdə oxuyur, həmin vaxtdan etibarən də övladlarının təhsil haqlarını, onların xaricdə oxumaqla bağlı xərclərini ödəmək üçün müxtəlif şəxslərdən borclar almışlar. Həmin borcları isə öz əməkhaqqı ilə ödəmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qardaşı Faiq də bankdan öz adına kredit götürərək onlara kömək etmək məqsədi ilə pul vermişdir. İbrahimin kimdən nə qədər borc almasını bilməsə də onu dəqiq bilir ki, övladlarının xərclərini o, borc alıb hissə-hissə öz əməkhaqqından ödəmişdir. Bütün bunlardan İbrahimin də xəbəri olmuşdur. Son iki ildə onun maaş kartı İbrahimdə olmuşdur, aylıq 739 manat olmaqla iki il ərzində İbrahim onun maaşını almışdır. 2023-cü ilin noyabr ayında isə İbrahimlə yola gedə bilməyəcəklərini anlamış və onunla boşanmağa qərar vermişdir. Hazırda isə İbrahim boşanma ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Belə düşünür ki, İbrahimin başqa qadınla münasibəti var. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, 2013-2014-cü illərdən və ondan əvvəlki illərdə övladları orta məktəbi oxuyan zaman hazırlığa getmişlər, həmin vaxtdan sonra isə iki övladı Türkiyədə təhsil almışlar, həmin vaxtlarda isə xeyli müddət İbrahim işsiz qalmışdır. O, borclar alaraq övladlarının hazırlıq pullarını, Türkiyədə oxumaqla bağlı xərclərini, təhsil xərclərini ödəmişdir. Bundan başqa böyük oğlu Rasim Türkiyədə həmin ölkənin vətəndaşı ilə 3 ilə yaxın müddətdə nişanlı qalmış, nişanlı olması və toya hazırlıqla bağlı da xeyli miqdarda yəni 8000-10000 manat arası məbləğdə borclar alıb həmin xərcləri çəkmişdir. Həmçinin 2018-2019-cü illərdə yaşadıqları evin təmir xərcləri olaraq 16-18000 manat xərcləri çıxmışdır. Eləcə də 2020-ci ildə ayağının sınığı ilə bağlı əməliyyat xərci olaraq 6000 manat pulu çıxmışdır. Qeyd etdiyi xərclərin hamısını İbrahim çəkmiş, İbrahim həmin pulları “Unibank" və digər banklardan kredit olaraq götürmüş, kreditlərin ödənişlərini isə birlikdə edirlər. Onun hazırda “Kapital Banka 14000 manat borcu var. Əvvəllər götürdüyü borcları isə tanışlarından götürmüşdür, onu heç kim şantaj etmir, bunlar İbrahimin öz uydurmasıdır. O, təxminən 4-5 il əvvəl Zülfiyyədən 2000 manat borc almış, həmin borcu isə İbrahimlə birlikdə ödəmişdir. Həmin pulu isə oğlu Rasimə vermişlər. Bundan başqa bildirmişdir ki, 2021-ci il tarixdə 3000 ABŞ dolları pul götürüb balaca oğlu Rüstəm Tağıyevin əməliyyat xərclərini çəkmişdir. Rəşadın anası onun münasibəti olmuşdur, hətta ondan 2700 manat da borc pul almışdır. Rakif isə onun sinif yoldaşıdır, onunla heç bir münasibəti olmamışdır. Bunlar İbrahimin öz uydurmasıdır, onun hansı formada bu məzmundan məlumatlar verməsini isə bilmir. İddiaçı izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 2-də yaşayır, “Navanta Service" MMC-də mexanik olaraq çalışır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, 1994-cü il tarixdə Cavabdeh ilə evlənmişdir, birgə nikahdan 2 övladı var. Cavabdeh ilə 2018-ci il tarixədək münasibəti yaxşı olmuşdur. 2018ci il tarixdə Şirvan rayonunda işləmiş, ayın 15 günü orada olmuşdur. 2019-cu ilin əvvəllərində dəqiq xatırlamadığı tarixdə Məlahətin çoxlu borcu olmasını öyrənmiş, bu barədə Məlahətdən soruşduqda o, müxtəlif bahənələr gətirərək həmin vaxt üçün Türkiyədə təhsil alan uşaqları üçün pul lazım olması və sair bu kimi sözlərlə onu aldatmışdır. Tam inanmasa da həmin məsələnin üzərindən keçmiş və Məlahətin qardaşı Şahid3 köməkliyi ilə 22000 manat borcunu ödəmişdir. Bundan sonra da münasibəti normallaşmışdır. 2020-ci il tarixdə qəfildən işdən evə gəlmiş, Məlahətin əlavə telefonu olmasını öyrənmiş, lakin o, yenə də müxtəlif bəhanələr gətirmiş, lakin onun Rəşad adlı şəxslə münasibəti olmasını bilmişdir. Həmçinin yenə də Məlahət onu aldatmış, yenə borcu olmasını, uşaqlarına xərclədiyini, işi ilə bağlı kredit götürdüyünü və sair demişdir. Onun yalanlarına inanmış, 2020-ci ildə Məlahətin borcu olaraq təxminən 20000 manata yaxın pul ödəmişdir. Həmin pulları Məlahətin borcu olaraq verdiyi şəxslərin adlarını xatırlamır. 2022-ci ilin may ayında işdə olan zaman Məlahət ona zəng edərək borcu olmasını, ehtiyacı ilə bağlı pullar götürməsini demiş və ona inanmışdır. O, evini “Xalq Bank"da girov qoyaraq kredit olaraq 45000 manat pul götürmüş və həmin pulun hamısını Məlahətin borcu olaraq vermişdir. Bundan başqa bir dəfə də 5000 manat da kredit götürüb Məlahətə vermişdir. 09 noyabr 2023-cü il tarixdə Məlahətin yenə də əlavə telefonu olmasını bilmiş, 10 noyabr 2023-cü il tarixdən sonra isə onunla birlikdə yaşamır. Belə düşünür ki, arvadı Məlahəti şantaj edən şəxslər var, həmin pulları Məlahət həmin şəxslərə vermişdir. Ona görə də bu məsələnin araşdırılmasını xahiş edir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Cavabdeh 2019-cu il tarixdə 22000 manat, 2020-ci ildə 20000 manat, 2022cı ildə isə 40000 manat pul vermişdir. Bundan başqa Məlahətə 5000 və 3000 manat pul vermişdir. Ümumilikdə ona 90000 manat pul vermişdir. Məlahətin Rəşad adlı Göygöl rayonu sakini ilə, sinif yoldaşı X5 ilə münasibəti olmuşdur. Həmin şəxslərin də izahatlarının alınmasını xahiş etmişdir. 3-4 il ərzində Məlahətə 90000 manat pul vermişdir. Ehtimal edir ki, Məlahət hansısa mövzularda şantaj olunur və pulları da həmin şantaj edən şəxslərə verir. Əlavə olaraq qeyd etmişdir ki, verdiyi pullardan da əlavə Məlahət təxminən 25000 manat dəyərində qızıl zinət əşyalarını da satmışdır. Cavabdeh borcu olaraq sələm verən şəxs kimi tanıdığı Göygöl rayon sakinləri Zülfiyyə adlı qadın, Fatma adlı qadınlara pullar ödəmişdir. Onlar da həmin halları təsdiq edə bilər. Bundan başqa onların evində xadimə olaraq gələn Nəzakət adlı qadın Məlahətin başqa şəxslərlə münasibəti olmasını təsdiq edə bilər. X6 izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 25-də yaşayır, evlidir, iki övladı var. Heç bir yerdə işləmir, hansı səbəbə görə izahat verməyi ona tam aydın olmuş və buna uyğun olaraq bildirmişdir ki, İddiaçı və onun arvadı Cavabdeh tanıyır. Onlarla eyni rayonda yaşayan şəxs kimi normal münasibəti olmuşdur, həmçinin Məlahət mərhum anası Tərgül Məmmədova ilə yaxın münasibəti olmuşdur. 2018-2019-cu il tarixlərdə anası yataq xəstəsi olmuş və rəhmətə getməmişdən əvvəl anası ona Məlahətin ona 3300 manat borcu olmasını demiş və həmin pulu almağı ona həvalə etmişdir. Həmin vaxtlarda İbrahimdən pulu istədikdə onun borcunun bir qismini vermiş, daha sonra isə borcunu verməkdən yayınmış, pulu arvadından almağını, arvadının borclu olduğunu demişdir. Cavabdeh isə sonrakı müddətdə hissə-hissə onun borcunu bağlamışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Cavabdeh anası ilə yaxın olmuşdur, sonradan isə Məlahətdən borcunu almışdır. Lakin Məlahət ilə onun arasında heç bir qeyri-rəsmi münasibət olmamışdır. Hazırda isə həmin şəxslərlə heç bir əlaqəsi yoxdur. Cavabdeh sizinlə və qeyriləri ilə qeyri-rəsmi münasibətdə olması, Cavabdeh külli miqdarda borcunu bağlanması, sonuncunun kimlərsə tərəfindən hədə-qorxu gəlinərək pul tələb edilməsi barədə heç bir söz deyə bilməyəcəyini, çünki heç bir məlumatı olmamasını bildirmişdir. Onun Məlahət və əri ilə arasında olan münasibət yalnız qeyd etdiklərindən ibarət olmuşdur. Nə Məlahətlə qeyri-rəsmi münasibəti olmamış, nə ondan pul tələb etməmiş, nə də qeyd edilənlər barədə bir məlumatı olmamışdır.

24. Məhkəmə icraatı zamanı tədqiq olunan audio yazıda əks olunur ki, Cavabdeh Elton ilə telefon danışığında İbrahimin banka olan borcunu bağladığını bildirmişdir.

25. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində qeyd edir ki, iddiaçı həyat yoldaşının borclarını ödəmək üçün bankdan kredit götürüb. 45 min manat pul götürüb. 22 min birinə, 23 min birinə və başqa borclar. İbrahim evinə, ailəsinə normal baxırdı. 2024-cü ildə boşanıblar. Ondan da pul alıb amma ortada heçnə yoxdur. Zülfiyyə müəlliməyə 10 min manat veriblər. Digərlərini bilmir. Məlahətin dediyinə görə İbrahim ailəsinə, uşağına baxmırdı. Amma yalan deyir. Onun gözünün qabağında neçə dəfə İbrahim Türkiyəyə oğluna pul yollayıb. İbrahimin özünün borcu yoxdur. Məlahətin borclarıdır.

26. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində qeyd edir ki, o, təhsil idarəsində işləmişdir. İşçilərlə lotereya oynayıblar. Əlində pulu var idi. Gəlib ondan xahiş edib ki, lotereyanın pulunu ona versin, onun borcları var, onu versin qısa müddətdə ona qaytaracaq. Bir müddət keçib. Xəbər çıxmadığı üçün o, evlərinə gedib. İbrahim onu qarşılayıb. İbrahimə olanları deyib. Ona deyib ki, qısa müddətdə onun pulunu qaytaracaq. Həmin gün qaytarmayıb. Bir neçə gün sonra bankdan pul götürərək onun pulunu qaytarıb. Məlahətin ona borcu var idi. Çox güman ki, başqa adamlara da var idi. Ona 10 min manat borcu var idi. Borcları olub. Amma onların idarəsindən heç kim gəlməyib onun evinə. Onun pulunu İbrahim qaytarıb. Digər borcluların adını eşidib. Amma tanımır.

27. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində qeyd edir ki, Məlahət onun qardaşının həyat yoldaşıdır. Məlahət onların ata evlərini banka qoyub. Elə onun özü də 10 min manat pul verib. Qardaşına görə onlara pul verib. Qohumlardan borc alıb verib. Ayrı adamların borclarını verib. Qız dələduz qızdır. Pulların hara xərclədiyini heç kim bilmir. Qardaşı ondan aldığı borcunu qaytarmayıb, başqa borc alanların borcunu ödəyib. Həmin vaxt boşanmamışdılar. 22 min manat Aygun adlı qızdan alıb. Tanışlarıdır. 10 min manat Zülfiyyə xanımdan alıb. Xanlar rayonunda müəllimədir. 23 min manat Fatma adlı qadından alıb. Qardaşı o borcları qaytarıb. Öz qardaşı heç onu atasının, anasının yas yerinə qoymadı. Ata mülklərini banka qoyub pul götürüb. Məlahət neçə dəfə banka gedib ki, nə qədər borcları qalıb. Məlumat verməyiblər. Hələ də banka pul ödəyir. Camaata gedib yalandan deyir ki, bankdan pul götürüb toy ediblər. Qardaşı abırlı insandır. Utanıb o borcları verib. Qızılı var idi. Onu qoyub pul götürmüşdü. Atası, anası onlarda olanda pul yiyəsi gəlib pulunu istəyib. Onu da atasıgil ödəmişdi. Çox borcunu bağlayıb. Soruşurdu ki, borclar nəyə görədir. Amma demirdi. Xanlarda Rəşad adında oğlan varıydı. Atasının antikvar sepi var idi. Onu həmin adamın əlində görüblər. İşdən də çıxıb. İşdən çıxdığı yerdə də hamıya borcludur. 4 nömrəli məktəbdə və icrada işləyirdi. 2022-ci ildə bank götürüb borcları bağlayıb. 22 min manat Aygun xanıma verib. 23 min manat Fatma xanıma. 10 min manat Fatma xanımın borcunu qardaşı yanında verib. Qardaşı gecə işdən gəlib görüb yoxdur. 2 gün evdə gözləyib gəlməyib. 2 gündən sonra gecə 12-dən sonra gəlib. Qardaşına deyib ki, rəfiqəsigildən gəlir. Gecə 2-ci telefonuna zəng gəlib. Qardaşı açmaq istəyəndə qoymayıb. Qardaşı deyib ki, bankdan 17 min pul götürübsən. Pul götürmədiyini bildirib. Öz oğlunu da zamin qoyaraq bankdan pul götürüb.

28. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində qeyd edir ki, Məlahət bacısıdır, onun o ailə ilə 2019-cu ildən əlaqəsi yoxdur. Qohumluq əlaqələrindən çox sui istifadə etdi. Hər dəfə gəlib borc alıb. Öz adına da, iş yoldaşlarının da adına kredit götürüb ödəyib. Axırıncı dəfə bunun çox borcu olduğu bilinəndən sonra onun adına kredit verməyiblər. Atasıgilin adına 5 min manat kredit götürüblər. Nağd 2 min manat həyat yoldaşında var idi. 10 min manatda həyat yoldaşı kredit götürdü. Aparıb bir yerdə 17 min manat onun borclarını ödəyiblər.Bu hadisə 2019-da olub. Ondan sonra hədsiz çox borcu olduğu aydınlaşıb. Etibardan istifadə edib. Anasının dəfn pulunu da onun borcuna veriblər. Onun da himayəsində 1-ci qrup əlil uşaq var. 2019-cu ilədək münasibət olub. Amma 2019-cu ildən sonra nəsildə-kökdə heçkimin onunla əlaqəsi yoxdur. Onu yas yerinə də qoymayıb. O bu dəqiqə bura gəlsə deyəcək ki, belə bir şey olmayıb. Onun borclarını axrıncı dəfə 17 min manat düzəldib həyat yoldaşı ilə bir yerdə ödəyiblər. 2020-ci il dekabr ayının 26-da anası vəfat edib. 2021-ci il oktyabr ayının 13-də atası vəfat edib. 2020-ci ildə vəfat edən qardaşının da başına belə oyunlar açıb. O hər şeyi bacısından öyrənib. Onlarla əlaqəsi olmayıb. İbrahim özü də həm nağd pulunu verib. Həm də bank götürüb. Çox xırda-xırda borclarını bağlayıb. Sadəcə yadından çıxıb. Arada bir yazıb təhdid edir. Deyir ki, evi əlindən alacaq. O da cavab vermir.

29. Məhkəmə iclasında iştirak edən Şahid4 izahatında bildirmişdir ki, 2021-ci ildə Məlahət ona yaxınlaşıb. 22 min manat borc verməsini, 2-3 aya qaytaracağını bildirib. Sonra görüb məlumat yoxdur. O da İbrahimə deyib. 2022-ci ilin may ayında İbrahim ona pulu qaytarıb. İbrahim qaytaranda Məlahət yanında olmayıb. 1 manat belə olsun ona artıq pul verilməyib. Məlahəti tanıyır. Özü ziyalı ailədən olub. Müəllimə işləyirdi. Onun üçün borc verib. Rəhmətə gedən oğlunun maşınını satıbmış. Biraz da özündə pul var idi. Ondan pulu alanda deyib ki, bir qədər borcu var, bağlasın 2-3 aya qaytaracaq. O, İbrahimə sözünü deyib. Nə polisə, nə də qapılarına getməmişdir. Dedi ki, borcu var. Yalvardı ki, borcunu versin, onun pulunu qaytaracaq. O, onun o boyda borcu olduğunu bilsə ona pul verməzdi. Hələ İbrahim onun pulunu verib. Məlahəti indi də axtarır tapmır.

30. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı adına olan daşınmaz əmlakı ipoteka ilə yüklü edərək bir borcalan kimi "xxxx" ASC-dən 45000 manat kredit götürməsi, ödəniş cədvəlinə əsasən 73 aya ümumilikdə 63 604,43 manat pulun qaytarılması öhdəliyi olması, ödənişləri vaxtlı vaxtında etməsi və Cavabdeh ilə rəsmi nikaha Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə son qoyulması işin mübahisəsiz halıdır.

31. Hazırki halda kredit müqaviləsi əsasənda əldə edilmiş pul vəsaiti-ailənin dolanışığı, birgə xərcləri, yaşayış şərtlərinin ödənilməsi üçün xərclənməsi müəyyən edilmir. Təqim edilən sübutlər vəhdət şəklində qiymətləndirilərkən əldə kredit müqaviləsi üzrə əldə edilmiş vəsaitin Məlahət İbrahimovanın mənşəyi və yaranma əsası müəyyən edilməyən borclarının ödənilməsinə yönəlməsi görünür.

32. Belə ki, şahid ifadələri, cinayət işinin başlanmasının rədd edilməsi dair qərarda əks olunan tərəflərin ifadələri, audio yazı və kredit müqaviləsinə dair yazılı sübutlar qiymətləndirilərkən X2 adlı xanıma 23 000 manat, Aygün adlı xanıma 22 000 manat və Zülfiyyə adlı xanıma 10 000 manat olan şəxsi borclarının məhz İddiaçı kredit müqaviləsi bağlayaraq bankdan əldə etdiyi pul vəsaiti hesabına ödənilməsi müəyyən edilir.

33. Belə olan təqdirdə hazırki iddia tələbinin hüquqi əsası kimi dəyərləndirilən MM-nin 1091- 1092-ci maddələrinin tələblərindən çıxış edilərək birgə nikah dövründə əldə edilsə də ailə tələbatlarının ödənilməsinə yönəlməmiş İddiaçı bankdan kredit müqaviləsi üzrə əldə etdiyi vəsaitinin Cavabdeh borclarının ödənilməsinə yönəlməsi təsdiq olunur.

34. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

35. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

36. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

39. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;

40. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 55000 (əlli beş min) manat məbləğində borc pul, 325 (üç yüz iyirmi beş) manat vəkil haqqı və 255 (iki yüz əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir.

44. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 55000 (əlli beş min) manat məbləğində borc pul, vəkil haqqı olaraq ödənilən 325 (üç yüz iyirmi beş) manat və 255 (iki yüz əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar