Məhkəmə qərarları › İş №e-2(066)-1391/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1391/2025

22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1391/2025 22.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İŞİN HALLARİ:

1. 16 aprel 2022-ci il tarixdə 06DMİ/22 saylı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən kreditorun müqavilənin şərtləri pozulduğu halda tutmanı ipoteka predmetinə yönəltmək hüququ vardır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 131,3 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Əmlak hərraca çıxarılmış, bundan sonra alıcı olmadığından ipoteka saxlayan tərəfindən hərracın nəticələrinə dair protokol əsasında qəbul edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və 131.30 kv.m daşınmaz əmlak "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətindədir. Fərdi yaşayış evinin mülkiyyətinin "xxxx" Kommersiya Bankı ASC-ə keçməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyev X2 rayonu, Balçılı kəndində yerləşən fərdi yaşayış evindən istifadə edir və pasport qeydiyyatındadırlar.

Məhkəmədə icraat:

2. İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kv.m-dən ibarət fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1ində yerləşən 0.0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kv.m. ibarət fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ünvan 1ində yerləşən 0.0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kvmdən ibarət fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömrəli çıxarışla iddiaçı “Unibank" KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin M A P S şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlara əsasən iddiaçı Unibank KB ASC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0220 ha torpaq sahəsi və onun üzərində olun 131.30 kv.m. ibarət fərdi yaşayış evində hal-hazırda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır və onun qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırkı iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüquqları yoxdur. Bu səbəbdən onların Göygöl rayonu Balçılı kəndində yerləşən 0.0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kv.m. ibarət fərdi yaşayış evində qeydiyyatda olmaları və orada yaşamaları qeyri-qanunidir. Nəzərə almaq lazımdır ki, hal-hazırda ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kv.m ibarət fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. 4.Məhkəmə iclasında iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərir ki, Göygöl rayon, Balçılı kəndində yerləşən torpaq sahəsi və onun üzərindəki 131 kv.m-lik fərdi yaşayış evində cavabdehlərin istifadə hüququna xitam verilməsi, onların yerləşdiyi torpaq sahəsinin və evinin boşaldılması, dövlət rüsumu olaraq 100 manat pulun cavabdehlərdən tutularaq iddiaçı "X3" Açıq Səhmdar Cəmiyyətinə ödənməsi ilə bağlı iddia qaldırıblar. İddialarını müdafiə edirlər. ünvan 1ində yerləşən torpaq sahəsinin və onun üzərindəki tikilinin bankın mülkiyyətinə dair çıxarışı var. Bankın şəxsi mülkiyyətindədir. Bu çıxarış 12 oktyabr 2023-cü ildə Daşınmaz əmlakda qeydiyyata alınmışdır. Bu evdə qeydiyyatda olan cavabdehlərin qeydiyyatdan çıxarılması və evin boşaldılmasını tələb edirlər. Bununla bağlı "xxxx" KB ASC-yə aid sənədlər elektron məhkəmə sisteminə yüklənmişdir. Cavabdehlərin də vaxtında razılıq ilə imzaladıqları ərizələri var. Açıq hərrac vasitəsi ilə bu ev Unibankın tərkibinə keçdiyi üçün artıq mülkiyyətçi olaraq bu barədə iddia qaldırıblar. İddialarının təmin olunmasını xahiş edirlər. Cavabdehlərin hal-hazırda orada yaşadığını bildirir. Evin boşaldılmasını tələb edirlər. 5.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: 6.Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

7.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

8.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

9. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi- mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kv.m-dən ibarət fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməməlidir.

10. Belə ki, işin faktiki halıdır ki, 16 aprel 2022-ci il tarixdə 06DMİ/22 saylı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən kreditorun müqavilənin şərtləri pozulduğu halda tutmanı ipoteka predmetinə yönəltmək hüququ vardır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,022 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 131,3 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. 11.“Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0.0220 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 15937,50 manat qiymətlə Unibank” Kommersiya Bankı ASC-ə verilmişdir.

12. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və 131.30 kv.m daşınmaz əmlak "xxxx" Kommersiya Bankı ASC-ə məxsusdur.

13. Göründüyü kimi ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və 131.30 kv.m daşınmaz əmlak ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətinə keçmiş və bununla bağlı mülkiyyət hüququ qeydiyyata alınmışdır.

14. Məhkəmə qeyd edir ki, ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və 131.30 kv.m daşınmaz əmlakdan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanuni əsasla, yəni Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən istifadə hüquqlarına malik olmuşlar. Hazırki halda fərdi yaşayış evinin mülkiyyətçisinin dəyişməsi halında yeni mülkiyyətçi bankın mülkiyyətində olan əmlaka dair cavabdehlərin nə qanun əsasında, nə də Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən müqavilə əsasında istifadə hüququ mövcud deyildir. Belə ki, istifadə hüququ mülkiyyətçisi olmadığınız bir əmlakdan qanuni əsaslarla (müqavilə, qanun) yararlanma imkanıdır.

15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər.

16. Hazırki halda cavabdehlərin mənzilin mülkiyyətçisi dəyişməsi ilə istifadə hüquqlarının itirilməsi səbəbindən iddiaçı-yeni mülkiyyətçi "xxxx" KB ASC-nin yenidən məhkəmə qaydasında cavabdehlərin istifadə hüququnun xitamına dair iddia qaldırmasına hüquqi maraq mövcud deyildir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

18. Odur ki, məhkəmə hesab edir ki, “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi “istifadə hüququna xitam verilməsi” tələbinə dair hissədə təmin edilməməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

Q Ə T E T D İ:

İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi «mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0220 ha torpaq sahəsi və onun üzərində olan 131.30 kv.m-dən ibarət fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göygöl rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar