Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1496/2025 15.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas kаtibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X5 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiаçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X5 Mərkəzinin Cavabdeh qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Cavabdeh Göygöl rayonu, Zurnabad kənd sakinidir. Onun qanunsuz olaraq 4.44 m3 həcmində 5 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı və X12 105,46 (yüz beş manat qırx altı qəpik) manat məbləğində ziyan vurulduğu əsası ilə hazırki tələb üzrə məhkəməyə müraciət edilmişdir.
Məhkəmədə icraat: 2.İddiаçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X5 Mərkəzinin Cavabdeh qаrşı “X12 vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X12 vurulmuş 105,46 (yüz beş manat qırx altı qəpik) məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 avqust 2025-ci il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X3 məlumatı əsasında 08 fevral 2025-ci il tarixdə mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 4.44 m3 həcmində 5 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X12 105,46 (yüz beş manat qırx altı qəpik) manat ziyan vurulmuşdur. 4.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X5 Mərkəzinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, meşə gözətçisinin bildirişi ilə məlum olmuşdur ki, Cavabdeh tərəfindən 5 dənə vələs ağacı kəsilmişdir. Sübut kimi şahid qismində meşə gözətçisini və protokolun gətiriblər. Protokol qüvvədədir. Hadisə Avqust ayında olub. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək iddianı qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, protokolla bağlı məlumatı var. O, bir ağac kəsib, ancaq 5 ağacın cəriməsini yazıblar. Oxuya bilmir. Uşağı cəriməni oxuyanda bilib ki, ona 5 ağacın cəriməsini yazıblar. Ağacı kəsən zaman meşə gözətçisi onun kəsici alətini əlindən alıb, sonra meşə idarəsindən aləti götürüb. Protokolla bağlı ödəniş etməyib. 1 ağacı kəsdiyini etiraf edir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirmişdir ki, 07 avqust meşəyə gedən zaman Cavabdeh bir ağac kəsdiyini görüb, kəsici alətini əlindən alıb. Səhəri gün meşəyə gedəndə 4 ağac kəsildiyini görüb. Onun iki atının, 2-3 kəsici alətinin olduğunu bildirdi. Tətbiq edilən hüquq: 7.Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının: 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
8.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
9.Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 10.Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. 11.Meşələrin İnkişafı Xidməti Göygöl RMTM əməkdaşları tərəfindən tərtib edilmiş 07 avqust 2025-ci il tarixli aktın surətindən görünür ki, 07 avqust 2025-ci il tarixdə Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısında yoxlama aparılarkən Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh 4.44 m3 həcmində 5 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı qeyd olunmuşdur. 12.Zurnabad meşəbəyliyinin 2 saylı dolayısında yoxlama zamanı vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh 105,46 (yüz beş manat qırx altı qəpik) manat məbləğində X12 ziyan ödəməlidir.
13. 05 avqust 2025-ci il tarixli imtina aktında göstərilmişdir ki, imza edənlər: 1) Zurnabad meşəbəyliyinin meşəbəyisi X6; 2) Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X7; 3) Mərkəzin Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X2 iştirakları ilə bu aktı tərtib edirlər ondan ötəri ki, Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh onun barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. 14.Meşələrin İnkişafı Xidmətinin Göygöl X5 Mərkəzi tərəfindən Göygöl rayon Zurnabad kənd sakini Cavabdeh ünvanlanmış 3-14-27-11/2-235/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ona qanunsuz olaraq 4.44 m3 həcmində 5 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib aparmasına görə 105,46 (yüz beş manat qırx altı qəpik) manat məbləğində DMF-na ziyan vurması və hesablanmış ziyanın könüllü olaraq ödənilməsi bildirilmişdir. 15.07 avqust 2025-ci il tarixli MN ******* saylı protokola əsasən Cavabdeh İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. 16.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 saylı X5 Mərkəzi Cavabdeh qarşı "vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi X3 məlumatı əsasında Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 4.44 m3 həcmində 5 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Lakin Cavabdeh 5 ədəd ağac kəsməsi bağlı kifayət qədər sübut məhkəməyə təqdim edilməmişdir. 17.Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 19.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
20. Hazırki halda Cavabdeh 07 avqust 2025-ci il tarixdə meşə ərazisində ağac kəsməsi barəsində tərtib olunan protokolun tarixi və şahid kimi dinlənilmiş gözətçinin ifadəsi ilə təsdiq edilir. Lakin şahid ifadəsində sonrakı gün yenidən gəldiyini, ılavə 4 ağac da cavabdeh tərəfindən kəsildiyini bildirmişdir. Məhkəmə şahid ifadəsini qiymətləndirərkən qeyd edir ki, növbəti tarixdə eyni əməlin törədilməsinə dair hər hansı inzibati tənbeh tədbiri olmamış, şahid ifadəsi natamamdır.
21. Zərərin məbləğini müəyyən edərkən məhkəmə qeyd edir ki, 07 avqust tarixdə məhz cədvəldə qeyd edilən hansı növ və ölçüdə ağacın kəsilməsini iddiaçı tərəf müəyyən edə bilməmişdir. Belə olan halda tələb olunan 5 ağaca dəyən zərərin məbləği 1 ağaca münasibətdə müəyyən olunmalıdır. 22.Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X5 Mərkəzinə 21 (iyirmi bir) manat ziyan vurması özünün etirafı və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. 23.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Nümayəndənın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 24.Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X5 Mərkəzinə 21 (iyirmi bir) manat ziyan vurması öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. 25.Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21 (iyirmi bir) manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X5 Mərkəzinin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, tərəflərə rəsmi verildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə