Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1497/2025 27.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı 10 saylı X8 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 10 saylı X8 Mərkəzi Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X10 vurulmuş 165,17 (bir yüz altmış beş manat, on yeddi qəpik) manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 iyun 2025-ci il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi Şahid2 məlumatı əsasında 05 iyun 2025-ci il tarixdə Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 8.98 m3 həcmində 9 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X10 165 (bir yüz altmış beş) manat 17 qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh tərəfindən Zurnabad meşəbəyi dolayısından 9 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli yaş və quru ağacları kəsib apardığına görə X10 165,17 qəpik məbləğində ziyan vurmuşdur. Əlavə olaraq bildirdi ki, cavabdeh Göygöl rayon Zurnabad kəndində ağacları kəsmişdir. Cavabdeh inzibati cərimə edilməsi ilə bağlı qərar icraya göndərilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o ağac kəsməmişdir. Gözətçi danışan zaman o səsini telefona yazmışdır. Gözətçi ona bir ağacın məlumatını verməsini bildirmiş, lakin 9 ağac göstərilmişdir. Ağacları o kəsməmiş, ağaclar kəsilmiş olmuş və o odunları gətirmişdir. Xəstə ola-ola ağac kəsə bilməzdi. O ağacın yıxılı olmasını görüb oradan ata yığıb yandırmaq üçün odun gətirmişdir. Onun yanında olan tanışı odunu doğramışdır. Həmin vaxt onun şəklini çəkmişlər. Əlavə olaraq bildirdi ki, ona yazılmış 800 manat cərimə borcunu ödəməmişdir. Onu baxışa çağırmamışlar. Onun 9 ağaca görə cərimə edilməsi ilə bağlı qərarı almamışdır. Protokol yazılan vaxt iştirak etməmişdir. Şəkildə görünən ağ jaketdə ağac yaran odur. Həmin şəkil 30 aprel tarixində çəkilmişdir. O 22-si aprel tarixində əməliyyat olunmuşdur. Yandırmağa odun olmadığı üçün məcburi tanışı ilə getmiş, onun odununa yanında gedən adam yarmaq üçün kömək etmiş, həmin vaxt Təmkin gəlmiş və onun şəklini çəkmişdir. Meşəyə 15 nəfərə qədər atlı şəxlər gedir. Həmin ağaclar köhnədən kimsə tərəfindən kəsilmiş, lakin onun üzərinə yazılmışdır. Ona kömək üçün gələn adam kəntdən olmuşdur. Həmin vaxt onun durujbası olmuşdur. Ağacları nə qədərini başqası aparmış, yanında apardığı şəxs ona köməklik etmişdir. Yandırmağa odunları olmadığı üçün, yanında apardığı yoldaş ağacı doğramaqda və yarmaqda köməklik edib. Yüklənən zaman gözətçi gəlib yanlarına, orda qeyd edib ki, ağacın kim tərəfindən kəsildiyini bilmir. Ağacı kəsib nə qədərini aparıblar, o da 1-2 odun aparmaq istədiyini söyləyib. Gözətçi meşəyə heç bir zaman getmirdi, avtomobillə gedib orada kim ağac kəssə onun adına yazırdı. Cərimənin haqlı yerə yazıldığını və sübut edilməsini istəyir. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid1 Kərim oğlu izahatında bildirdi ki, 10 saylı X8 Mərkəzində Zurnabad meşəbəylinin meşəbəyisi işləyir. Cavabdeh ilə hər hansı qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. Mahiyyəti üzrə bildirir ki, 2 saylı Zurnabad meşəbəyliyinin gözətçisi Şahid3 Cəbrayıl oğlu iyun ayında məlumat yazmışdır ki, Cavabdeh onun öhdəsində olan meşə dolayısından 9 ədəd köküstə vələs ağacını kəsib apardığını müəyyən etmişdir. Onun əsasında Cavabdeh təklif edilmişdir ki, ağac kəsdiyi yerə gedilərək orada müəyyən olunsun ki, neçə ağac kəsilib, araşdırmada onlarla iştirak etsin. Cavabdeh demişdir ki, ora getmir, həmçinin bu barədə izahat vermir, nədə ki tərtib etdikləri akta imza etmiyəcək. Əlavə olaraq bildirdi ki, Şahid3 Cəbrayıl oğlu 2 saylı meşə dolayısının meşə gözətçisidir. Ağaclar Şahid3 Cəbrayıl oğlunun ərazisində iyun ayında kəsilmişdir. Meşə gözətçisi Şahid3 Cəbrayıl oğlu, o və Şahid2lə birlikdə ağacların kəsildiyi yerə getmişlər. Şahid2 dolayın qonşu gözətçisidir. Meşə gözətçisi kəsilən ağacları göstərmiş və kəsilən kötüklərin şəkilləri çəkilmişdir. Həmin şəkillər təqdim edilmişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Onlar protokol tərtib etmiş və Ekologiya idarəsinə göndərmişlər və idarə tərəfindən Cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində qərar qəbul edilmişdir. Kəsilən ağacları o gedib görmüş, şəkillərini çəkmişlər və diametirlərini ölçmüşlər. Şahid3 hazırda ixtisara düşmüş, Şahid2 isə hazırda işləyir. Baxışa getmişlər və baxış zamanı meşə gözətçisi həmin ağacları göstərmiş, həmin ağaclar əsasında hesablama cədvəli hazırlanmışdır. Meşə gözətçisi Cəlalın ağacları kəsdiyi yerdə görmüş və onu tutmuşdur. Onlar sadəcə ağacların köklərini görmüşlər. Həmin ağaclar təzə kəsilmiş vələs ağacları olmuşdur. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid2 izahatında bildirdi ki, 10 saylı X8 Mərkəzində Zurnabad meşəbəylinin 2 saylı meşə dolayında gözətçi işləyir. Cavabdeh ilə hər hansı qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. Mahiyyəti üzrə bildirir ki, Təmkin məlumat vermişdir ki, Cavabdeh 2 saylı meşə dolayında 9 ədəd ağac kəsmişdir. Həmin vaxt həmin dolaya Təmkir baxmış, o isə 6 saylı meşə dolayına baxmışdır. Gedib baxış keçirdikdə həqiqətən 9 ədəd ağac kəsilməsini görmüşlər. Lakin ağacların Cəlalın kəsdiyini görməmişdir. Kəsilmiş ağaclar yaş ağaclar olmuş, lakin ağacların Cəlalın kəsdiyini görməmişdir. Həmin vaxt Təmkin ağacları Cavabdeh kəsməsini bildirmişdir. Baxışda Şahid1, o və Təmkin iştirak etmişdir. Cavabdeh həmçinin 5 ağac kəsməsini o aşkar etmişdir. Cavabdeh 5 ağacı hazırkı işdə kəsdiyi 9 ağacla başqa-başqa vaxtlarda kəsmişdir. Təmkin hazırda işdən çıxıb. 9 ədəd kəsilmiş ağacın kökünü görmüş, həmin ağaclar yaş ağaclar olmuşdur. Təmkin baxışa getmək üçün Cəlalı çağırmasını, lakin Cəlalın gəlmədiyini bildirmişdir. Baxış keçirtmək üçün o, Şahid1 və Təmkin birlikdə getmişlər. Ağacların kökünün diametrini Şahid1 ölçmüşdür. Baxışa getdikləri tarix dəqiq yadında deyil. Təmkin Cəlala birlikdə gedib baxış keçirməsini demiş, lakin Cəlal getməyəciyini söyləmişdir. Onlar gedib baxdıqda ağacların kəsilməsini görmüşlər. Təmkin may ayında dolayı təhvil vermiş, lakin dəqiq tarix yadında deyil. İş əmri may ayında gəlmiş, iyun ayında o 2 saylı meşə dolayısına baxmışdır. Təmkinin yer dəyişməsini dəqiq bilməmişdir. Meşəyə akt yazmaq üçün nə vaxt getmələrinin dəqiq vaxtı yadında deyil. Lakin onların hər üçü gedib baxış keçirmişlər və ağacların kəsilməsini görmüşlər. Onun əmri may ayında gəlmiş, lakin iyun ayının neçəsi 2 saylı meşə dolayına gəlməsi dəqiq yadında deyil. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid3 Cəbrayıl oğlu ifadəsində göstərdi ki, o əvvəllər 10 saylı X8 Mərkəzində Zurnabad meşəbəylinin 2 saylı meşə dolayında 2023-cü ildən 2025-ci ilədək gözətçi işləmişdir. Əmr 27 may tarixində olsa da əmrdən sonra təhvil təslim müddəti olmuşdur. Cavabdeh ilə hər hansı qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. Mahiyyəti üzrə bildirir ki, drujbanın səsini eşidərək yaxınlaşanda görmüşdür ki, Cavabdeh ağacları doğrayır. Həmin vaxt onun özü də atla olmuşdur. Həmin yerə gedəndə görmüşdür ki, Cavabdeh atı saxlamış, ağacları yıxmış kəsib və doğramış, həmçinin ağacın altında başqa ağaclar da olmuş, onları da qayıdıb dibindən kəsmişdir. Cavabdeh bir yerdə 7 ədəd, digər yerdə 2 ədəd ağac kəsmişdir. Əlavə olaraq bildirdi ki, həmin ağacların hamısı təzə kəsilmişdir. O qeyd olunanı məlumat yazıldığı gündən bir gün öncə aşkarlamış. Cavabdeh ağac kəsməsini xx.xx.2025-ci il tarixdə görmüşdür. 1 iyun 2025-ci ildə məlumat yazılmış, iyun ayının 2-si təhvil verilmişdir. Onun yaddaş kartında Cavabdeh ağac kəsməsi barədə çox videolar və şəkillər vardır. Cavabdeh müxtəlif tarixlərdə çox ağaclar kəsmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ağac kəsməsi ilə bağlı şəklini, həmçinin videosunu da çəkmişdir. Cavabdeh yanında bir nəfər də olmuş, həmin şəxsi tanımamış, Cavabdeh həmin şəxsin ona kömək üçün gəlməsini bildirmiş, bu səbəbdən Cavabdeh sənədləşdirmişlər. Cavabdeh vələs, fıstıq, göyrüş ağaclarını kəsmiş, çəkiliş zamanı boynuna da almışdır. Cavabdeh 7 ağacı bir yerdə kəsmiş, onun kəsdiyi ağaclardan yekə böyük ağacı altındakı balaca ağacların üstünə düşmüş və onları qırmış, Cavabdeh həmin ağacları da diblərində olan qırıqlarıda kəsmişdir. 2 ağac bir az aralı məsafədə olmuş, bu səbəbdən videoda düşməmiş, lakin həmin ağacların şəkillərini çəkmişdir. O gedib çəkiliş aparan zaman Cavabdeh yekə ağacın üzərində işləmişdir. Cavabdeh durujbası və baltası olmuşdur. O durujbanın səsinə getmiş, atın izini izləmiş və Cavabdeh üzərinə çıxmışdır. Heç bir halda vətəndaşın meşəyə getməyə ixtiyarı yoxdur. Hətda qırıntı gətirməyə belə. Cavabdeh kökü üstə olan ağacları kəsmişdir. Cavabdeh odun alveri ilə məşğul olur. Əgər yandırmaq üçün odun götürsə o heç nə yazmazdı. Cavabdeh onları təngə gətirmiş və o cavabdehə görə həmin kəntdəki işindən ayrılmışdır. Cavabdehin qarşısını almaq mümkün deyildi. O işlədiyi müddətdə hər zaman kəsintiyə qarşı olmuş, odun alveri ilə məşğul olan hər kəsi dayandırmış, lakin cavabdehi dayandıra bilməmişdir. Cavabdeh kəsdiyi ağacların 7 ədədi vələs, 1 ədədi göyruş, 1 ədədi isə fıstıq ağacı olmuşdur. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti 10 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 04 iyun 2025ci il tarixli, 006723 nömrəli aktdan görünür ki, Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısının meşə gözətçisi Şahid3 Cəbrayıl oğlunun Göygöl rayonu Zurnabad kənd sakini Cavabdeh barəsində yazdığı məlumat əsasında Zurnabad kəndində Cavabdeh yaşadığı evə gedilmiş, onun barəsində yazılmış məlumat ona bildirilmiş və hadisə yerinə onlarla araşdırmada iştirak etməsi təklif edilmiş, lakin o onlarla getməyəcəyini və yazılan akta imza etməyəcəyini bildirmişdir. Onun iştirakı olmadan baxış keçirmək üçün hadisə yerinə gedilmiş və müəyyən edilmişdir ki, meşə pozuntusu Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısının kvartalında Cavabdeh tərəfindən (meşə gözətçisinin dediyinə görə) törədilmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq göyrüş cinsindən diametri 28 sm olan 1 ədəd, D 32 sm olan 1 ədəd; D 36 sm olan 1 ədəd olmaqla 3 ədəd köküstə yaş; fıstıq cinsindən D 48 sm olan 1 ədəd (quru); vələs cinsindən D 28 sm olan 2 ədəd; D 32 sm olan 2 ədəd; D 40 sm olan 1 ədəd olmaqla köküstə yaş, cəmi 9 ədəd ağaclar kəsilib aparılmışdır. Kəsilib aparılmış ağacların dib kötükləri qeydə alındı və həmin ağacların dib kötükləri meşəbəyi Şahid1 məxsus (N-003) damğası ilə damğalanaraq qeydə alınmışdır. İşdə olan Zurnabad meşəbəyliyinin 2 saylı meşə gözətçisi Cavabdeh tərəfindən verilmiş məlumatdan görünür ki, öhtəsində olan dolayını gəzərkən Zurnabad kənd sakini Cavabdeh qanunuz olaraq 9 ədəd vələs göyruş və fıstıq cinsinnən olan kök üstə ağacları kəsib apardığını müəyyən edib. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan 04 iyun 2025-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. İşdə olan Zurnabad meşəbəyliyinin 2 saylı dolayısının 23-cü kvartalında yoxlama zamanı Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh qanunsuz olaraq meşə ərazisindən ağacları kəsdiyinə görə DMF-na ümumilikdə 165,17 (bir yüz altmış beş manat, on yeddi qəpik) manat məbləğində ziyan vurmuşdur. İşdə olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 10 saylı X8 Mərkəzinin Zurnabad meşəbəyliyinin 2 saylı dolayısının 23-cü kvartalından 9 ədəd kök üstə yaş (1 ədəd quru) 8,98 m3 həcmində 165 manat 17 qəpik məbləğində ziyan vurulmuş və X3 tərəfindən İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 10 saylı X8 Mərkəzinin Zurnabad meşəbəyliyinin 2 saylı dolayısının 23-cü kvartalından 9 ədəd kök üstə yaş (bunlardan 1 ədədi quru) ağacların kəsilməsi faktı ilə bağlı X3 tərəfindən İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 800 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti 10 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 04 iyun 2025ci il tarixli, 006679 nömrəli aktdan görünür ki, Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısı Şahid3 Cəbrayıl oğlu tərəfindən Şahid2 təhvil verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti 10 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 iyun 2025ci il tarixli, 006680 nömrəli aktdan görünür ki, Zurnabad meşəbəyliyinin 6 saylı meşə dolayısı Şahid2 tərəfindən Şahid3 Cəbrayıl oğluna təhvil verilmişdir. İşdə olan Meşələrin İnkişafı Xidmətinin 10 saylı X8 Mərkəzi tərəfindən Göygöl rayon Zurnabad kənd sakini Cavabdeh ünvanlanmış 3-14-27-11/2-239/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ona qanunsuz ağac kəsdiyinə görə 165 manat 17 qəpik məbləğində DMF-na ziyan vurmasını, cəriməni 10 iş günü müddətində könüllü olaraq ödəməsini, əks halda qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materialın məhkəməyə göndəriləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən və cd diskdə olan video görüntüdən Cavabdeh meşədə odun yarması və həmin odunları ata yükləməsi müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 saylı X8 Mərkəzi Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2025-ci il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 02 saylı meşə dolayısının meşə gözətçisi Şahid2 məlumatı əsasında 05 iyun 2025-ci il tarixdə Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Zurnabad kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 8.98 m3 9 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yaşayan Cavabdeh tərəfindən X10 165,17 (bir yüz altmış beş manat, on yeddi qəpik) manat məbləğində ziyan vurulmuşdur. Həmçinin məhkəmə cavabdehin iddia tələbini qəbul etməyərək, onun ağac kəsməməsini, ağacın yıxılı olmasını görüb oradan ata yığıb yandırmaq üçün odun gətirməsini, onun yanında olan tanışının odunu doğramasını və həmin vaxt onun şəklini çəkmələri ilə bağlı göstədiyi dəlilləri müdafiə xarakterli hesab edərək, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, cavabdehin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, cavabdehin göstərdiyi dəlillər iş üzrə şahid qismində dinidirlmiş şəxslərin ifadələri, həmçinin foto şəkillər və video görüntü ilə təkzib edilir. Məhkəmə icalsında şahid qismində dindirilmiş və hadisənin şahidi olmuş Seyidov X6 Həsənov odun alveri ilə məşğul olmasını, cavabdeh onları təngə gətirməsini və onun cavabdehə görə həmin kəntdəki işindən ayrılmasını, cavabdehin qarşısını almağın mümkün olmamasını, onun işlədiyi müddətdə hər zaman kəsintiyə qarşı olmasını, odun alveri ilə məşğul olan hər kəsi dayandırmasını, lakin cavabdehi dayandıra bilməməsini bildirməklə, durujba səsini eşitməsini və Cavabdeh tərəfindən bir yerdə 7 ədəd, digər yerdə 2 ədəd ağac kəsilməsini təsdiq etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş cavabdehin barəsində olan digər məhkəmə işləri barədə elektron portal məlumatından görünür ki, məhkəmənin icraatında 10 saylı X8 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair bir neçə mülki iş olmuş, həmçinin Cavabdeh Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində ittiham edici hökm çıxarılmış və həmin iş üzrə də zərərçəkmiş şəxs 10 saylı X1muşdur. Bu hal isə hadisənin şahidi olmuş Şahid3 Cəbrayıl oğlunun Cavabdeh barəsində odun alveri ilə məşğul olması haqqında söylədiklərini təsdiqləməklə, Cavabdeh ağacın yıxılı olmasını görüb oradan ata yığıb yandırmaq üçün odun gətirməsi barədə söylədiklərini təkzib edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-nin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-nin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, cavabdeh X7 davranışına görə iddiaçı 10 saylı X8 Mərkəzinə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X8 Mərkəzinə 165,17 manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Nümayəndənın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X8 Mərkəzinə 165,17 manat ziyan vurması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli, ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda-30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 165,17 manat olması və iddia tələbinin təmin edilməsi nəzərə alınaraq, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 165,17 (bir yüz altmış beş manat, on yeddi qəpik) manat pul tutularaq 10 saylı X8 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1497/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1497/2025
27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver