Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1501/2025 21.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiаçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X6 Mərkəzinin Cavabdeh qаrşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X6 Mərkəzi Cavabdeh Göygöl rayonu Hacıkənd meşəbəyliyinin ərazisində 6 ədəd fıstıq ağacını və 1 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığını və X12 37,40 (otuz yeddi manat qırx qəpik) manat ziyan vurduğunu iddia etmişdir.
Məhkəmədə icraat: 2.İddiаçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X6 Mərkəzinin Cavabdeh qаrşı “X12 vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Toğanalı kəndində yaşayan Cavabdeh tərəfindən X12 vurulmuş 37,40 (otuz yeddi manat qırx qəpik) manat məbləğində ziyanın ödənilməsinə dair qərar çıxarılaraq ziyanın ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2025-ci il tarixdə mərkəzin Hacıkənd meşəbəyliyinin 08 saylı meşə dolayısının meşə gözətçisi X1 məlumatı əsasında Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Toğanalı kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 6 ədəd fıstıq ağacını və 1 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı müəyyən edilərək barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Toğanalı kəndində yaşayan Cavabdeh tərəfindən X12 37,40 (otuz yeddi manat qırx qəpik) manat məbləğində ziyan vurulmuşdur. 4.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X6 Mərkəzi tərəfindən ərizə göndərilərək keçiriləcək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və təmin edilməsi xahiş edilmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, xəbərnaməli poçt göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq: 6.Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının: 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
7.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
8.Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 9.Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. 10.Meşələrin İnkişafı Xidməti Göygöl RMTM əməkdaşları tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, 006855 nömrəli aktın surətindən görünür ki, 22 sentyabr 2025-ci il tarixdə Hacıkənd meşəbəyliyinin 8 saylı meşə dolayısında yoxlama aparılarkən Göygöl rayonu Toğanalı kəndində yaşayan Cavabdeh 6 ədəd fıstıq ağacını və 1 ədəd köküstə vələs cinsindən müxtəlif diametrli köküstə yaş və quru ağacları kəsib apardığı müəyyən olunmuşdur. 11.Hacıkənd meşəbəyliyinin 8 saylı dolayısında yoxlama zamanı vətəndaş Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh 7 ədəd yaş ağacları kəsərək vurduğu 37.40 (otuz yeddi manat qırx qəpik) məbləğində ziyanı X12 ödəməlidir.
12. 22 sentyabr 2025-ci il tarixli imtina aktında göstərilmişdir ki, imza edənlər: 1) Hacıkənd meşəbəyliyinin meşəbəyisi X2; 2) Hacıkənd meşəbəyliyinin 08 saylı meşə dolayısının meşə gözətçisi X4; 3) Hacıkənd meşəbəyliyinin 08 saylı meşə dolayısının meşə gözətçisi X5 iştirakları ilə bu aktı tərtib edirlər ondan ötəri ki, Göygöl rayonu Toğanalı kəndində yaşayan Cavabdeh onun barəsində tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. 13.Meşələrin İnkişafı Xidmətinin Göygöl X6 Mərkəzi tərəfindən Göygöl rayon Toğanalı kənd sakini Cavabdeh ünvanlanmış 3-14-27-11/2-236/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ona 37 manat 40 qəpik məbləğində DMF-na ziyan vurması və hesablanmış ziyanın könüllü olaraq ödənilməsi bildirilmişdir.
14. 22 sentyabr 2025-ci il tarixli, MN ******* seriya və nömrəli inzibati xəta haqqında protokolda Cavabdeh 7 ədəd yaş ağacları kəsilməsinə görə AR İXM-nin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
15. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 17.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, Cavabdeh davranışına görə iddiaçı 10 saylı X6 Mərkəzinə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. 18.Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X6 Mərkəzinə 37,40 (otuz yeddi manat qırx qəpik) manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. 19.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 20.Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X6 Mərkəzinə 37,40 manat ziyan vurması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli, ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 20.Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdeh 37,40 (otuz yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X6 Mərkəzinin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə