Məhkəmə qərarları › İş №e-2(066)-157/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-157/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-157/2024 06.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 18800 (on səkkiz min səkkiz yüz) manat borc pulun, 147 (yüz qırx yeddi) manat ödədiyi dövlət rüsumunun (məhkəmə xərci), cəmi 18947 (on səkkiz min doqquz yüz qırx yeddi) manat pul vəsaitinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi təxminən 15 ildir ki, tanıyır. Belə ki, iddiaçı qohumu X2 məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində kolbasa sexini işlədən zaman cavabdehlə tanış olmuşdur. Həmin dövrdə cavabdeh taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. İddiaçı 2021-ci il tarixə qədər kolbasa sexini işlətmiş və bu müddət ərzində cavabdehlə münasibətləri yaranmışdır. 2021-ci il tarixdə iddiaçının qohumu Habil Məmmədov kolbasa sexini bağlamışdır. Sonradan iddiaçı Cavabdeh Göygöl rayonu, Quşqara kəndi ərazisində özünə kolbasa sexi açaraq fəaliyyət göstərdiyini bilmişdir. İddiaçı Eşqinin işlətdiyi kolbasa sexinə getmiş və orada onunla söhbət edən zaman o, iddiaçıya işlərinin yaxşı getmədiyini, maddi imkanının yaxşı olmamasını və avadanlıqları kirayə işlətdiyini bildirmişdir. Həmçinin Eşqin iddiaçıya əvvəllər işlətdiyi sexdə olan avadanlıqları almaq istədiyini bidirmişdir. İddiaçı da cavabdehə bu barədə kömək edəcəyini demişdir. Bundan sonra iddiaçı qohumu Habil Məmmədova zəng etmiş və sexdə olan avadanlıqları Eşqinin almaq istədiyini bildirmişdir. İddiaçının qohumu Habil də bu barədə razılaşmış və avadanlıqları satmaq istədiyini demişdir. İddiaçı Habil Məmmədova məxsus olan kolbasa sexində olan 3 (üç) ədəd avadanlıqları ümumi dəyəri 7600 (yeddi min altı yüz) manata Eşqinə satmışdır. Cavabdeh həmin 7600 (yeddi min altı yüz) manat puldan iddiaçıya nəğd şəkildə 1500 (min beş yüz) manat pul vermiş və qalan 6100 (altı min yüz) manat hissəsini isə daha sonra verəcəyini bildirmişdir. İddiaçı da ona etiraz etməmişdir. Əlavə olaraq cavabdehə dəstək olmaq məqsədilə təxminən bir il ərzində onun ehtiyacı olan xam malı iddiaçı təşkil etmişdir. Həmin malı iddiaçı özü nəğd şəkildə alsa da cavabdeh həmin pulu iddiaçıya hissə-hissə qaytarmışdır. Sonda cavabdehin iddiaçıya 22800 (iyirmi iki min səkkiz yüz) manat borcu yaranmışdır. Cavabdeh bu puldan 4000 (dörd min) manat hissəsini iddiaçıya qaytarsa da lakin, 18800 (on səkkiz min səkkiz yüz) manat borcunu özünün maddi imkanının aşağı olması bəhanəsi ilə qaytarmamışdır. Belə olan halda iddiaçı Eşqinin bu hərəkətləri barədə Göygöl rayon polis şöbəsinə müraciət etmiş və Göygöl rayon X4 Bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Zeynalovun 04 oktyabr 2023-cü il tarixli, HK-1/1650 nömrəli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibinin olmadığı, aralarında olan mübahisənin mülki xarakterli olduğu və bunun üçün də məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Bu səbəblərə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli, xx.xx.1962-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Göygöl RPŞ-nin İstintaq Bölməsinin 04 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, Göygöl rayonu Nadil kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, 5 övladı var. Rəsmi olaraq Göygöl rayonu Quşqara kəndi ərazisində özünə məxsus "Fermer" adlı kolbasa sexi var və həmin sexi özü işlədir. Bildirmişdir ki, o, Habil Məmmədovu tanımır, lakin onun qohumu İddiaçı tanıyır. Belə ki, əvvəllər İddiaçı Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisində kolbasa sexi işlədən zaman o, onlardan kolbasa alaraq fərdi qaydada mağazalara satmışdır. Cavabdeh qeyd etmişdir ki, bundan sonra o, Göygöl rayonu Quşqara kəndi ərazisində özünə məxsus kolbasa sexi açmış və həmin sexi işlətmişdir. Bildirmişdir ki, İddiaçı ara-sıra ona məxsus kolbasa sexinə gələrək, özü üçün kolbasa hazırlamış və həmin zaman İddiaçı işlətdiyi kolbasa sexini bağlamasını, artıq işlətməməsini ona bildirərək, həmin sexdə olan avadanlıqları ona verəcəyini, bunun qarşılığı olaraq ondan pul almayacağını demişdir. Bundan sonra isə İddiaçı əvvəllər işlətdiyi kolbasa sexində olan avadanlıqları ümumilikdə 7000 manat qiymət edərək, ona satmış, o, isə həmin avadanlıqların qarşılığı olaraq Faiqə 1500 manat pul vermiş, qalan 5500 manat pulu isə hissə-hissə verəcəyini ona bildirmiş, İddiaçı da onunla razılaşmışdır. Cavabdeh qeyd etmişdir ki, o, bundan sonra sözügedən avadanlıqlara görə Faiqə olan 5500 manat borcundan 1500 manat, təxminən 2 ay sonra isə hissə-hissə ümumilikdə 2000 manat pulu Faiqə vermişdir. Təxminən 2 il müddət ərzində İddiaçı Bakı şəhərindən xam mal alaraq özüdə üzərinə pul qoyub ona nisyə satmış, o, isə həmin xam malın pulunu hissə-hissə Faiqə geri qaytarmış, lakin hazırda ümumilikdə İddiaçı 16200 manat borcu qalmışdır. Əlavə olaraq qeyd etmişdir ki, onun mövsüm ilə əlaqədar İşləri yaxşı olmadığı üçün İddiaçı olan borcunu ödəyə bilməmişdir. Cavabdeh sualları cavablandırarkən, 5000 manat pulu ayrı-ayrı vaxtlarda nəğd şəkildə İddiaçı verən zaman yanında heç kimin olmamasını, bununla bağlı hər hansı qeydiyyat aparmamasını bildirmişdir. Material üzrə təkrar izahatı alınmış Cavabdeh göstərmişdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərir, belə ki, Göygöl rayonu Quşqara kəndi ərazisində "Fermer" adlı kolbasa sexi işlədir. Barəsində yazılmış şikayət ərizəsinə mahiyyəti üzrə bildirmişdir ki, X3 əvvəllər tanımamış, onu son dövrlərdən tanıyır. Lakin İddiaçı təxminən 15 ildir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Faiqin Göygöl rayonu Qızılqaya qəsəbəsində "təmiz saf" adlı kolbasa sexi vardır, uzun müddət Faiqlə işləmiş, ekspeditor kimi onun kolbasa məhsullarını satmışdır. 2021-ci ildə Göygöl rayonu Quşqara kəndində kolbasa sexi açmış, sonradan Faiq öz sexini bağlamışdır. Bundan sonra Faiqdən xammal götürməyə başlamışdır. O, xammalı Faiqdən götürürmüş, satdıqdan sonra Faiqə pul verirmiş, sonra yenə eyni qaydada dövr edirmiş. Hazırda da Faiqdən xammal götürür. Həmçinin Faiqin kolbasa sexində olan 2 ədəd avadanlığı ondan 7000 manata almağı razılaşmışlar. Faiqdən avadanlığı alan zaman ona 1500 manat, 3 gün sonra 1500 manat vermişdir. Sonradan da 600 manata Faiqdən kompressor avadanlığı almışdır. Avadanlıq almağı ilə bağlı Faiqə olan borcu ilə ondan xammal götürməyi ilə bağlı olan borcu qarışmışdır. Keçən dövr ərzində Faiqə 16200 manat borcu yaranmışdır. Həmin pulun 3000 manat hissəsini isə Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılan zaman Faiqə ödəmişdir. Hazırda Faiqə 13200 manat borcu vardır. Həmin pulu isə Faiqdən xammal götürərək hissə-hissə ödəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdehi təxminən 15 ildir ki, tanıyır. Belə ki, iddiaçı qohumu X2 məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində kolbasa sexini işlədən zaman cavabdehlə tanış olmuşdur. Həmin dövrdə cavabdeh taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. İddiaçı 2021-ci il tarixə qədər kolbasa sexini işlətmiş və bu müddət ərzində cavabdehlə münasibətləri yaranmışdır. 2021-ci il tarixdə iddiaçının qohumu Habil Məmmədov kolbasa sexini bağlamışdır. Sonradan iddiaçı Cavabdeh Göygöl rayonu, Quşqara kəndi ərazisində özünə kolbasa sexi açaraq fəaliyyət göstərdiyini bilmişdir. İddiaçı Eşqinin işlətdiyi kolbasa sexinə getmiş və orada onunla söhbət edən zaman o, iddiaçıya işlərinin yaxşı getmədiyini, maddi imkanının yaxşı olmamasını və avadanlıqları kirayə işlətdiyini bildirmişdir. Həmçinin Eşqin iddiaçıya əvvəllər işlətdiyi sexdə olan avadanlıqları almaq istədiyini bidirmişdir. İddiaçı da cavabdehə bu barədə kömək edəcəyini demişdir. Bundan sonra iddiaçı qohumu Habil Məmmədova zəng etmiş və sexdə olan avadanlıqları Eşqinin almaq istədiyini bildirmişdir. İddiaçının qohumu Habil də bu barədə razılaşmış və avadanlıqları satmaq istədiyini demişdir. İddiaçı Habil Məmmədova məxsus olan kolbasa sexində olan 3 (üç) ədəd avadanlıqları ümumi dəyəri 7600 (yeddi min altı yüz) manata Eşqinə satmışdır. Cavabdeh həmin 7600 (yeddi min altı yüz) manat puldan iddiaçıya nəğd şəkildə 1500 (min beş yüz) manat pul vermiş və qalan 6100 (altı min yüz) manat hissəsini isə daha sonra verəcəyini bildirmişdir. İddiaçı da ona etiraz etməmişdir. Əlavə olaraq cavabdehə dəstək olmaq məqsədilə təxminən bir il ərzində onun ehtiyacı olan xam malı iddiaçı təşkil etmişdir. Həmin malı iddiaçı özü nəğd şəkildə alsa da cavabdeh həmin pulu iddiaçıya hissə-hissə qaytarmışdır. Sonda cavabdehin iddiaçıya 22800 (iyirmi iki min səkkiz yüz) manat borcu yaranmışdır. Cavabdeh bu puldan 4000 (dörd min) manat hissəsini iddiaçıya qaytarsa da lakin, 18800 (on səkkiz min səkkiz yüz) manat borcunu özünün maddi imkanının aşağı olması bəhanəsi ilə qaytarmamışdır. Belə olan halda iddiaçı Eşqinin bu hərəkətləri barədə Göygöl rayon polis şöbəsinə müraciət etmiş və Göygöl rayon X4 Bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Zeynalovun 04 oktyabr 2023-cü il tarixli, HK-1/1650 nömrəli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibinin olmadığı, aralarında olan mübahisənin mülki xarakterli olduğu və bunun üçün də məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinəgötürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini vəya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu növ tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi cavabdehin ona borclu olmasını sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya nisyə alğı-satqıdan sonra cəmi 13200 (on üç min iki yüz) manatlıq borcu qalması iş materialları ilə tam sübut olunur. Belə ki, iş materiallarında olan Göygöl RPŞ-nin İstintaq Bölməsinin 04 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, material üzrə təkrar izahatı alınmış Cavabdeh göstərmişdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərir, belə ki, Göygöl rayonu Quşqara kəndi ərazisində "Fermer" adlı kolbasa sexi işlədir. Barəsində yazılmış şikayət ərizəsinə mahiyyəti üzrə bildirmişdir ki, X3 əvvəllər tanımamış, onu son dövrlərdən tanıyır. Lakin İddiaçı təxminən 15 ildir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Faiqin Göygöl rayonu Qızılqaya qəsəbəsində "təmiz saf" adlı kolbasa sexi vardır, uzun müddət Faiqlə işləmiş, ekspeditor kimi onun kolbasa məhsullarını satmışdır. 2021-ci ildə Göygöl rayonu Quşqara kəndində kolbasa sexi açmış, sonradan Faiq öz sexini bağlamışdır. Bundan sonra Faiqdən xammal götürməyə başlamışdır. O, xammalı Faiqdən götürürmüş, satdıqdan sonra Faiqə pul verirmiş, sonra yenə eyni qaydada dövr edirmiş. Hazırda da Faiqdən xammal götürür. Həmçinin Faiqin kolbasa sexində olan 2 ədəd avadanlığı ondan 7000 manata almağı razılaşmışlar. Faiqdən avadanlığı alan zaman ona 1500 manat, 3 gün sonra 1500 manat vermişdir. Sonradan da 600 manata Faiqdən kompressor avadanlığı almışdır. Avadanlıq almağı ilə bağlı Faiqə olan borcu ilə ondan xammal götürməyi ilə bağlı olan borcu qarışmışdır. Keçən dövr ərzində Faiqə 16200 manat borcu yaranmışdır. Həmin pulun 3000 manat hissəsini isə Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılan zaman Faiqə ödəmişdir. Hazırda Faiqə 13200 manat borcu vardır. Həmin pulu isə Faiqdən xammal götürərək hissə-hissə ödəyir. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən qalan pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcun qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 13200 (on üç min iki yüz) manat borc alınaraq iddiaçıya verilməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 129.60 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13200 (on üç min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 129.60 manatı alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-157/2024 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 06 fevral 2024-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13200 (on üç min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 129.60 manatı alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar