Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-172/2025 11.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri alınamsı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin geri alınamsı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl şəhəri, S.Hacıyev küçəsi ev 145-də qeydiyyatda olan və yaşayan Cavabdeh 2000-ci il buraxılışlı “Mersedes Benz E 270 CDİ” markalı, 99 RD189 dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh qarşı “avtomobilin geri alınması” tələbinə dair e- 2(066)-172/2025 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, həmçinin ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “avtomobilin geri alınamsı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixli, əməliyyat İD 698902029, qəbzin nömrəsi 20174, terminal nömrəsi N00G1011, büdcə səviyyə kodu 142213, GPP qəbzin nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-172/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-172/2025
11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver