Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-616/2025 25.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına verilmiş **********92-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Göygöl rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş **********92-10301 resyter nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh tərəfində JN-104F saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.15 ha torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maenənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 2012-ci il tarixdə İddiaçı qarşı iddia qaldıraraq birgə mülkiyyətdə olan JN-104F saylı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və torpaq sahəsinin təkbaşına mülkiyyət hüququnun tanınması tələbinə dair Göygöl rayon Məhkəməsində iddia qaldırmışdır. X4 iddia ərizəsi Göygöl rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(066)-292/2012 saylı qətnaməsi ilə təmin edilmiş və birgə mülkiyyətdə olan JN-104F saylı şəhadətnamə qismən etibarsız hesab edilərək, JN 104F saylı şəhadətnamə üzrə torpaq sahəsinə X4 təkbaşına mülkiyyət hüququ tanınmışdır. X1 JN-104F saylı 0.15 ha torpaq sahəsinə dair Göygöl rayon Məhkəməsinin 12 aprel 2012ci il tarixli, 2(066)-292/2012 saylı qətnaməsi əsasında **********92-10301 reyster nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra X9 **********92-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş Göygöl rayon Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsini və torpaq sahəsində yerləşən evi Göygöl rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixdə Cavabdeh bağışalmışdır. Cavabdeh həmin bağışlanma müqaviləsi əsasında Göygöl rayon Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən evə dair **********92-10301 resyter nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Yuxarıda göstərilən əməliyyatların aparılmasına səbəb olmuş Göygöl rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(066)-292/2012 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1521/2024 saylı qərardadı ilə tamamilə ləğv edilmişdir. Bununla da Göygöl rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(066)-292/2012 saylı qətnaməsi ilə ləğv edilmiş JN-104F saylı şəhadətnamə hal-hazırda qüvvədədir. Odur ki, Göygöl rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli, 2(066)-292/2012 saylı qətnaməsi əsasında X4 adına verilmiş **********92-10301 reyestr nömrəli, xx.xx.2012ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, həmin çıxarış əsasında Göygöl rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş **********92-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Bundan başqa həmin torpaq sahəsi hal-hazırda mənim mülkiyyətimdədir. Buna baxmayaraq Cavabdeh mülkiyyətimdə olan torpaq sahəsindən istifadə etməyimə maneələr yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib göstərdi ki, İddiaçı Cavabdeh doğma qızıdır. X9 isə İddiaçı nənəsi, Cavabdeh isə anasıdır. X9 ilə İddiaçı Göygöl rayon, Aşıqlı kəndində 15 sotdan ibarət birgə mülkiyyətdə olan torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə məxsus JN-104F saylı şəhadətnamə mövcud olmuş və X8 qərarı ilə verilmişdir. Qeyd olunan şəhadətnamə hazırda da qüvvədədir. 2012-ci ildə X4 etibarnamə üzrə nümayəndəsi yəni, hazırkı iş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Dürdanənin adının şəhadətnamədə səhv yazılmasını və Dürdanənin adı kimi yazılmış səhvliyin etibarsız hesab edilməsi və məhkəmə qətnaməsi ilə 15 sot torpağın X4 adına verilməsini xahiş etmişdir. 2012-ci ildə Göygöl Rayon Məhkəməsində tərəf çağırılmadan qətnamə qəbul edilmiş, həmin qətnamədə İddiaçı adının səhvən düşməsi və orada olan bütün mülkiyyətin X4 adına olması göstərilmişdir. 2012-ci ildə Daşınmaz Əmlak tərəfindən qeyd olunan qətnamədən şikayət verilməmiş və həmin qətnamə əsas götürülərək, 15 sot torpağın X4 adına qeydiyyata alınması barədə çıxarış verilmişdir. Həmin qətnamədən İddiaçı 2024-cü il tarixdə məlumatı olmuş, bundan sonra həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsi qeyd olunan qətnaməni obyektiv araşdırmış və müəyyən etmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi tam əsassızdır və həmin dövürdə Göygöl Rayon Məhkəməsi inzibati icraat aparılacaq işlərə baxa bilmədiyindən qətnamə ləğv edilməklə icraata xitam verilir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinə icraya dönüşlə bağlı ərizə verilmiş, Gəncə Apellyasiya Məhkəməsi icraya dönüşlə bağlı ərizəyə məktubla cavab verərək, bağışlama müqaviləsi olmasını və çıxarışın ləğvi ilə bağlı Göygöl Rayon Məhkəməsinə müarciət edə bilmələri göstərilmişdir. Bundan sonra tərəflərindən hazırkı iddia tələbi ilə iddia qaldırılmış X4 adına verilmiş **********92-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Göygöl rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş **********92-10301 resyter nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh tərəfində JN-104F saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.15 ha torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maenənin aradan qaldırılmasını xahiş etmişlər. Onların iddiaları tam əsaslıdır və haqlıdırlar. Belə ki, Cavabdeh adına çıxarışın verilməsinə əsas olmuş Göygöl Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi olmuş və hazırda həmin qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən həmin qətnamə ləğv olunduğundan ondan sonraki mərhələlər də etibarsız hesab edilməli və ləğv edilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin qərardadı üzrə 2012-ci ildə qəbul edilmiş qətnamə üzrə mülkü işin icraatına xitam verilməsi onların sübutudur. Həmçinin göstərmişdir ki, onlar iddia tələbində tam haqlıdırlar. Belə ki, iddia tələblərində göstərmiş olduqları 3 sənədin verilməsinə əsas olmuş Göygöl Rayon Məhkəməsinin 2012-ci il tarixli qanunsuz qətnaməsi olmuşdur. Onlar qətnamədən narazı qaldıqları üçün həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişlər, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən onların şikayəti tam təmin edilmiş və Göygöl Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş və icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadı hal-hazırda qüvvədədir. Qarşı tərəf şikayət versə də müddət ötürüldüyündən şikayət mümkün sayılmamışdır. Hazırda iddiaçı 2012-ci ildə qəbul edilmiş məhkəmənin qərarı ilə mülkiyyətindən məhrum edilmiş, bundan 13 il sonra ədalət yerini tapmış və məhkəmənin qərarı ləğv edilmiş və iddiaçı öz mülkiyyət hüququna qovuşmuşdur. Hal-hazırda Sənubərin adına olan çıxarış, bağışlanma müqaviləsi və cavabdehin adına olan çıxarış onların həmin torpağa çıxarış almalarına maneə yaradır. Onlar hazırda mülkiyyət hüquqlarından məhrum olmuşlar. Onlar tərəfindən məhkəməyə heç bir saxta sənəd təqdim edilməmişdir. Mülkiyyətçinin mülkiyyət hüququndan məhrum edilməsinin tək səbəbi Göygöl Rayon Məhkəməsinin 2012-ci ildə qəbul edilmiş qətnaməsi olmuş, həmin qətnamədən tərəflərindən şikayət verilmiş və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən onların şikayəti tam təmin edilmiş və Göygöl Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş və icraata xitam verilmişdir. Göygöl Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi əsasında ilk olaraq Sənubərin adına çıxarış verilmiş, daha sonra Sənubər və Rəhim arsında bağışlama müqaviləsi olmuş daha sonra isə bağışlanılan Rəhimin adına çıxarış verilmişdir. Həmin sənədlərin verilməsinə səbəb olmuş məhkəmə qətnaməsi ləğv olunduğundan, Gəncə Apellyasiya Məhkəməsinin mülki işin icraatına xitam verilməsi barədə qərardadı qanuni qüvvəsini aldığından məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və nümayəndəsi (vəkili) Nümayəndə dediklərini təsdiq etməsini, əlavəsinin olmamasını bildirərək, məhkəmdən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, məhkəmənin qərarında göstərilmişdir ki həmin qərardan 10 gün və ya bir ay müddətində şikayət verilə bilər, məhkəmə qərarında göstərilməmişdir ki, 12 ildən sonra iddia qaldırıla bilər. Həmin məhkəmə qərarının üzərindən artıq 13 il keçmişdir. İddiaçı saxta sənədlər gətirməklə, məhkəməni və Azərbaycan Respublikasının Konstitusiyasını aldadır. İddiaçı Dövlət Arxivindən saxta sənəd almışdır ki, İddiaçı 1995-ci ildə qəyyumluğa götürülmüşdür. O məhkəməyə əvvəlcə sənəd təqdim etmişdir ki, 1997-ci ildə qəyyumluğa götürülmüş və bir il yarım qəyyumluqda qalmışdır. 2000-ci ildə qəyyumluqdan və evdən çıxarılmışdır. 2012-ci ildə qətnamə çıxarılarkən Dürdanə iştirak etməsədə gəlib sözünü demiş və ona nə bilirsə etməsini, heç nə istəməməsini bildirmişdir. Sənubər 6 il bundan əvvəl rəhmətə getmişdir. Onun Dürdanəyə veriləcək heç nəyi yoxdur. Əlavə olaraq bildirdi ki, 2012-ci ildə X9 məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahəsini X9 ona 2012-ci ildə bağışlamışdır. İddiaçı 2000-ci ilə qədər həmin evdə yaşamış və bundan sonra evdən çıxmışdır. İddiaçı 2000-ci ildə onunla birlikdə kirayə çıxmışdır. Həmçinin göstərmişdir ki, iş məhkəməyə keçməmişdən əvvəl o kənd icra nümayəndəsinə bildirmişdir ki, Dürdanə gəlsin ona 5 sot torpaq versin və bu məsələ bağlansın. Lakin Dürdanə danışdığını vəkilin 4-5 min manat pulunu almasını və onun əlindən torpağı tam alacağını bildimişdir. Onun anası yataq xəstəsi olmuş, onlar ona baxdığı üçün həmin torpağı Sənubər onlara bağışlamışdır. Onun adına vərəsəlik açılması barədə iddiaçının vəkili İnzibati Məhkəməyə saxta sənəd təqdim etmişdir. Onların işi Ali Məhkəməyə getmiş və onun vəkili burada yoxdur. Dürdanə tərəfindən Arxivdən qıyyumluqla bağlı alınmış sənəd, həmçinin icra nümayəndəliyi tərəfindən alınmış sənədlər xəstədir. Sənubər 2019-cu ildə ölsə də məhkəmələr Sənubəri məhkəməyə çağırmışdır. Bu isə onu sübut edir ki, sənədlər saxtadır. Əlavə olaraq bildirdi ki, torpaq onundur və İddiaçı torpaqdan istifadəsinə mane törədir. Onun torpağından heç kəs istifadə edə bilməz. Apellyasiya məhkəməsinin qərardadından şikayət verilməmiş, inizbati məhkəməyə müraciət edilmiş və inzibati məhkəmənin qərarından Ali Məhkəməyə şikayət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1521/2024 saylı qərardadından Ali Məhkəməyə şikayət verməmişdir. Məhkəmədən hazırki işin dayandırılmasını və Ali Məhkəmənin cavabının gəlməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iş üzrə qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Göygöl (Xanlar) rayonu, Aşıqlı kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş JN-104 F, KOD 50803018 saylı şəhadətnamənin sürətindən görünür ki, Xanlar rayonu AİK-nın xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə ünvan 1ində yerləşən 0.15 ha fərdi yaşayış evi (həyatyanı sahə) təyinatlı torpaq sahəsi X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X4 və X5 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli şəhadətnamənin X5 adına olan hissədə etibarsız hesab edilməsi, X6 həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququ verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə X4 tam mülkiyyət hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş X9 ilə Cavabdeh arasında 23 oktyabr 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış reyesterdə 4Ə-2-67C qeydi ilə qeydə alınmış bağışlanma müqaviləsindən görünür ki, X9 Ərazi İdarə verdiyi xx.xx.2012-ci il 286№-li arayışa, Azərbaycan Respublikası ƏMDKY-a DƏDRX-n Hüqə Döv.Qeyd.Had.DƏDR-n verdiyi **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qedyiyyat tarixli Çıxarışa əsasən ünvan 1i ünvandan 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 yaşayış otağı ümumi sahəsi 44.7 kvm, yaşayış sahəsi 36.3 kvm, yardımçı sahəsi 8.4 kvm, 1 mərtəbəli tövlə tikilialtı sahə 34.8 kvm, 1 mərtəbəli quş dami tikilialtı sahə 12.7 kvm-dən ibarət fərdi yaşayış evini oğlu CavabdehM-ya bağışlamışdır. Bağışlanan mülkün dəyəri 20000 (iyirmi min) manata qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 2891/2025 saylı məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 1i ərazisində yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına xx.xx.2012-ci il tarixli, **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh tam mülkiyyət hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1521/2024 saylı qərardadından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-292/2012 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)- 292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi və hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon Aşıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 768760 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə beyinə qansızma nəticəsində ünvan 1ində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin, 02-ci ayının, 07-ci günündə 01 № ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Xanlar rayonu AİK-nın xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə ünvan 1ində yerləşən 0.15 ha fərdi yaşayış (həyatyanı sahə) təyinatlı torpaq sahəsi X4 və X5 ümumi birgə mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə dair JN-104 F, KOD 50803018 saylı şəhadətnamə tərtib edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X7 qarşı xx.xx.2001-ci il tarixli, JN -104F nömrəli şəhadətnamənin X5 adına olan hissədə etibarsız hesab edilməsi, X6 həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququ verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə əsasında “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışla ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə X4 tam mülkiyyət hüququ tanınmışdır. Daha sonra X2 rayon Notariat kontorunda bağlanılmış 23 oktyabr 2012-ci il tarixli, 4Ə-2-67C reyestr nömrəli bağışlama müqaviləsi əsasında **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qedyiyyat tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1i ünvandan 0.15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 yaşayış otağı ümumi sahəsi 44.7 kvm, yaşayış sahəsi 36.3 kvm, yardımçı sahəsi 8.4 kvm, 1 mərtəbəli tövlə tikilialtı sahə 34.8 kvm, 1 mərtəbəli quş dami tikilialtı sahə 12.7 kvm-dən ibarət fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışla ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh tam mülkiyyət hüququ tanınmışdır. Bundan sonra Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1521/2024 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-292/2012 nömrəli qətnaməsi ləğv edilərək, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı X4 adına verilmiş **********92- 10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Göygöl rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş **********92-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh tərəfindən JN-104F saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.15 ha torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maenənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə ilk növbədə iddia tələbinin X4 adına verilmiş **********92-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X7 qarşı xx.xx.2001- ci il tarixli, JN -104F nömrəli şəhadətnamənin X5 adına olan hissədə etibarsız hesab edilməsi, X6 həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququ verilməsi tələbinə dair iddiası təmin edilərək, həmin qətnamə əsasında “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarışla ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzrə X4 tam mülkiyyət hüququ tanınmış olsa da, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1521/2024 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-292/2012 nömrəli qətnaməsi ləğv edilərək, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, artıq xx.xx.2001- ci il tarixli, JN -104F nömrəli şəhadətnamənin X5 adına olan hissədə etibarsız hesab edilməsi və X4 ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə icraata xitam verildiyindən, həmin qətnamə əsasında etibarsız hesab edilmiş xx.xx.2001- ci il tarixli, JN -104F nömrəli Torpağın Mülkiyyətə veriməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsində qaldığından və şəhadətnamənin etibarsız hesab edilməsi əsasında 0.15 ha torpaq sahəsinə dair X4 torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun qeydə alındığı Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarış isə öz hüquqi qüvvəsini itirdiyindən həmin çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, Seriya RX ******* nömrəli çıxarış əsasında X4 tam olaraq mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Göygöl rayon Notariat kontorunda xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsini də əsaslı hesab edir və iddia tələbinin həmin hissəsi ilə bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. xx.xx.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər, bu səbəbdən də mərhum X4 Cavabdeh ilə bağladığı 23 oktyabr 2012-ci il tarixli, 4Ə-2-67C reyestr nömrəli bağışlama müqaviləsi özü özlüyündə əhəmiyyətsiz əqddir. X13 məhkəmə qətnaməsi ilə ona və İddiaçı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli Torpağın Mülkiyyətə veriməsinə dair şəhadətnaməni İddiaçı münasibətdə etibarsız hesab olunaraq mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə tam olaraq mülkiyyət hüquqularının qeydə alınmasına nail olsa da, hazırda həmin qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verildiyindən 0.15 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və sərəncam hüququnu həyata keçirmək üçün hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X9 ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi özlüyündə etibarsız əqd olduğundan, həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin iddianın mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdehbub adına verilmiş **********92-10301 resyter nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair bağlanmış 23 oktyabr 2012-ci il tarixli, 4Ə-2-67C reyestr nömrəli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin İddiaçı JN-104 F, KOD 50803018 saylı şəhadətnamədə göstərilən ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsindən istifadə etməsinə maneə yaradılmasının cavabdehə qadağan edilməsi hissəsini də əsaslı hesab edir. Belə ki, JN-104 F, KOD 50803018 saylı şəhadətnamədə göstərilən ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi mərhum X9 ilə yanaşı İddiaçı da mülkiyyətində olduğundan onun torpaq sahəsindən maneəsiz istifadə etmək və üzərində sərəncam vermək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin torpaq sahəsindən istifadə etməsinə maneə yaradılmasının cavabdehə qadağan edilməsi hissəsinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaradılmasının cavabdehə qadağan edilməsi tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir və o, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneçilik törədir. Ona görə də, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə, işin müəyyən edilmiş hallarına və yuxarıda sadalanan Qanunvericilik normalarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarış ləğv edilməli, X9 ilə Cavabdeh arasında 23 oktyabr 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış reyesterdə 4Ə-2-67C qeydi ilə qeydə alınmış ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi etibarsız hesab edilməli, ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarış ləğv edilməli və İddiaçı JN-104 F, KOD 50803018 saylı şəhadətnamədə göstərilən ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsindən istifadə etməsinə maneə yaradılması Cavabdeh qadağan edilməlidir. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarış ləğv edilsin. X9 ilə Cavabdeh arasında 23 oktyabr 2012-ci il tarixdə Göygöl rayon Notariat kontorunda bağlanılmış reyesterdə 4Ə-2-67C qeydi ilə qeydə alınmış ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi etibarsız hesab edilsin. ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarış ləğv edilsin. İddiaçı JN-104 F, KOD 50803018 saylı şəhadətnamədə göstərilən ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsindən istifadə etməsinə maneə yaradılması Cavabdeh qadağan edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-616/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-616/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver