Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-873/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4156 (dörd min bir yüz əlli altı) manat, 4 (dörd) qəpik əsas borc, 150 (bir yüz əlli) manat, 65 (altmış beş) qəpik faiz borcu olmaqla, cəmi 4306 (dörd min üç yüz altı) manat, 69 (altmış doqquz) qəpik məbləğində borcun və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2022-ci il tarixli, 24 iyul 2022-ci il tarixli, 08 mart 2023-cü il tarixli və 10 mart 2023cü il tarixli kredit kart müqavilələrinə əsasən Cavabdeh debet kartlar verilmişdir. Cavabdeh internet saytları vasitəsi ilə məhsul alarkən həmin kartlarla ödənişlər edərək, cashback əldə etmişdir. Sonra həmin məhsulların alışından istifadə etdiyindən həmin vəsaitləri geri qaytarmışdır. Bu zaman Bank tərəfindən hesablanmış cashbacklar da geri qaytarılmalı idi. Lakin texniki nasazlığa görə Cavabdeh hesabına köcürülmüş cashbacklar geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək, qeyd edilən əməliyyatları 24 iyul 2022-ci ildən, 10 dekabr 2023-cü il tarixə kimi olan müddət ərzində dəfələrlə edərək, faktiki ödəniş etmədiyi və mal almadığı halda 4156 (dörd min bir yüz əlli altı) manat, 4 (dörd) qəpik cashback almışdır. Nəticədə cavabdehin 4156 (dörd min bir yüz əlli altı) manat, 4 (dörd) qəpik əsas borc, 150 (bir yüz əlli) manat, 65 (altmış beş) qəpik faiz borcu olmaqla, cəmi 4306 (dörd min üç yüz altı) manat, 69 (altmış doqquz) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və göstərdi ki, əvvəllər ticarət ilə məşğul olmuş və İddiaçı ASC ilə arasında bağlanmış 23 iyul 2022-ci il tarixli, 24 iyul 2022-ci il tarixli, 08 mart 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli kredit kart müqavilələrinə əsasən o, debet kartları almışdır. Ancaq son vaxtlar ticarətlə məşğul ola bilməmişdir və qeyd edilən borcu yaranmışdır. Məhkəmə cavabdehın izahatını, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 63 (altmış üç) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş “ödəniş kartı üzrə çıxarışdan” məlum olur ki, Cavabdeh 23 iyul 2022-ci il tarixli, 24 iyul 2022-ci il tarixli, 08 mart 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli kredit kart müqavilələrinə əsasən debet kartlarından ödənişlər etmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş 06 may 2024cü il tarixli məktubdan məlum olur ki, Cavabdeh cashback hesabında yaranmış 4156 (dörd min bir yüz əlli altı) manat, 4 (dörd) qəpik məbləöində borcu 10 gün ərzində ödənilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2022-ci il tarixli, 24 iyul 2022-ci il tarixli, 08 mart 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli kredit kart müqavilələrinə əsasən Cavabdeh debet kartlar verilmişdir. Cavabdeh internet saytları vasitəsi ilə məhsul alarkən həmin kartlarla ödənişlər edərək, cashback əldə etmişdir. Sonra həmin məhsulların alışından istifadə etdiyindən həmin vəsaitləri geri qaytarmışdır. Bu zaman Bank tərəfindən hesablanmış cashbacklar da geri qaytarılmalı idi. Lakin texniki nasazlığa görə Cavabdeh hesabına köcürülmüş cashbacklar geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək, qeyd edilən əməliyyatları 24 iyul 2022-ci ildən, 10 dekabr 2023-cü il tarixə kimi olan müddət ərzində dəfələrlə edərək, faktiki ödəniş etmədiyi və mal almadığı halda 4156 (dörd min bir yüz əlli altı) manat, 4 (dörd) qəpik cashback almışdır. Ona görə də, həmin borc Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 63 (altmış üç) manat dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 4156 (dörd min bir yüz əlli altı) manat, 4 (dörd) qəpik əsas borc, 150 (bir yüz əlli) manat, 65 (altmış beş) qəpik faiz borcu olmaqla, cəmi 4306 (dörd min üç yüz altı) manat, 69 (altmış doqquz) qəpik borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.
2. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 99 (doxsan doqquz) manat 63 (altmış üç) manat pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.