Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1051/2025 04.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı idarəetmədə olan nəqliyyat vasitəsinə görə (**-XE-***) barəsində hesablanmış qanunsuz cərimələr və bu cərimələrdən xx.xx.2024-cü il tarixli İPX ******* xx.xx.2024-cü il tarixli əsassız qərardan, xx.xx.2025-ci il tarixli EQ25884755 nömrəli elektron qərardan şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək AR DİN BŞBPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İPX ******* protokola görə xx.xx.2024-cü il tarixli çıxarılmış qərarın əsassız olduğu üçün ləğv edilməsini və qərara görə xx.xx.2025-ci il tarixdə məcburiyyət qarşısında ödədiyi 137 (bir yüz otuz yeddi) azn pulun geri qaytarılmasını, xx.xx.2025-ci il tarixli EQ 25884755 qərarın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərkən müəyyən etdi ki, həmin ərizəyə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, ərizəçi İddiaçı ərizəsi inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalı olduğu halda, iddia icraatı qaydasında tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı idarəetmədə olan nəqliyyat vasitəsinə görə (**-XE- ***) barəsində hesablanmış qanunsuz cərimələr və bu cərimələrdən xx.xx.2024-cü il tarixli İPX ******* xx.xx.2024-cü il tarixli əsassız qərardan, xx.xx.2025-ci il tarixli EQ25884755 nömrəli elektron qərardan şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı idarəetmədə olan nəqliyyat vasitəsinə görə (**-XE-***) barəsində hesablanmış qanunsuz cərimələr və bu cərimələrdən xx.xx.2024-cü il tarixli İPX ******* xx.xx.2024-cü il tarixli əsassız qərardan, xx.xx.2025-ci il tarixli EQ25884755 nömrəli elektron qərardan şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-1051/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1051/2025
04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver