Məhkəmə qərarları › İş №e-2(067)-1417/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1417/2023

12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1417/2023 12.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan iclasın keçirilmnəsini mümkün hesab etmşdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia ərizəsini və cavabdehin izahatını nəzərdən keçirərək hesab edir ki, mülki iş aidiyyatı üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanlara əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan İddiaçı iddia ərizəsi Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə 2(067)-1417/2023 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar