Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1678/2024 24.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş məbləğin reqres qaydasında geri alınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq, Cavabdeh 4133 manat, hüquqi xidmətə görə 200 manat İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2019-cü il tarixdə cavabdehlə (borclu Cavabdeh) və bank (kreditor "xxxx" (Quba filialı)) arasında №BPM**********29 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcluya illik 20 faizlə 48 ay müddətinə 5.400 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsəsi ilə onunla və bank arasında xx.xx.2019-cü il tarixli, №BPM**********29 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əvvəl kredit üzrə aylıq ödənişləri vaxtında ödəsə də daha ödənişləri dayandırmışdır. Bundan sonra bank cavabdeh öhdəliyinin yerinə yetirilməsini ondan tələb etməyə başladı. Nəticədə Bank tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun Bankda olan əmək haqqı hesabından 4133 manat pul tutulmuşdur. Həmin kredit tam ödənilmişdir. Həmin pulları cavabdehdən istəsədə o, hər dəfə bir bahanə gətirərək borcunu qaytarmaqdan imtina edir. Göründüyü kimi Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, həmin məbləğ də ondan tələb olunmalıdır. Həmçinin vəkil üçün ödədiyi 200 manat cavabdehdən xeyrinə alınmalıdır. Belə ki, zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları müəyyən olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddəsinin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hazırlıq iclasında iştirakı zamanı İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdehlə 2019-cu il tarixdə "xxxx" ASC arasında bağlanmış müqavilədə zamin olmuşdur. Bundan sonra cavabdeh borcunu ödəməmiş və borc məbləği ondan tutulmuşdur. Onun tərəfindən bütün borc ödənilmişdir. Bu səbəbdən cavabdehdən 4133 manat ödənilmiş borc məbləğini və hüquqi xidmətə görə ödənilmiş 200 manat pulu tələb edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Cavabdehlə 2019-cu il tarixdə "xxxx" ASC arasında bağlanmış müqavilədə zamin olmuşdur. Bundan sonra cavabdeh borcunu ödəməmiş və borc məbləği iddiaçıdan tutulmuşdur. Belə ki hüquqlarını təmsil etdiyi şəxs tərəfindən bütün borc ödənilmişdir. Bu səbəbdən cavabdehdən 4133 manat ödənilmiş borc məbləğini və hüquqi xidmətə görə ödənilmiş 200 manat pulu tələb edirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kredit müqaviləsindən müəyyən olunur ki, xx.xx.2019-cü il tarixdə cavabdehlə borclu Cavabdeh ilə "xxxx" (Quba filialı)) arasında №BPM**********29 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borcluya illik 20 faizlə 48 ay müddətinə 5.400 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsəsi ilə onunla və bank arasında xx.xx.2019-cü il tarixli, №BPM**********29 saylı zaminlik müqaviləsi bağlanmışdır. - "xxxx" Quba filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli Arayışdan müəyyən olunur ki, Cavabdehlə (AZE********, xxxxxxx, xx.xx.2018) ABB-nin Quba filialı arasında bağlanmış xx.xx.2019-ci il tarixli, BPM**********29 saylı kredit müqaviləsi ilə ona 5400 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı ilə əlaqədar olaraq BB-nin Quba filialı ilə iddiaçı arasında xx.xx.2019-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Yuxarıda qeyd olunan zaminlik müqaviləsinin şərtlərinə əsasən İddiaçı əmək haqqı hesabından xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 4132.19 (dörd min yüz otuz iki manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulmuşdur. - "xxxx" Quba filialının Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Cavabdehlə (AZE********, xxxxxxx, xx.xx.2018) ABB-nin Quba filialı arasında bağlanmış xx.xx.2019-ci il tarixli, BPM192.905240529 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5400 ( beş min dörd yüz manat) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı əmək haqqı hesabından xx.xx.2019-cu il tarixindən xx.xx.2023cü il tarixinədək ümumilikdə 4132.19 (dörd min yüz otuz iki manat on doqquz qəpik) manat məbləğində pul tutulmuşdur. BPM**********29 saylı kredit müqaviləsi üzrə hazırda borc yoxdur, kredit tam ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün icra sənədinə əsasən İddiaçı əmək haqqı hesabından xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumilikdə 4132.19 (dörd min yüz otuz iki manat on doqquz qəpik) manat məbləğində pul tutularaq tələbkar -"xxxx" ASC-nin hesabına köçürülmüşdür. Borc iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda da iddiaçı razılaşma üzrə cavabdehin əvəzinə -"xxxx" ASC-yə ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. - 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin borcunun iddiaçı tərəfindən tam ödənilməsi işin faktiki halları və sənədlərlə sübuta yetirildiyindən, iddia əsaslıdır. Belə ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı zamin kimi qeyd olunan məbləği ödəmiş və nəticədə ona həmin həcmdə ziyan dəymiş, Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş hüquqi xidmətə görə 200 manat ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, cavabdehdən iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4133 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-1678/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1678/2024
24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver