Məhkəmə qərarları › İş №e-2(067)-2333/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2333/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2333/2024 22.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən Dövlet Sosial Müdafi Fonduna olan 10461,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxx 1982- ci il, Doğulduğu yer- Azərbaycan, Xaçmaz; Mollaburhan kəndi, Şexsiyyeti tesdiq eden senedin FİN nömrəsi L-VHSR, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkəden getmək hüququnun müvəqqəti mehdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 3 saylı Ərazi Vərgilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azerbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixe vergi ödəyicisi olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 10461,07 manat olmaqla, ümumilikdə 10461,07 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ile vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********032700 nömreli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs ərizəni qəbul etməyib, izahat verərək göstərdi ki, o xx.xx.2024-cü il tarixində tutduğu vəzifədən azad edilmişdir. Ona görə həmin borc məbləğinə görə onun hüquqlarının pozularaq ölkədən getmək hüququ məhdudlaşdırılması üçün əsaslar yoxdur. Ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Bələ ki, mülki işin materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 10461,07 manat olmaqla, ümumilikdə 10461,07 manat borcu vardır. Borclu hüquqi şəxsin rəhbəri isə Cavabdehdur. İşdə olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu vardır. Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin (rəhbəri Cavabdeh) dövlət büdcəsinə vergi borcunun olması və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilmişdir. İşdə olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin rəhbəri Cavabdeh ünvanlanmış, muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi Dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair Bildirişdən müəyyən olunur ki, onun xx.xx.2024-cü il tarixinə ümumilikdə 13.844.84 manat vergi borcu vardır. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, Cavabdehdoğulduğu tarix - xx xxxx 1982- ci il, Doğulduğu yer - Azərbaycan, Xaçmaz; Mollaburhan kəndi, Şəxsiyyəti tesdiq eden sənədin FİN nömresi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE-********. İşdə olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü tarixli, 45 saylı Əmrindən müəyyən olunur ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında" Qanununun 33.1.1 maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Xaçmaz RİH başçısının Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsinin icrası müvəqqəti olaraq nümayəndə müavini X2 həvalə edilməklə 'imza və möhür səlahiyyəti verilsin. ƏSAS : RİHB-nın dərkənarı və Cavabdeh ərizəsi. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna 10461.07 manat olmaqla, ümumilikdə 10461.07 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə 24 iyun 2024-cü il tarixli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Həmin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə verilmişdir. Qeyd edilməlidir ki, məhkəmə hazırkı mübahisələr üzrə işlərə “Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” qaydasında baxır. Barəsində ərizə verilmiş orqanın rəhbəri isə, 11 iyul 2024-cü il tarixdən vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifələri vardır; - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanlarının məhkəməyə müraciət etmək hüquqları vardır; - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. -355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maraqlı şəxs tərəfindən təqdim edilmiş yuxarıda istinad edilən sənədlərlə müəyyən edildi ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulan Cavabdeh 11 iyul 2024-cü il tarixindən etibarən vəzifəsindən azad edilmişdir. Ərizəçinin məhkəməyə müraciət etməsinə əsas isə borclu hüquqi şəxsin borcunun ödənilməsinin təmin olunması ilə bağlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, baxılan icraatda məhz vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılmalı olduğundan, ərizəçi tərəfindən isə Cavabdeh indiki vaxtda hüquqi şəxsin icra orqanının rəhbəri olmasını təsdiq edən müvafiq sənədləri təqdim edilmədiyindən və məhkəmə iclasında da bununla bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə əsaslı hesab edilə bilməz, bu barədə ərizə təmin edilməməlidir. Qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə maraqlı şəxs Cavabdeh hazırda Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin rəhbəri deyil.Hazırki halda o hər hansı madi məsul bir şəxs deyildir. Ona görə də Cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin vergi borclarına görə cavabdehlik daşımır. Həmçinin, hazırki vəziyyətdə Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinin vergi borclarının ödənilməsinə yönəldilən və borcun ödənilməsini təmin edə biləcək bir tədbir olmayıb həmin tədbirin borcun ödənilməsinə hüquqi və məntiqi cəhətdən hər hansı müsbət təsiri də gözlənilmir. Ərizəçi vergi borcu olan müəssisənin icra orqanın rəhbərinin kim olmasını müəyyən etmədən və hazırki tələb təmin ediləcəyi təqdirdə onun hüquqi nəticələrinin vergi borclarının ödənilməsi üçün hər hansı səmərə verib-verməyəcəyini nəzərə almadan məhkəmədə, hazırki vəziyyətdə Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD Üzrə Nümayəndəliyinə münasibətdə tamamilə kənar şəxs olan Cavabdeh qarşı iddia qaldırmışdır. Eyni zamanda, ərizəçi vergi borcunun tam şəkildə ödənilməsi üçün real tədbirlərin mövcud olub-olmamasını araşdırmadan əsassız tələblə məhkəməyə müraciət etmişdir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, icra orqanın rəhbəri digər şəxs olan qurumun vergi borclarına görə Cavabdeh konstitusion hüquq və azadlıqlarının məhdudlaşdırılması qanunsuz və əsassızdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 307.2.9, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar