Məhkəmə qərarları › İş №e-2(067)-2425/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2425/2021

20.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2425/2021 20.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.02.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (torpaq sahəsi ilə birlikdə) boşaldılması, Cavabdeh qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasının və torpaq sahəsinin LPO "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il il tarixli qətnaməsinə əsasən Cavabdeh məxsus olan və kreditin təminatı üçün bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0074 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 20 a nömrəli 2 mərtəbəli qeyriyaşayış binasına tutma yönəldilmiş və bank qarşısında olan öhdəliyin müqabilində həmin ipoteka predmeti banka təklif edilmişdir. Qanunvericiliyin tələbləri qaydasında LPO İddiaçı ASC qeyd olunan qeyri-yaşayış binasını öz balansına qəbul edərək, ona dair mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilərək, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0074 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 20 a nömrəli 2 mərtəbəli qeyri-yaşayış binasının İddiaçı ASC-nin mülkiyyətində olmasına dair qeyd olunan orqandan 01.02.2019-cu il tarixli, RX seriyalı, ******* saylı çıxarış alınmışdır. Eyni zamanda Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən, qeyri yaşayış binasının və torpaq sahəsinin satıldıqdan sonra 1 ay ərzində cavabdeh tərəfindən boşaldılması qət edilsə də, həmin qətnamə boşaldılma hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il trarixli, 2(105)-54/2017 saylı qətnaməsinə əsasən Bank tərəfindən verilən iddia boşaldılma hissəsində təmin edilməmişir. Ali Məhkəmənin qərarı ilə də apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslə ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Cavabdehin LPO İddiaçı ASC-nin xüsusi mülkiyyəti olan qeyri-yaşayış binasından çayxana kimi istifadə etməsi Bankın mülkiyyət hüquqlarını pozur, bank faktiki olaraq həmin qeyri-yaşayış binasından, torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də, Bank məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə təqdim edəcəyi əlavə sübutların olmamasını göstərmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01.02.2019-cu il tarixli, ********** nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindfə yerləşən sahəsi 96.3 kvadrat metr olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı-yə məxsusdur. İş materiallarında olan 20.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, LPO "xxxx" ASC tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il il tarixli qətnaməsinə əsasən, Cavabdeh məxsus olan və kreditin təminatı üçün iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0074 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 20 a nömrəli 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilmiş və bank qarşısında olan öhdəliyin müqabilində həmin ipoteka predmeti banka təklif edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin əmlakı açıq hərracdan alqı-satqı yolu ilə əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlaka mülkiyyət hüququna dair çıxarış alınmışdır. Cavabdehin LPO İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından istifadə etməsi Bankın mülkiyyət hüquqlarını pozur, bank faktiki olaraq həmin qeyri-yaşayış binasından, torpaq sahəsindən istifadə edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Avropa insan hüquqları məhkəməsi «Sporrong və Lonnrotun İsveçrə qarşı» məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi, habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Məhkəmə qanunvericiliyin qeyd edoilən normalarını nəzərə alaraq, hesab edir ki, əmlakın mülkiyyəytçisi kimi iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əmlak üzərində hüquqları bərpa edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.02.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (torpaq sahəsi ilə birlikdə) boşaldılmalı, Cavabdeh həmin qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılmalı, qeyri-yaşayış binası və torpaq sahəsinin LPO "xxxx" ASC-yə təhvil verilməlidir. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.02.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 20 a nömrəli 2 mərtəbəli qeyri-yaşayış binası boşaldılsın. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılsın. Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 20 a nömrəli 2 mərtəbəli qeyri-yaşayış binası və torpaq sahəsi LPO "xxxx" ASC-yə təhvil verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar