Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2467/2022 14.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı qohumluq faktının müəyyən edilməsi edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək anası ( X2) və xalasının (Samoylenko (Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X5 ilə aralarında qohumluq faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi onun xalası oğlu X1muşdur. O, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xalası oğlunun 2 mərhum övladı olmuşdur. X11 Viktorovna xx.xx.2016-cı ildə, oğlu X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X7 övladı olmamışdır. X4 isə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan X8 adlı oğlu var. Lakin xalası oğlunun vəfatından artıq 1 il keçməsinə baxmayaraq oğlu Potapenko Yuriy mirasın qəbulu üçün nə notariat kontoruna müraciət etmiş, nə də ki mirasın faktiki qəbul edilməsi üçün (miras əmlakın idarə edilməsi, miras əmlakdan istifadə) hərəkətlər etmişdir. Odur ki, xalası oğlu- Potapenko Viktorun ondan başqa mirası qəbul edəcək, mirasa faktiki rəhbərlik edəcək vərəsəsi yoxdur. Xalaaı oğlunun ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayır, bütün kommunalları, təsərrüfat xərclərini öz vəsaiti hesabına ödəyir və faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Xaçmaz şəhərində yerləşən notariat kontoruna müraciət etmiş, lakin xalası oğlu ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Anası (X2) və xalasının (Samoylenko (Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X5 ilə aralarında qohumluq faktını şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib iş üzrə təqdim edilmiş çoxsaylı sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X9 göstərmişdir ki, Allanı tanıyır. Viktorgilə gedəndə tanış olmuşdur. Orada görmüş, söhbət etmişlər. Viktorun anasını yaxşı tanıyırdı. Viktorgillə qonşu olmuşdur. 35-40 yaşına kimi o küçədə yaşamışdır. Şofer işləyirdi. O vaxtı hamı onu tanıyırdı. Saşa adında oğlu var idi. Gözünün qabağında böyüyüblər. İndi rəhmətə gedib. Böyük qızı da rəhmətə gedib. Onların hamısını yaxşı tanıyır. Onun gəlini onunla bir yerdə işləyib. Köhnə-Xaçmaz məktəbində işləmişlər. Alla ilə qohum olduqlarını bilir, amma qohumluq dərəcələrini bilmir. Dəfn mərasimində də olublar. Yas mərasimi Vağzal küçəsində keçirilib. O, orda olmamışdır. Ramiz orda olub. Ondan sonra da gəlib evə baxırdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizəçi İddiaçı qohumluq faktının müəyyən edilməsi edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-2467/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2467/2022
14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver