Məhkəmə qərarları › İş №e-2(067)-2652/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2652/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2652/2024 10.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, iddiaçı “X3” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı “X3” Publik Hüquqi şəxsin Cavabdeh qarşı əmlak və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3” Publik Hüquqi şəxsi məhkəmədə iddia qaldıraraq cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 08 iyun 2022-ci il tarixində 2022/ÖM/03565 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək və 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) cavabdehdən tutularaq Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 08 iyun 2022-ci il tarixində 2022/ÖM/03565 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 1894, 1817, 1620 birka nömrəli inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 08 iyun tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2- M-30113/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 (üç) baş inək və 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, özünü məşğulluq proqramı çərçivəsində X3 tərəfindən cavabdehə 3 baş inək, 400 kq qarışıq yem və ot və yonca qarışığı olan 65 ədəd yem natura şəklində verilmişdir. Lakin sonradan aparılmış monitorinq zamanı aktivlər aşkar olunmamışdır. Cavabdehə xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmişdir. Lakin Cavabdeh maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, 1 ay ərzində mal tələf olarsa vətəndaş yerli məşğulluğa müraciət etməlidir. Belə olan halda malı əvəz olunur. Vətəndaşa bildirmişlər ki, bəyənmədiyi malı qəbul etməsin. 1 ay ərzində mala qulluq göstərilir, mal əmələ gəlmirsə məlumat verilməlidir.onlar podratçı vətəndaşla müqavilə bağlamışlar ki, ot verilsin. Podratçı da vətəndaşla razılaşır. Sığorta ilə əlaqədar 1 ay ərzində müraciət olunmalıdır. Müraciətlə əlaqədar tələf olan 1 heyvana dair sənəd təqdim olunduğu üçün 1 baş heyvana münasibətdə ziyan tələb olunmur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, ona verilən heyvanları satmamış, 8 gün sonra 2 baş heyvan xəstəlikdən tələf olmuşdur. Baytarlığa müraciət etmiş, baxmamışlar. 1 baş heyvanı isə 700 manata satmışdır. Ona bildirilmişdir ki, 1 ay ərzində heyvanlar tələf olarsa, ondan tələb olunmayacaq. Malın biri qızdırmadan tələf olmuşdur. Heyvanların yemini digər heyvanlara vermişdir. Yonca alınması barədə əvvəlcədən imza etmişdir. Yoncanın əvəzinə ona 100 manat pul vermişlər. Podratçının təklif etdiyi ot yararsız olduğu üçün otun əvəzinə pul almış, özü başqa yerdən ot almışdır. Mallar fərqli vaxtda tələf olmuşlar. 8 gün sonra 2-ci heyvan tələf olmuşdur. Əlavə olaraq bildirmişdir ki, heyvan tələf olandan sonra 1 ay ərzində sığorta ilə əlaqədar müraciət etmişdir. Təhvil almağa gələndə yararsız yonca olduğu üçün almamış, bunun əvəzinə pul almış, yemi almış, 3 baş inəyi almış, 2 baş inək isə ölmüş, 1 baş inəyi satmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 08 iyun 2022-ci il tarixində 2022/ÖM-03565 nömrəli müqavilə bağlanmışdır. -xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının əməkdaşı X4 və özünüməşğulluğa cəlb edilmiş Cavabdeh təsdiq etmişlər ki, filial 3 baş 3 yaşa qədər inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) təhvil vermiş, özünüməşğulluğa cəlb edilmiş şəxs isə həmin əmlakı təhvil almışdır. -31 yanvar 2024-cü il tarixli özünə məşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, Cavabdeh verilmiş “maldarlıq təsərrüfatı” zərfinə daxil olan əmlaklardan 3 baş iribuynuzlu inək və 800 kq qarışıq yem aşkar edilməmişdir. -Baytar köməkçisi-feldşer Ruslan Bəkdəmirovun, Ozal Əspəndiyevin, Cavabdeh, həkim Mərdəliyevin və Tahir Dadaşovun iştirakı ilə tərtib olunmuş aktdan və fotoşəkillərdən müəyyən olunur ki, Cavabdeha verilmiş 3 baş heyvan alınan gündən zəif yem yemiş, həkim tərəfindən müalicəyə cəlb olunmasına baxmayaraq, effekt verməmiş və heyvan xx.xx.2022-ci ildə axşam ölmüşdür. -xx.xx.2022-ci il tarixli, AQTA-nın Bakı reqional bölməsinin baş məsləhətçisi T. Atazadə, fermer təsərrüfatın baytar həkimi A. Əlirzayev, "AQROBEST' QSC-nın və “AZNEST" QSC-nın nümayəndəsi Ə.Niftəliyev və fermer təsərrüfatın baş çobanı T. Orucovun tərtib etdiyi aktdah görünür ki, Gürcüstan Respublikasından "AQROBEST” QSC-nın və "xxxx" QSC-nın fermer təsərrüfatına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi üçün "xxxx" QSC-ti və "xxxx"’ QSC-ti tərəfindən baytarlıq sertifikatları (140544, 140545, 140547, 140548, 140549, 140550, 140551, 140558, 140559) əsasında 630 baş iri buynuzlu heyvanlara (aşağıda qeyd olunan birka nömrələri 1751 - 2380 üçün), tərəflərindən kliniki baxış keçirilmiş və nəticədə heyvanlarda xəstəlik əlamətləri aşkar edilməmişdir. Məhkəmə prosesi zamanı müəyyən olundu ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 08 iyun 2022-ci il tarixində 2022/ÖM/03565 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “maldarlıq təsərrüfatı” zərfinə daxil olan əmlaklar, yəni 3 baş inək və 400 kq qarışıq yem 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 08 iyun tarixli aktla vətəndaş Cavabdeh “maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı əmlakı əldə etdiyi müəyyən edilmişdir. Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 31 yanvar 2024 tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “maldarlıq təsərrüfatı” zərfinə daxil olan əmlaklar aşkar edilməmişdir. İddiaçı verilən malları natura şəklində geri tələb edir. Cavabdeh iddianı qismən qəbul edərək ona verilmiş heyvanlardan ikisinin öldüyünü, birini istə satdığını bildirir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 08 iyun 2022-ci il tarixli 2022/ÖM-03565 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanunun: 24.4-cü maddəsinə əsasən,özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. 24.7-ci maddəsinə əsasən,özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın: 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. 8.3-cü bəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. 8.4-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. 9.2-ci bəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Yuxarıda qeyd edilən normalarının məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə əmlak kimi təhvil verilmiş 3 baş inək monitorinq zamanı aşkar edilməmiş və həmin əmlakın natura şəklində geri qaytarılması təmin edilməmişdir. Cavabdeh 2 baş heyvanın ölməsini, 1 baş heyvanı isə satmasını bildirmişdir. Eyni zamanda işə əlavə edilmiş akt və fotoşəkillər ilə 1 baş heyvanın öldüyü öz təsdiqini tapır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri). Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. O cümlədən, həmin şəxs müqavilə müddətində fəaliyyəti və ona təhvil verilmiş əmlak barədə məlumatları məşğulluq altsistemə daxil etməlidir. Lakin cavabdeh bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sonuncunun fəaliyyətinin yoxlanması və monitorinq zamanı 08 iyun 2022-ci il tarixində 2022/ÖM- 03565 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 3 baş inəyin olmadığı aşkar edilmişdir. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 9.2-ci bəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” “maldarlıq təsərrüfatı” zərfinə daxil olan əmlaklar, yəni 3 baş inək və 400 kq qarışıq yem 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Həmin heyvanlardan biri tələf olmuşdur. Cavabdeh həmin heyvanlardan ikisinin öldüyünü bildirsə də, yalnız bir heyvanın tələf olması barədə sübutu məhkəməyə təqdim etmiş, digər heyvanın tələf olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh 65 ədəd yemin (ot və yonca qarışığı) ona natura şəklində verilmədiyini, bunun əvəzinə pul aldığını bildirsə də, məhkəməyə bu faktı da təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən sağlam 2 baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində X3” Publik Hüquqi şəxsə qaytarılmalıdır. Tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 08 iyun tarixli aktla vətəndaş Cavabdeh “maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı əmlakı əldə etdiyi müəyyən edilmişdir. Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 31 yanvar 2024 tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “maldarlıq təsərrüfatı” zərfinə daxil olan əmlaklar aşkar edilməmişdir. İddiaçı verilən malları natura şəklində geri tələb edir. Cavabdeh iddianı qismən qəbul edərək ona verilmiş heyvanlardan ikisinin öldüyünü, birini istə satdığını bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun: 9–cu maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları; 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı cavabdeh tərəfindən sağlam 2 baş inək 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində iddiaçıya qaytarılmalı və məhkəmə xərcləri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməldir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə iddiaçı X3 Publik Hüquqi şəxsi arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 08 iyun 2022-ci il tarixdə 2022/ÖM-03565 nömrəli müqaviləyə əsasən istifadəyə verilən Cavabdeh tərəfindən sağlam 2 baş inək 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində “X3” publik hüquqi şəxsə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar