Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3023/2022 12.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsinin şəxsin ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göstərilənlərə əsasən iddiaçı Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsinin şəxsin ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunmalıdır ki, ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26,152 və 153-cü maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsinin şəxsin ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-3023/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3023/2022
12.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver