Məhkəmə qərarları › İş №e-2(067)-3117/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3117/2024

18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3117/2024 18.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7834,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1987-ci il, Doğulduğu yer - AZ6RBAYCAN, QUSAR, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan "ZƏRDABİ ADİNA ELMİ-TƏCRÜBƏ BAZASİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 19 manat, Dövlət Sosial Müdafiə Fonduna 61 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), AZƏRBAYCAN RESPUBLİKASİ KƏND TƏSƏRRÜFATİ NAZİRLİYİ MEYVƏÇİLİK VƏ ÇAYÇİLİQ X2 MƏNTƏQƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7833,89 manat olmaqla, ümumilikdə 7834,69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********452800, xx.xx.2024-cü il tarixli **********513100, xx.xx.2024-cü il tarixli ******************.07.2024-cü il tarixli **********193200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Tərəflər məhkəmə tərəfindən rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəməyə iclasına gəlməmişlər, iddiaçı ərizə göndərərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3 maddəsinə uyğun tərtib edilməmişdir. Ərizəsində iddiaçının tələbi dəqiq şəkildə ifadə olunmamışdır. Belə ki, iddiaçının tələbin xahiş hissəsindən görünür ki, hüquqi şəxslərin dövlət büdcəsinə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7834,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 19 manat məbləğində borc vardır. Lakin ərizənin əsaslandırıcı hissəsində isə qeyd olunur ki, "X4-Təcrübə Bazası" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta fonduna 19 manat, Dövlət Sosial Müdafiə Fonduna 61 manat, dövlət büdcəsinə 0 manat məbləğində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X1 Dayaq Məntəqəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7833,89 manat olmaqla ümumilikdə 7834,69 manat borcu vardır. Beləliklə də, iddia tələbində qeyd olunan 7834,5 manat məbləğin nədən yaranması məhkəmə aydın deyil. Əgər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik Və X1 Dayaq Məntəqəsinin Dövlət Sosial Müdafiə Fonduna 7833,89 manat məbləğində, "X4-Təcrübə Bazası" MMC-nin isə dövlət sosial müdafiə fonduna 61 manat məbləğində borcu vardırsa, bunların cəmi 7894,89 manat təşkil edir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, bu məsələni dəqiqləşdirmək mümkün olmamışdır. Belə olan halda, iddia tələbi qeyri-dəqiq olduğundan, MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hesab edirəm ki, ərizəçi iddia tələbini dəqiq göstərmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar