Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3129/2023 16.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində əldə edilmiş “barışıq sazişinin təsdiq olunmasına” dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ailə münasibətlərinin həllindən irəli gələn mübahisəli məsələ üzrə onunla maraqlı şəxs X3 arasında, mediatorun iştirakı ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X3 ilə (bundan sonra maraqlı şəxs) birgə nikahdan iki övladı: 07 aprel 2017-ci il təvəllüdlü X5 və 20 avqust 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Artıq uzun müddətdir ki, maraqlı şəxslə aralarında yaranmış soyuq münasibət səbəbindən o, valideynlərinə məxsus evdə yaşayır və maraqlı şəxslə birgə ailə təsərrüfatı idarə etmirlər. Yaranmış bu soyuqluğa aydınlıq gətirilməsi üçün mediator xidmətinə müraciət edilmiş, mediatorun iştirakı ilə aralarında müəyyən razılaşma (saziş) əldə olunsa da qısa müddət keçməmiş cavabdeh həmin 25 punktdan ibarət olan razılaşma şərtlərini pozmuşdur. Baxmayaraq ki, həmin razılaşmanın 6-cı punktuna əsasən bu razılamanın şərtləri imzalandığı andan tərəflər üçün məcburi olub və 10 gün müddətində könüllü şəkildə icrasına razılaşdırılıb. Maraqlı şəxsin bu razılaşma şərtlərinə belə münasibət göstərməsindən sonra o, yaranmış mübahisəli məsələnin həlli üçün çıxış yolu kimi məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmişdir. Maraqlı şəxslə aralarında bağlanan həmin sazişə əsasən maraqlı şəxs birgə nikahlarından doğulmuş, onun himayəsində olan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 175 manatdan olmaqla iki uşağa görə cəmi 350 manat aliment pulu ona ödəyəcəyinə razılıq versə də sonradan bundan imtina etymişdir. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəmə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs X3 arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən tərəflər nikahı davam etdirməyə razılığa gəlməmişlər. “Tərəflər” nikahın davam etdirilməməyə qərara gəlmişlər. “İkinci tərəf” X1 və X2 yetkinlik yaşına çatana qədər 2023-cü ilin mart ayından başlıyaraq hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat aliment “Birinci tərəf”-ə ödəməyə öhdəsinə götürür. “İkinci tərəf” “Birinci tərəf”-in apardığı cehiz əmlakını 2023-cü ilin mart ayı ərzində qaytarmağa öhdəsinə götürür. “İkinci tərəf” “Birinci tərəf”-ə məxsus olan qızılzinət əşyalarını 2023-cü ilin mart ayı ərzində qaytarmağa öhdəsinə götürür. “Birinci tərəf” birgə nikah dövründə əldə olunmuş əmlakdan və evdən yaşamaq hüququndan imtina edir. “İkinci tərəfə” “Birinci tərəf”-in birgə nikah dövründə əldə olunmuş əmlakından və evdən yaşamaq hüququndan imtinası qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin.
1. “Tərəflərin” nikahın davam etdirilməməsi qərarına gəlmələri, “İkinci tərəf” (X3) X1 və X2 yetkinlik yaşına çatana qədər 2023-cü ilin mart ayından başlayaraq hər ay hər uşağa 175 manat, cəmi 350 manat alimenti “Birinci tərəf”-ə ( İddiaçı) ödəməyi öhdəsinə götürməsinə, “İkinci tərəf” “Birinci tərəf”-in apardığı cehiz əmlakını 2023-cü ilin mart ayı ərzində qaytarmağı öhdəsinə götürməsi, “İkinci tərəf” “Birinci tərəf”-ə məxsus olan qızılzinət əşyalarını 2023-cü ilin mart ayı ərzində qaytarmağı öhdəsinə götürməsi, “Birinci tərəf” birgə nikah dövründə əldə olunmuş əmlakdan və evdə yaşamaq hüququndan imtina etməsinə, “İkinci tərəfə” “Birinci tərəf”-in birgə nikah dövründə əldə olunmuş əmlakından və evdən yaşamaq hüququndan imtinasını qəbul etməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Sərxan Səmədzadə