Məhkəmə qərarları › İş №e-2(067)-3205/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3205/2025

16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3205/2025 16.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2414,71 manat, işsizlikdən sığorta fonduna olan 58,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 234,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1958-ci il, Doğulduğu yer – Azərbaycan, Xaçmaz rayonunun Bostançı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, Səxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası, Xaçmaz rayon Bostançı Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2414,71 manat, işsizlikdən sığorta fonduna 58,62 manat, İcbari Tibbi Sığorta Fonduna 234,4 manat olmaqla, ümumilikdə 2707,73 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********880500, xx.xx.2025-ci il tarixli **********290700, xx.xx.2025-ci il tarixli **********883200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinə və maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, İddiaçınin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin və maraqlı şəxs Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********9 saylı bildirişdən müəyyən olunur ki, Azərbaycan Respublikası, Xaçmaz rayon Bostançı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 2414,71 manat borcu vardır. İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********1 saylı bildirişdən müəyyən olunur ki, Azərbaycan Respublikası, Xaçmaz rayon Bostançı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 58,62 manat borcu vardır. İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********1 saylı bildirişdən müəyyən olunur ki, Azərbaycan Respublikası, Xaçmaz rayon Bostançı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixinə İcbari Tibbi Sığorta Fonduna 234,40 manat borcu vardır. Məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə: Azərbaycan Respublikasının Konsitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci, 355-5-ci, 355- 6-cı və 355-7-ci maddələrində və Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrində fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı müvafiq müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 84.0-cı maddəsinə əsasən vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. İş materiallarından müəyyən olunur ki, vergi ödəyicisinə verginin hesablanması haqqında bildirişlər göndərilmişdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 307.2.9, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə hüquqi şəxsin icra orqanının rəhbəri Cavabdeh (doğulduğu tarix – xx.xx.1958ci il, doğulduğu yer – ünvan 1 ünvan: Xaçmaz rayonunun Bostançı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minsin. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar