Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3209/2024 21.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, maraqlı şəxs Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 21 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 27473,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxx 1989-cu il, Doğulduğu yer - Azərbaycan, Xaçmaz; Mollaburhan kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN RESPUBLİKASİ XAÇMAZ RAYONU XAÇMAZ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 27473,64 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 27473,64 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********306600, xx.xx.2024-cü il tarixli **********287600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi ərizəni qəbul etməyərək göstərmişdir ki, bələdiyyənin 3 saylı Vergilər İdarəsinə vergi borcu ilə əlaqədar bələdiyyənin bütün vəsaitləri borcun ödənilməsinə yönəldilmişdir, lakin faizlərin hesablanması davam etdiyi üçün borc məbləği artmaqda davam edir, borc qurtarmır. Həmin borc üzrə 2023-cü ildə də qətnamə qəbul olunub. Bələdiyyənin hesabları bağlanmış yalnız əmək haqqı ödənilir. Qalan vəsaitlər bələdiyyənin vergi borcunun ödənilməsinə yönəlmişdir. Ödəniş olmasaydı borc məbləği daha yüksək olardı. Eyni məsələ ilə əlaqədar məhkəmə prosesləri keçirilmiş, qərar qəbul olunmuşdur. Ödənişlər davam etdirilir, bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -03 oktyabr 2008-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsi ilə Xaçmaz bələdiyyəsi arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə bağlanmışdır. - Bildirişdən müəyyən olunur ki, icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair Xaçmaz bələdiyyəsi xx.xx.22024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. -Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Xaçmaz bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 27473,64 manat borcu vardır. -Xəbərdarlıq müəyyən olunur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında maraqlı tərəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq olunmuş, borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Qeyd olunmuşdur ki, borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikasının Konsitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 84.0-cı maddəsinə əsasən vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci və 355-5.2-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətə baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyəcisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-7.4, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxx 1989-cu ildə ünvan 1ində anadan olmuş, Xaçmaz rayonunun Qaraqurtlu kəndi ünvanında qeydiyyatda olan (Doğulduğu tarix - xx xxx 1989-cu il, Doğulduğu yer - Azərbaycan, Xaçmaz; Mollaburhan kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-3209/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3209/2024
21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver