Məhkəmə qərarları › İş №e-2(067)-3318/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3318/2025

15.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3318/2025 15.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin evdən çıxarılması və iddiaçının evə köçürülməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 27 oktyabr 2018-ci il təvəllüdlü övladı X5 ilə birgə Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinın cavabdehin hesabına boşaldılması və qeyd edilən evin İddiaçı əməli istifadəsinə verilməsi (həmin evə iddiaçının köçürülməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi iddiaçıya doğma anası X3 tərəfindən xx.xx.2016-cı il tarixində notarial qaydada təsdiq edilmiş Bağışlama Müqaviləsinə əsasən bağışlanmışdır. Hal-hazırda Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli (Seriyası RX, Nömrəsi 0961948) çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd edir ki, iddiaçının qardaşı ilə cavabdeh arasında 02 mart 2018-ci il tarixində rəsmi nikah bağlandıqdan sonra, iddiaçının qardaşının xahişinə əsasən, cavabdeh Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinə gəlin gəlmiş və hazırda həmin evdə cavabdeh 27 oktyabr 2018-ci il təvəllüdlü övladı X5 ilə birgə yaşayır. Hazırda iddiaçının qardaşı X6 ilə Cavabdeh arasında olan nikah Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və iddiaçının qardaşı həmin cavabdehdən rəsmi ayrılaraq həmin evi və yaşadığı ölkəni tərk edib xaricə getmişdir. Hazırda iddiaçı hesab edir ki, cavabdehin onun xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evində yaşamaqda davam etməsi və təsərrüfat aparması yolverilməzdir. Belə ki, cavabdeh onun ailə üzvü deyildir. Hazırda bu halın davam etməsi mülkiyyətçinin öz əmlakından sərbəst istifadə etməsinə maneə yaradır. Yəni iddiaçı öz evinə sərbəst gəlib gedə bilmir, evdə daima cavabdeh iddiaçı ilə və keçmiş qaynanası ilə onlar həmin evə gələn zaman söz-söhbət yaradır ki, həmin evdə cavabdehdən başqa heç kim yaşamasın. Ona görə də, iddiaçı hesab edir ki, cavabdeh öz övladı ilə birgə həmin evdən çıxarılmalı və Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi cavabdeh tərəfindən onun hesabına boşaldılaraq iddiaçıya tam təhvil verilməlidir. Hazırki mübahisə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan cavabdehin azyaşlı ödladı ilə birgə çıxarılması, cavabdehin hesabına evin boşaldılması və evin iddiaçının əməli istifadəsinə verilməsi ilə bağlıdır. Yəni, iddia tələbindən də göründüyü kimi, hazırda iddiaçının iddiası məhz mülkiyyət hüququnun maneəsiz həyata keçirilməsi ilə bağlıdır və yuxarıda istinad etdiyi qanunvericiliyin müddəalarına əsasən iddia əsaslıdır və məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Cavabdeh 27 oktyabr 2018-ci il təvəllüdlü övladı X4 ilə birgə Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evindən çaxarılmaları, həmin fərdi yaşayış evinin cavabdehin hesabına boşaldılması və İddiaçı əməli istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 0.04 ha, ümumi sahəsi 107 kv.m., olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Xaçmaz rayonu, 1 saylı notariat Kontoru tərəfindən verilmiş 25 oktyabr 2016-cı il tarixli, 4Ə-1995 nömrəli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Nadir Ələskərov küçəsi, 50 ünvanında yerləşən, ümumi sahəsi 107.5 kv.m olan fərdi yaşayış evini İddiaçı bağışlamışdır. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Cavabdeh nikahına xx.xx.2025-ci il tarixində xitam verilmişdir. İş mteriallarımdan göründüyü kimi, Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi iddiaçıya doğma anası X3 tərəfindən xx.xx.2016-cı il tarixində notarial qaydada təsdiq edilmiş Bağışlama Müqaviləsinə əsasən bağışlanmışdır. Hazırda Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli (Seriyası RX, Nömrəsi 0961948) çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının qardaşı ilə cavabdeh arasında 02 mart 2018-ci il tarixində rəsmi nikah bağlandıqdan sonra, iddiaçının qardaşının xahişinə əsasən, cavabdeh Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinə gəlin gəlmiş və hazırda həmin evdə cavabdeh 27 oktyabr 2018-ci il təvəllüdlü övladı X5 ilə birgə yaşayır. İddiaçının qardaşı X6 ilə Cavabdeh arasında olan nikah Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və iddiaçının qardaşı həmin evi tərk edib getmişdir. Cavabdeh iddiaçının onun ailə üzvü deyildir. Cavabdehin həmin evdə yaşaması mülkiyyətçinin öz əmlakından sərbəst istifadə etməsinə maneə yaradır. Ona görə də, cavabdeh öz övladı ilə birgə həmin evdən çıxarılmalı və Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi cavabdeh tərəfindən onun hesabına boşaldılaraq iddiaçıya tam təhvil verilməlidir. Hazırki mübahisə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan cavabdehin azyaşlı övladı ilə birgə çıxarılması, cavabdehin hesabına evin boşaldılması və evin iddiaçının əməli istifadəsinə verilməsi ilə bağlıdır. İddia tələbi iddiaçının məhz mülkiyyət hüququnun maneəsiz həyata keçirilməsi ilə bağlıdır vəa əsaslıdır. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Tətbiq edilən hüquq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə İ) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 29 (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43 (hissə İ) Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 27 oktyabr 2018-ci il təvəllüdlü övladı X5 ilə birgə Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar. Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi Cavabdeh hesabına boşaldılsın. İddiaçı Xaçmaz şəhəri, Nadir Ələskərov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar