Məhkəmə qərarları › İş №e-2(067)-3396/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3396/2025

17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3396/2025 17.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2629,92 manat, İşsizlikdən sığorta fonduna olan 113,09 manat, İcbari Tibbi Sığorta Fonduna olan 454,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1948-ci il, Doğulduğu ye- r AZ6RBAYCAN, XAÇMAZ; SEYİDLİ K6NDİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN RESPUBLİKASİ XAÇMAZ RAYONU SEYİDLİKƏNDYERİ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2629,92 manat, İşsizlikdən sığorta fonduna 113,09 manat, İcbari Tibbi Sığorta Fonduna 454,34 manat olmaqla, ümumilikdə 3197,35 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********971200, xx.xx.2025-ci il tarixli **********420600, xx.xx.2025-ci il tarixli **********879200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq, Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2008-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsi ilə Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsi arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə bağlanmışdır. -Bildirişdən müəyyən olunur ki, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair Xaçmaz rayon təhsil şöbəsinə xx.xx.2019-cu il tarixdə xəbərdarlıq göndərilmişdir. -bildirişlərdən müəyyən olunur ki, işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinə xx.xx.2025-ci il tarixlərdə xəbərdarlıq göndərilmişdir. -Xəbərdarlıqdan müəyyən olunur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq olunmuş, borcun 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Qeyd olunmuşdur ki, borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış 3 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayonu Seyidiikəndyeri Bələdiyyəsinin fəaliyyəti aktivdir və uçot baza məlumatlarına əsasən bələdiyyənin sədri Cavabdehdur. (FİN: xxxxxxx). -məhkəmənin verdiyi sorğuya əsasən alınmış məktubdan görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin məktubundan görünür ki, hazırda Xaçmaz rayonu Seyidkəndyeri bələdiyyəsi fəaliyyət göstərmir. Belə ki, sözügedən bələdiyyə xx.xx.2025-ci il tarixdən Xaçmaz rayonu İstisu bələdiyyəsinə birləşmişdir (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13s nömrəli Sərəncamının icrası ilə əlaqədar). Məcidov X1 bələdiyyəsinin (keçmiş) xx.xx.2020-ci il tarixli 01 saylı iclas qərarı ilə bələdiyyə sədri vəzifəsinə seçilmiş və İstisu bələdiyyəsinə birləşənədək həmin bələdiyyənin sədri olmuşdur. Azərbaycan Respublikasının Konsitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 355-5.1-ci və 355-5.2-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətə baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyəcisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayonu Seyidkəndyeri bələdiyyəsi fəaliyyət göstərmir. Belə ki, sözügedən bələdiyyə xx.xx.2025-ci il tarixdən Xaçmaz rayonu İstisu bələdiyyəsinə birləşmişdir (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13s nömrəli Sərəncamının icrası ilə əlaqədar). Məcidov X1 bələdiyyəsinin (keçmiş) xx.xx.2020-ci il tarixli 01 saylı iclas qərarı ilə bələdiyyə sədri vəzifəsinə seçilmiş və İstisu bələdiyyəsinə birləşənədək həmin bələdiyyənin sədri olmuşdur. Mülki iş üzrə cavabdeh şəxs kimi göstərilən Cavabdeh icra orqanın rəhbəri hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsl cavabdehə yönəlmədiyindən, əsassızdır, təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7.4, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar