Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3447/2022 12.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2209.15 manat, işsizlikdən sığorta fonduna olan 98.54 manat, İcbari Tibbi Sığorta Fonduna olan 183.34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx.xx.1961-ci il, Doğulduğu yer – Azərbaycan, Xaçmaz, Mürsəliqışlaq kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Xaçmaz rayon X1 Sosial Müdafiə Fonduna 2209.15 manat, işsizlikdən sığorta fonduna 98.54 manat, İcbari Tibbi Sığorta Fonduna 183.34 manat ol maqla, ümumilikdə 2491.03 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********871400, xx.xx.2022-ci il traixli **********120500, xx.xx.2022-ci il tarixli **********313100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi xahiş edilmişdir. Maraqlı şəxs məhkəmə iclasında bildirmişdir ki, 2005-ci ildən Xaçmaz rayon Qobuqıraq Bələdiyyəsinin bələdiyyə sədri işləyir. 2021-ci ilədək bütün ödənişləri vaxtaşırı təmin etmişdir. Ərazidəki vətəndaşlar pay torpaqlarını kütləvi surətdə satmışlar, lakin alqı-satqı mqavilələrini bələdiyyəyə təqdim etməmişlər. Ona görə də çətinlik çəkir. Hazırda bələdiyyə sədri kimi fəaliyyət göstərir. Ölkəni tərk etmək niyyətində deyil. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan müəyyən olunur ki, VÖEN ********** saylı vergi ödəyicisi Xaçmaz rayonu, X2 X3 rayonu, Qobuqıraq kəndi ünvanında qeydiyyatda olmaqla, 3 saylı Vergilər İdarəsinə vergi ödəyicisi kimi qeydiyyatdadır, əsas fəaliyyət növü yerli özünüidarəetmə orqanını kimi fəaliyyət göstərir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********871400, xx.xx.2022-ci il traixli **********120500, xx.xx.2022-ci il tarixli **********313100 nömrəli bildirişlərdən müəyyən olunur ki, VÖEN ********** saylı vergi ödəyicisi Xaçmaz rayonu, X2 Rafik Gülbala oğluna Dövlət Sosial Müdafiə Fonduna 2209.15 manat, işsizlikdən sığorta fonduna 98.54 manat, İcbari Tibbi Sığorta Fonduna 183.34 manat ol maqla, ümumilikdə 2491.03 manat borcunu 5 gün müddətində dövlət büdcəsinə ödəməsi, əks təqdirdə barəsində tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam şəkildə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə saksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələri) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsi nəzərdə tutan şəraiti yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərini yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödяnilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası МPM-nin 305.1.12-ci, 355-5-ci, 355-6-ci və 355-7-ci maddələrində Мiqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddəsində fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı müvafiq müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsni təmin etmək üçün Xaçmaz rayonu, Qobuqıraq Bələdiyyəsinin rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: 3 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Xaçmaz rayonu, Qobuqıraq Bələdiyyəsinin rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilsin. Vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minsin. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-3447/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3447/2022
12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver