Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-351/2022 05.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququna dair qeydin bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına cavabdeh tərəfindən aparılmış mülkiyyət hüququna dair qeyd və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən ona məxsus Quba rayonu, 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Evi "xxxx" MMC-nin təşkil etdiyi hərracda onun məlumatı və iştirakı olmadan xx.xx.2018-ci il tarixdə "xxxx" ÇOKT-a satılmış, hərracın nəticələrinə dair yekun protokola əsasən həmin ev onun mülkiyyəti kimi qeydə alınmış və çıxarış verilmişdir. O, həmin hərracdan məlumat alan kimi həmin hərracın yekun protokolunu əldə etmiş və hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 1305/2021 saylı qətnaməsinə əsasən həmin hərrac etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra o, həmin qətnaməni təqdim etməklə cavadehə müraciət edərək PSG Finansa məxsus mülkiyyət hüququna dair qeydin və çıxarışın ləğv edilib ilkin vəziyyətə qaytarılması və onun çıxarışının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh məktubla ona cavab vermişdir ki, qətnamədə həmin qeydin və çıxarışın ləğv edilməsi barədə öhdəlik olmadığına görə ərizəsi təmin edilməmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. PSG Finansın adına qeydin aparılması və çıxarışın verilməsinə hüquqiəsas olmuş hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda, bu əsaslarla edilmiş qeydiyyat və verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, “Daşınmaz Əmlakın Dövlər reyestri haqqında” AR Qanununun 8.0.2. maddəsinə əsasən, hərracın nəticələrinə dair yekun protokolu əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları kimi nəzərdə tutulmuşdur, bu əsas məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün artıq PSG Finansın bu əmlaka hüququnun yaranma səbəbi mövcud deyildir, ona görə də sonuncunun adına aparılmış qeydiyyat və bunun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus Quba rayonu, 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Ev "xxxx" MMC-nin təşkil etdiyi hərracda İddiaçı məlumatı və iştirakı olmadan xx.xx.2018-ci il tarixdə "xxxx" BOKT-a satılmış, hərracın nəticələrinə dair yekun protokola əsasən həmin ev "xxxx" BOKT-nin mülkiyyəti kimi qeydə alınaraq, çıxarış verilmişdir. İddiaçı həmin hərracdan məlumat alan kimi həmin hərracın yekun protokolunu əldə edərək hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsinə əsasən həmin hərrac etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra İddiaçı həmin qətnaməni təqdim etməklə cavabdehə müraciət edərək "xxxx"a məxsus mülkiyyət hüququna dair qeydin və çıxarışın ləğv edilib ilkin vəziyyətə qaytarılması və İddiaçı adına çıxarışın bərpa edilməsini xahiş etmişdir. Cavabdeh məktubla İddiaçı cavab vermişdir ki, qətnamədə həmin qeydin və çıxarışın ləğv edilməsi barədə onların üzərinə vəzifə qoyulmadığına görə ərizə təmin edilməmişdir. Ona görə də, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. "xxxx"ın adına qeydin aparılması və çıxarışın verilməsinə hüquqi əsas olmuş hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün, bu əsaslarla edilmiş qeydiyyat və verilmiş çıxarış da ləğv edilməlidir. İddianın təmin edilməsini xahiş edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus Quba rayonu,1ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Ev "xxxx" MMC-nin təşkil etdiyi hərracda xx.xx.2018-ci il tarixdə "xxxx" BOKT-a satılıb və hərracın nəticələrinə dair yekun protokola əsasən həmin ev "xxxx" BOKT-nin mülkiyyəti kimi qeydə alınıb və çıxarış verilib. Sonradan İddiaçı həmin hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırıb və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsinə əsasən həmin hərrac etibarsız hesab edilib. Hazırda "xxxx" BOKT işdə ən çox zərər çəkən şəxs olsa da, "xxxx" BOKT-nin adına aparılmış mülkiyyət qeydinin və verilmiş Çıxarışın ləğv edilməsinə etiraz etmir. "xxxx" BOKT tərəfindən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməyib. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsindən müəyyən olunur ki, "xxxx" MMC-nin Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələri haqqında Y-303 saylı xx.xx.2018-ci il tarixli protokolu və hərracın yekunlarına sair əmlakın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan müəyyən olunur ki, Quba rayon 1ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" BOKT-nın mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun Y-303 saylı protokol və müqavilədən müəyyən olunur ki, Quba rayon 1ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 127500 manata PSG Finans” BOKT-na satılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-351/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-351/2022
05.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver