Məhkəmə qərarları › İş №e-2(067)-568/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-568/2024

15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-568/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1n və Cavabdeh2 qarşı pul və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il ci il tarixli öhdəlik müqaviləsi üzrə ödənilməmiş 6535 (altı min beş yüz otuz beş) AZN əsas borc, gecikdirilmiş günlər üçün 635.80 (altı yüz otuz beş manat səksən qəpik) AZN faiz borcu, ümumilikdə isə 7170.80 (yeddi min yüz yetmiş manat səksən qəpik) AZN, 91,71 (doxsan bir manat yetmiş bir qəpik) AZN dövlət rüsumunun, ümumilikdə 7262,51 (yeddi min iki yüz altmış iki manat əlli bir qəpik) AZN pul məbləğinin Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsinə və avadanlıqların iddiaçıya geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində öhdəlik müqaviləsi bağlanmışdır. Sözügedən öhdəlik müqaviləsi mahiyyət etibarilə alqısatqı müqaviləsidir. Belə ki, müqaviləyə əsasən İddiaçı MMC (satıcı) 9000 (doqquz min) AZN dəyərində SİLVER İCE arıqlama aparatını (S-09B) və 800 (səkkiz yüz) AZN dəyərində MALİVEX miostimulyasiya aparatını (S-01AA) Cavabdeh1 (alıcı) satmağı, alıcı isə malı qəbul edib onun dəyərini, ümumilikdə 9800 (doqquz min səkkiz yüz) AZN məbləğini müqavilə ilə razılaşdırılmış qaydada 12 ay ərzində hissə-hissə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyədək malın ümumi dəyərindən sadəcə 3265 (üç min iki yüz altmış beş) AZN məbləğində ödəniş həyata keçirmiş, qalan 6535 (altı min beş yüz otuz beş) AZN məbləğində ödəniş dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək alıcı tərəfindən ödənilməmişdir. Hazırki məsələ üzrə qeyd edirlər ki, sözügedən öhdəlik müqaviləsində ödənişlərdə gecikmə aşkar olunduqda faizlərin ödənilməsi qaydası tənzimlənmişdir. Belə ki, müqavilənin “mübahisələrin həllini” tənzimləyən 6-cı maddəsinin 2-ci hissəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştərinin penya ödəməli olduğu qeyd olunur. Nəticədə isə müqaviləyə əsasən ödənilməmiş 6535 AZN əsas borc, gecikdirilmiş hər gün üçün 635.80 (altı yüz otuz beş manat səksən qəpik) AZN faiz borcu, ümumilikdə isə 7170.80 (yeddimin yüz yetmiş manat səksən qəpik) AZN borc məbləği yaranmışdır. İş üzrə İddiaçı MMC-nə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi iş materialları ilə birlikdə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş üzrə Cavabdeh1 işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşə əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Belə ki, iddia ərizəsi məhkəməyə daxil olarkən hüquq münasibətinin xarakterindən həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş mediasiya arayışı və mediasiya prosesinə xitam protokolundan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqdar olduğu müəyyən edilmiş, lakin cavabdeh fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmadığndan (sahibkarlıq fəaliyyətini qanunsuz həyata keçirdiyindən) iş məhkəmənin icraatına götürülmüşdür. Sonradan iddiaçının yazılı vəsatəti əsasında məhkəmə tərəfindən başqa cavabdeh işə cəlb edilmiş, həmin cavabdehin isə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırmış fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs olduğu müəyyən edilmişdir. Odur ki, mübahisənin xarakteri, iddiaçı və cavabdehlərin sahibkarlıq subyektləri olması və onların arasında mütəmadi olaraq sahibkarlıq fəaliyətindən irəli gələr münasibətinin həyata keçirildiyi nəzərə alınaraq işə kommersiya sahəsi üzrə ixtisaslaşmış məhkəmədə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı qərardaddan şikayət verəcəyi təqdirdə aşağıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və sair tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. İddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərin elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi məhkəmənin dəftərxanasına həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar