Məhkəmə qərarları › İş №e-2(067)-700/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-700/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-700/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, X3 Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan, ümumilikdə, Dövlət Sosial Müdafiə Fonduna olan 7834,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1987-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, QUSAR, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,61 manat, dövlət büdcəsinə 0 manat məbləğində, AZƏRBAYCAN RESPUBLİKASİ KƏND TƏSƏRRÜFATİ NAZİRLİYİ MEYVƏÇİLİK VƏ ÇAYÇİLİQ İNSTİTUTUNUN GÖYÇAY DAYAQ MƏNTƏQƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7833,89 manat olmaqla, ümumilikdə 7834,69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********452800, xx.xx.2024-cü il tarixli **********513100, xx.xx.2024-cü il tarixli ******************.07.2024-cü il tarixli **********193200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək göstərmişdir ki, hər iki hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. Hüququi çəxsin rəhbəri məsuliyyət daşıyan şəxsdir. Hesaqb edir iddiaları əsaslıdır. X2 Baş İdarəsindən sifariş daxil olur ki, məhkəməyə müraciət olunsun, bu da imperativ xarakter daşıyır. Hüquqi şəxsin rəhbərinin dəyişdirilməsi halı borcun ödənilməsi vəzifəsinə təsir etmir. Əsas borc Göyçay dayaq məntəqəsinə aiddir. Onların iddiası Maraqlı şəxs özünə məsuliyyət yaratmır. Ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs ərizəni qəbul etməyərək göstərmişdir ki, direktor vəzifəsi müvəqqəti olaraq ona həvalə olunub. Hazırda yeni direktor təyin olunmuşdur, lakin borc ödənilmədiyi üçün qeydiyyata alınmamışdır. Borc 2018-ci ildən yaranan borcdur. Onun rəhbəri olduğu müəssisənin isə borcu yoxdur. Göyçay müəssisəsinin hazırki gündə rəhbəri Fərid Əliyevdir. Müəssisə elmi-tədqiqat müəssisəsidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2009-cu il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsi ilə Göyçay dayaq məntəqəsi arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə bağlanmışdır. -xx.xx.2009-cu il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsi ilə "xxxx" MMC arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə bağlanmışdır. -Bildirişdən müəyyən olunur ki, icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X1 Dayaq Məntəqəsinə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. -Bildirişlərdən müəyyən olunur ki, icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir -Xəbərdarlıqdan müəyyən olunur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında maraqlı tərəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq olunmuş, borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Qeyd olunmuşdur ki, borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. -Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X1 Dayaq Məntəqəsinin rəhbəridir. Azərbaycan Respublikasının Konsitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 84.0-cı maddəsinə əsasən vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci və 355-5.2-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətə baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyəcisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, maraqlı şəxs hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X1 Dayaq Məntəqəsinin rəhbəri olmadığını və həmin borcun onun rəhbər olduğu dövrə aid olmadığını bildirsə də, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hüquqi şəxs haqqında məlumatda müəssisənin rəhbərinin Maraqlı şəxs olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcuna görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X1 Dayaq Məntəqəsinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7.4, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, Quba rayonunun Barlı kəndi ünvanında yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar