Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-733/2022 19.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1977-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci il təvəllüdlü X2 onun oğludur. Bundan əvvəldə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək oğlu Cavid Müzəffərovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi iddia qaldırmışdır. İş üzrə hakim Anar Sadıqovun təyin etdiyi ekspertiza nəticəsində rəy gəlmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü Cavid İsmayılov üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarındadır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1849 saylı, xx.xx.2021-ci il tarilxi qətnaməsinə əsasən ərizə təmin edilməmişdir. Hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iddialar davam edən xarakterli olduğu üçün yenidən ərizə verilməsi hüququ vardır. Məhkəmə qətnaməsindən sonra 2021-ci ilin noyabr ayında oğlu Cavid Müzəffərovun səhhətində yenidən ciddi pozuntular baş vermişdir. 26 noyabr 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixə kimi oğlu Cavid Müzəffərov Respublika Psixatriya xəstəxanası publik hüquqi şəxsində stasionar müalicə almışdır. Ona üzvi mənşəli şəxsiyyət pozuntusu və əlavə olaraq tez-tez baş verən dekompensoniyalar diaqnozu qoyulmuş və ona bildirilmişdir ki, o fəaliyyət qabiliyyətli deyildir. Keçən dəfəki ekspertin qoyduğu xəstəlik daha da ağırlaşmış və yeni formaya keçmişdir. Onun vəziyyəti hal-hazırda ağırdır. Öz hərkətlərinin mənasını dərk etmir, psixdir. Bu faktı xəstənin ambulator kitabçasından çıxarışda təsdiq edir. Bu səbəbdən də yenidən iddia qaldırır. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. İş üzrə ərizəçiyə və Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəçinin və MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı tərəf Maraqlı şəxs Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.1977-ci il tarixdə Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1849 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Göründüyü kimi, qanunverici normalarının mənalarına görə şəxsin fəaliyyət qabiliyyətsiz olmasını təsdiq etmək üçün mühüm əsaslardan biri şəxsin psixi qüsurlu olmasıdır. Lakin iş materiallarından olan abmulator-məhkəmə-psixiatrik ekspertizasının gəldiyi nəticədən müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk edərək onları şüurlu idarə etmək qailiyyətinə malikdir və onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Belə olan halda, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-733/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-733/2022
19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver