Məhkəmə qərarları › İş №e-2(067)-817/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-817/2025

15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-817/2025 15.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva SəbinəCavanşir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3, İddiaçı4 və onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat kontoruna və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğv edilməsi, etibarsız hesab edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların adından ünvan 1 ünvanlanmış mirasdan məcburi paydan imtina barədə xx.xx.2019-cu il tarixli ərizələrin etibarsız hesab olunması, Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin Şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və mərhum anaları X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 60.30 kvm fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 hatorpaq sahəsindən iddiaçılara düşən məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum anaları X16 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Analarının ölümündən sonra ünvan 3 ünvanda yerləşən şəxsi yaşayış evi miras əmlak olaraq, onlaravərəsələrə qalmışdır. Qeyd olunan şəxsi yaşayış evində vərəsələrdən o, İddiaçı1 və onun ailə üzvləri daimi yaşayış qeydiyyatında olsalar da, bu ev bütün vərəsələrin ümumi istifadəsində olmaqla, istənilən vaxt ata-ana yurdu kimi bütün vərəsələr evə maneəsiz gəlib-getmiş və bu ev hamının birgə istifadəsində olmuşdur. Analarının vəfatından sonra sözügedən yaşayış evinin vərəsəlik qaydasında sənədləşdirilməsi bir müddət qalmış, lakin bütün vərəsələr arasında belə bir ilkin razılaşma olmuşdur ki, analarından miras qalmış ev, hazırda Rusiya Federasiyasında yaşayan kiçik qardaşları - İddiaçı2 oğlunun adına sənədləşdirilsin. Analarının vəfatından xeyli müddət keçdikdən sonra evin vərəsəlik qaydasında sənədləşdirilməsi məsələsi gündəmə gələrkən, kiçik bacıları - Cavabdeh2 onlara bildirmişdir ki, ev mərhum anaları - X16 tərəfindən ona 2001-ci ildə notarial qaydada vəsiyyət edilmişdir. Analarının belə bir vəsiyyət etməsindən yalnız bundan sonra xəbərləri olmuş və buna da analarının sağlığındakı iradəsi kimi hörmətlə yanaşmışlar. Bundan sonra kiçik bacılar - Cavabdeh2 onlara bildirmişdir ki, “Mən bakıda özümə ev almaq istəyirəm və əgər siz bu işdə mənə maddi köməllik göstərsəniz, mən özümə aid vəsiyyətnamə ilə mənə keçən hissədən qardaşım İddiaçı2 xeyrinə imtina edərəm və hamımızın razılığı əsasında evi kiçik qardaşım Eldarın adına sənədləşdirərik”. Onlar, iddiaçılar ona inanaraq, bu təkliflə razılaşmış və həmin vaxt maddi imkanları olmadığından böyük bacıları İddiaçı3 iş yoldaşı X18 adına 20000 ABŞ dollarında borc alaraq, həmin vəsaiti özünə ev almaq məqsədilə Cavabdeh2 vermişlər. Qeyd olunanları İrina Qapolnovanın özü və bu razılaşmanın şahidləri olan X20, X21 və X10 adlışəxslər də təsdiq edə bilərlər. Bu razılaşmadan bir müddət sonra onlar evin vərəsəlik qaydasında sənədləşdirilməsinə başlamışlar. Lakin fikirləşmişlər ki, madam ki, evin yarısı artıq vəsiyyət əsasında kiçik bacıları Cavabdeh2 məxsusdur, onda həmin evdən bizə çatası məcburi paydan Nazilənin xeyrinə imtina edərək, əvvəlcə evi onun adına mülkiyyət hüquqi ilə qeydə aldırsınlar, sonra isə həmin evi Nazilənin adından kiçik qardaşları Eldara bağışlama müqaviləsi əsasında versinlər. Bundan sonra aralarındakı razılaşmaya görə, bütün vərəsəlik işinin aparılması, Çıxarışların alınması və razılaşmadan irəli gələn bütün əqdlərin bağlanmasına dair Cavabdeh2 tərəfindən böyük qardaşları İddiaçı1 adına xx.xx.2019-cu il tarixli, 100 illik müddətə olan baş etibarnamə verilmişdir. Göstərilən etibarnamə əsasında o, İddiaçı1, bacısı Nazilənin adından nəzərdə tutulan vərəsəlik işini aparmış, mərhum anasının və Nazilənin adına Çıxarışların alınması ilə bağlı bütün hərəkətləri yerinə yetirmiş və tələb olunan rüsum və digər xərclərini ödəmişdir. Nəhayət 2019-cu ilin noyabr ayında o, X17 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışı alaraq özündə saxlamışam. Bundan sonra evi kiçik qardaşı İddiaçı2 oğlu adına sənədləşdirilməsi məsələsi ortaya çıxarkən bəlli olmuşdur ki, qardaşı Rzayev X15 Federasiyası vətəndaşı olduğundan mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüquqi ilə onun adına qeydə alınması mümkün deyil. Bundan sonra onlar - vərəsələr, öz aralarında belə bir fikirə gəmişlər ki, kiçik qardaşları Eldar Rusiya Federasiyası vətəndaşından çıxaraq, Azərbaycana qayıtdıqdan və Respublika vətəndaşı əldə etdikdən sonra, həmin evi bağışlama müqaviləsi əsasında Eldarın adına keçirsinlər. Həmin vaxtdan hal-hazıra kimi də aralarındakı razılaşmaya uyğun olaraq, yaşayış evi formal olaraq, mülkiyyət hüquqi ilə kiçik bacıları Cavabdeh2 adında qalmışdır. Lakin bu yaxınlarda, təqribən 1 ay bundan öncə omlara bəlli olmuşdur ki, bacıları Cavabdeh2 əslində onları aldatmış, analarından miras qalan fərdi yaşayış evini ona olan inamlarından sui-istifadə edərək ələ keçirtmişdir. Belə ki, o, onlardan xəbərsiz o - İddiaçı1 və digər ailə üzvlərinin qeydiyyatdan çıxarılmasına dair əvvəlcə polis şöbəsinə, daha sonra isə dediyinə görə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, eləcə də, həyətdə yerləşən onlara məxsus avtomaşın və əşyaları evdən və həyətdən çıxarmışdır. Yalnız bundan sonra onlara məlum olmuşdur ki, Cavabdeh2 aralarında olan razılaşmanı pozaraq, onları aldatmışdır. Göründüyü kimi, Cavabdeh2 yaxın qohumluq münasibətlərindən və ona olan inamlarından sui-istifadə edərək, analarından miras qalmış evdə olan, məcburi paylarından onun xeyrinə imtina olunmasına nail olmuş və adına vəsiyyət üzrə vərəsəlik hüquqi haqqında Şəhadətnamə alaraq, bu Şəhadətnamə əsasında mübahisəli evə dair adına mülkiyyət hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız saylıması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin ləğv edilməsi, mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 60.30 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 ha torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı etiraz ərizəsi verərək, tamaimilə əsassız olan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, miras əmlak ata və anasına məxsus olmuşdur. Onlar 6 uşaq olmuş və həmin evdə doğulub böyümüşlər. Sonradan hərə öz evinə ayrılıb çıxmışdır. O, öz ailəsi ilə həmin e . də yaşamışdır. Bacısı Nazilə bir il anasının yanında qalmışdır. Anası yaşlı qadın olmuş, Nazilə subay olduğuna görə evi ona vəsiyət etmişdir. Onlar notariusda olan zaman bildirmişlər ki, .əsiyyətnamə olduğuna görə miras əmlakın 50 faizi vəsiyyət edilənə, qalan paylar isə digər 2 payçılar arasında bölünməlidir. Onlar Naziləyə öz payından qardaşı Eldarın xeyrinə imtina etsin deyə pul vermişlər. Onlar da evi Eldarın adına rəsmiləşdirsinlər. Pulu bacısı Solmaz vermişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Onlar bacı-qardaşlar öz aralarında evin kiçik oğlu olduğuna görə, evin Eldara verilməsi barədə razılaşmşlar. Anasına Adil qardaşı ilə o, baxmışdır. Anası vəfat etdikdən sonra Adil qızının evində yaşamış və anasının da yas mərasimlərini həmin evdə vermişdir. Nazilə isə Bakıda yaşamışdır. Vəsiyyətnamədən 2019-cu ildə xəbərləri olmuşdur. 0, 20.000 ABŞ dolları rəfiqəsindən borc pul götürüb Naziləyə özünə ev alıb, payından Eldarın xeyrinə imtina etməsi üçün vermişdir. 20000 ABŞ dollarını Naziləyə verəndə evində başqa şəxslər də vardı. Pulu sentyabr ayının axırları, oktyabr ayının əvvələri olardı vermişdir.Nazilə Xaçmaza gələ bilmədiyinə görə, sənədləşmənin aparıması üçün Adilə etibarnamə vermişdir. Nazilə pulu alandan sonra notariusda ərizələri vermişlər. Həmin vaxt Eldar Rusiya Federasiyası vətəndaşı olduğuna görə, onun adına sənədləşmə edə bilməmişlər. Ona görə də, sənədlə ev Nazilənin adında qalmışdır. Qızıllar anasına məxsusdur. Anası vəfat etmədən öncə evin böyük qızı olduğuna görə qızılları ona vermişdir ki, Eldar gələndə ona versin. Çünki Eldar subay idi və qızıllar ona çataqcaqdı. Hazırda Eldar onunla birgə yaşayır. Nazilə onu evdən qovandan sonra onlara qalır. Anası həmişə onlara deyirmiş ki, Eldar Rusiyadadır və subaydır, gələndə evi olsun, bu ev Eldarındır. Anası vəsiyyətnaməni də bacısı Naziləyə ona görə verib ki, Nazilə də subaydır Eldarla birgə yaşasınlar. Məhkəmə iclasında İddiaçı2 oğlu iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, evlərinin təmirə ehtiyacı vardı. Təmiri pis vəziyyətdə idi. O, anasının vəfatından sonra 2019-cu ilddə evlərini təmir etmişdir. Təmirin xərcini bacısı Solmaz çəkmiş, o, isə işləmiş və təmir etmişdir. Anası 2007-ci ildə Adilin yanında qalırdı, xəstə idi. Elə onun yanında qalan zaman vəfat etmişdir. O, Rusiyada işləyird və Azərbaycana gəlibgedirdi. Gələndə öz evlərində yaşamışdır. O, Rusiyadan çıxıb gələndə evlıərində heç kim yaşamırdı. Qızılları bacısı Solmaz ona vermişdir. Hazırda o, onun evində yaşayır. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Nazilə ailə qurmamışdır. Anası ilə xasiyyətləri uyğun gəlmədiyinə görə o, Bakıda onun evində birgə yaşamışlar. Ana Naziləyə evin Eldarın olduğunu demişdir. Onu bacıqardaşları Bakıdan çağırmış və birgə söhbət edərək, evi müzakirə etmişlər. Nazilə də həmin vaxt bildirdi ki, anası evi vəsiyyətnamə ilə ona vermiş, lakin, ona ev lazım deyil, onsuz da Eldara verəcəkdir. Anası xəstə idi. Adilin yanında qalırdı. Bacısı Səmaya evini satmışdı. Anası vəfat etdikdən sonra 1 il həmin evdə yaşamışlar. Sonra xalası nənəsinin evini müvəqqəti yaşamaq üçün Səmayəyə vermişdir. Məhkəmə iclaslarında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iş üzrə izahatında göstərmişdir ki, iddianı müdafiə edirik. Vəsiyyətnamədə bütün əmlaklar qeyd olunsa da sadəcə ev göstərilmişdir. Torpaq sahəsi göstərilməmişdir. Adətən vəsiyyət edilən bütün əmlaklar müfəssəl qaydada sadalanmalıdır. İddiaçılar evin kiçik qardaş olan İddiaçı2 verilməsinə görə cavabdehə 20.000 ABŞ dolları pul verilmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsini müdafiə etmiş və etirazın məzmunu ilə eyni məzmunlu çıxış edərək, çıxışında iddia tələbinin əsassız olduğunu bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında göstərmişdir ki o, iddiaçıların bacısıdır. Onların dediyi odur ki, anasına onlar baxıb, qulluq etmişlər, Lakin, o, da anasına baxmış və qulluq etmişdir. X28 gəlib, 3 qız uşağı ilə onu evdən çıxarmışdır. 0, anasının evində yaşayırdı. O, da miras paydan payını istəyir. O, Nazilənin xeyrinə payından imtina etmişdir. Artıq bilmişdir ki, anası evi Naziləyə vəsiyyət etmişdir. O, 20000 ABŞ dolları söhbətində iştirak etməmişdir, bilmir. Anasının yas mərasimlərini Adil vermişdir. Anası onun yanında qalırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Solmaz xanımı və onun ailəsini yaxşı tanıyır. Onların ailəsi çox mehriban ailədir. Onların dostluq münasibətləri çoxdan var. Həmişə bir-birlərinə etibar etmişlər. Solmaz ondan 2019-cu ildə 20000 ABŞ dolları borc pul istəmiş, o, da ona həmin pulu evində vermişdir. Bir müddət sonra bacısı Nazilə gəlib pulu aparmışdır. Solmaz pulu ona hissə-hissə olmaqla iki dəfəyə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, iddiaçıların gəlinidir. Heç bir ədavətləri yoxdur. iddiaçı Solmaz böyük baldızıdır. O, ona görə şahidlik edir ki, Nazilə ev almaq üçün Solmazdan pul istəmişdir. Solmaz da 20000 ABŞ dollarını İrinadan Naziləyə vermək üçün borc götürmüşdür. Həmin günü o, Solmazgildə idi və Solmaz İrina xanımın gələcəyini bidirmişdir. İrina xanım pulu gətirdikdən yarım saat sonra Nazilə gələrək, pulu aparmışdır. Məhkəm iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər Xaçmaz rayon 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan hazırki işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinəyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: AZ-İ seriyalı, 261733 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X29 13 fevral 2007-ci ildə vəfat etmişdir. 20 noyabr 2001-ci il tarixli X7 vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, X16 harda yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 4 ünvanında yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmişdir. RİHB-nın Xaçmaz şəhər İƏV-də nümayəndəsinin 17 avqust 2010-cu il tarixli, 133 nömrəli arayışından müəyyən edilir ki, mərhumə X16 13 fevral 2007-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: İddiaçı1, X5, İddiaçı4, X6, İddiaçı2 və Cavabdeh2. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4035 reyestr nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 anası X8 miras qalmış əmlaka (ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və ev) qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İddiaçı1 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019- cu il tarixli, 8İ- 4051 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı1 anası X7 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. X6 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4049 reyestr nömrəli ərizədən müəyyən edilir ki, X6 anası X7 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İddiaçı3 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ- 4050 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı3 anası X7 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İddiaçı2 oğlu tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019- cu il tarixli, 8İ-4053 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı2 oğlu anası X7 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İddiaçı4 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ- 4518 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı4 anası X7 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. 10 mart 2019-cu il tarixli, reyestrdə 7E-2286 nömrə ilə qeyd edilmiş Etibarnamənin surətindən müəyyən edilir ki, Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirilməklə Cavabdeh2 bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, o cümlədən bütün Banklar və onların filiallarında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyinin bütün ərazi idarələrində, notariat ofislərində,notariat arxivində, ƏMDK-si yanında DƏDRX-nin ərazi idarələrində, DSMF-da, Asan Xidmət Mərkəzlərində, Azərbaycan Respublikası ərazisində yerləşən bütün Universitetlərdə, Təhsil müəssisələrində, Mənzil İstismar Sahəsində, Qeydiyyat, Nikah, Arxiv 4 İdarələrində, W AQ şöbələrində, Dövlət Miqrasiya Xidmətində, DSMF, ƏSMM, bütün Sığorta Şirkətlərində onu təmsil etməyi, sənədləri rəsmiləşdirməyi, zəruri sənədləri imza etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, poçtan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank əməliyyatları aparmağı, poçt, telegraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, sənədləşdirmə işlərini aparmağı, zəruri arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, çıxarışları almağı, dövlət rüsumlarını ödəməyi, sənədləri imza etməyi, sənədləri təqdim etməyi və almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, nümayəndəsi olmağı İddiaçı1 100 il müddətinə etibar etmişdir. 30 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0346 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinin tam hissədə hüquqi sahibi X12r. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X7 vəsiyyət qzrə vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 hə torpaq torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, 3-21-3- 34/2-9646/2024 saylı məktubunun surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə əsasında Cavabdeh2 adına vərəsəlik olunmuş, sonuncunun adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ MƏCƏLLƏSİNİN: 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1 -ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1 -ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 -ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1 -ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1 -ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1 -ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Miras qoyan X4 miras qalmış əmlaklar, yəni miras kütləsi - ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Məhkəmə araşdırması zamanı tərərflərin izahatları və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, miras qoyanın - X7 6 vərəsəsi olmuşdur: İddiaçı1, X5, İddiaçı4, X6, İddiaçı2 və Cavabdeh2 (RİHB-nın Xaçmaz şəhər lƏV-də nümayəndəsinin 17 avqust 2010-cu il tarixli, 133 nömrəli arayışı). X16 (miras qoyan) 20 noyabr 2001-ci il tarixdə vəsiyyətnamə tərtib edərək, harda yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 4 ünvanında yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmiş, 13 fevral 2007-ci il tarixdə isə vəfat etmişdir. Sonuncunun vəfatından sonra 10 mart 2019-cu il tarixdə Cavabdeh2 İddiaçı1 100 illik etibarnamə vermiş, daha sonra ləğv etmişdir. 21 oktyabr 2019-cu il tarixdə isə vəsiyyət üzrə şəhadətnamə tərtib olunaraq, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X7 vəsiyyət üzrə vərəsəsi Cavabdeh2 miras əmlakdan (ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsi və ƏMDK-nin yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evi) 1/1 hissədə pay almışdır. Bundan sonra həmin şəhadətnamə əsasında adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Məhkəmə hesab edir ki, hazırkı məsələdə tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı hüquq münasibətlərinin baş verdiyi zaman (2019-cu il) qüvvədə olmuş, Azərbaycan Mülki Məcəlləsinin hüquq normalari tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsindən görünür ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1246-cı maddəsindən görünür ki, mirasın qəbul edildiyi müddəti vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsindən görünür ki, Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1193-cü maddəsindən görünür ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsindən görünür ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsindən görünür ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 6 2021 -ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 vəsiyyət edən X7 birinci növbəli vərəsələri olduğundan vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payları vardır. Belə olan halda iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 tələbi üzrə vərəsəlik hüquqları bərpa olunmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 10 mart 2019-cu il tarixdə Xaçmaz Notariat kontoruna ərizə yazaraq 13 fevral 2007-ci il tarixdə vəfat etmiş anaları X4 qalan mirasdan imtina etsələr də, məhkəmə həmin ərizənin miras açıldığı gündən 3 ay müddət ərzində yazılmadığına görə hüquqi əhəmiyyətinin olmadığının qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-cü maddəsindən görünür ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar anaları X4 miras qalan qızıl-zinyət əşyalarına anaları vəfat etdiyi gündən hal-hazıra kimi sahiblik edirlər. Bundan əlavə İddiaçı1 anasından miras qalmış evin anasının vəfatından sonra komunal xərclərini ödəmiş və bununla bağlı qəbzləri məhkməyə təqdim etmişdir. Həmçinin hazırkı iş üzrə dindirilmiş şahid ifadələrindən müəyyən edilmişdir ki, anasının vəfatından sonra həmin evdə İddiaçı2 yaşamışdır. Buradan belə nəticəyə gəlinir ki, vərəsələr mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqlarından, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onlar, mirası tamamilə qəbul etmiş sayılırlar. Məhkəmə onu nəzərə alır ki, tərəflərin izahatlarından və iş mateteriallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli Etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız saylıması tələbinə münasibətdə onu qeyd edir ki, mübahisələndirilmiş işin halları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 anaları X4 miras qalmış əmlakı faktiki qəbul etdikləri, habelə onlar (iddiaçılar) və hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, birinci dərəcəli vərəsə X9 vəsiyyət edən X7 birinci növbəli vərəsələri olduğundan vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payları olduğu müəyyən edildiyindən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməli və Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 26 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddianın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin ləğv edilməsi tələbi ilə bağlı onu qeyd edir ki, Cavabdeh2 10 mart 2019-cu il tarixdə anası X4 qalan mirası qəbul etmiş və 21 oktyabr 2019-cu il tarixdə öz adına Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra həmin şəhadətnamə əsasında adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 snetyabr 2024-cü il tarixli, 3-21-3-34/2-9646/2024 saylı məktubu). Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq Cavabdeh2 adına verilmiş 21 oktyabr 2019-cu il tarixli, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməlisini məqsədəmüvafiq hesab etmişdir. Bu isə o deməkdir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənəd (21 oktyabr 2019-cu il tarixli, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) məhkəmə qaydasında mübahisələndirilmiş və sonuncunun ləğv olunması qənaətinə gəlinmişdir. Belə olan halda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməlidir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməli, İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3, İddiaçı4 və X2 anaları X4 miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 1/12 hissəsinə məcburi payları müəyyən edilməli və X7 vəsiyyət üzrə vərəsəsi olan Cavabdeh2 anasından miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 7/12 hissəsinə payı (6/12 vəsiyyət üzrə pay + 1/12 məcburi pay) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçılar ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişlər. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 .-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilsin. İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3, İddiaçı4 və X2 anaları X4 miras qalan ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 1/12 hissəsinə məcburi payları müəyyən edilsin. X7 vəsiyyət üzrə vərəsəsi olan Cavabdeh2 anasından miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X13 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu ii tarixdə X13 verilmiş **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 7/12 hissəsinə payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar