Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-902/2024 19.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı əmlakın hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçılar X1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 5 saylı evin, 48 saylı mənzilinin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 5, 48 saylı mənzil 1/3 hissə olmaqla hər birinin, yəni İddiaçı1, İddiaçı2 və X2 mülkiyyətindədir. Hər birinin 1/3 hissədə mülkiyyət hüquqları qeydiyyatdan keçsə də, qanunvericiliyə uyğun olaraq onlar öz mülkiyyət hüquqlarını (sahiblik, istifadə və sərəncam vermək) sərbəst şəkildə gerçəkləşdirə bilmirlər. Belə ki, mülkiyyətlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 5, 48 saylı mənzilin paylara mütənasib şəkildə bölünməsi qeyri-mümkün olduğundan (bu haqda mütəxəssis arayışı əlavə olunur), onlar öz 1/3 hissə paylarını satmaq qərarına gəliblər. Qardaş və bacıları paylı mülkiyyətçi olduğundan, satın almaqda üstünlük hüququna malik olmalarını nəzərə alaraq onlara məxsus olan 1/3 hissə paylarını almağı X3 yazlı şəkildə təklif etdik və təklifdə qeyd edilmişdir ki, əgər 1 (bir) həftə ərzində müsbət cavab olmazsa, o halda sözügüdən mənzilin hərracda satılması, eləcə də satışdan əldə olunmuş vəsaitin paylara mütanasib şəkildə bölünməsi barədə məhkəməyə müraciət ediləcəkdir. Nə qədər ki, digər mülkiyyətçi olan Tofiq Dadaşov paylarının alınması ilə bağlı təkliflərinin müsbət cavab verməmişdir, mənzilin isə bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun deyil, hesab edirlər ki, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olnumuş vəsait mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan mübahisə ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Bu 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan və sözügedən daşınmaz əmlak, yəni mənzil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşdiyindən mübahisə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinə aiddir. Mülki iş materiallarından görünür ki, **********11 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2024-cü ildə Xaçmaz Rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalı və həmin iddia tələbinə görə xx.xx.2024-cü il tarixdə hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş qəbzin nömrəsi ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 Mustafa oğluna geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı əmlakın hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı2 xx.xx.2024-cü il tarixdə hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə **********11 nömrəli qəbzlə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-902/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-902/2024
19.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver