Məhkəmə qərarları › İş №e-2(067)-909/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-909/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-909/2024 03.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər X1 Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Vəkillər X2 məhkəmədə iddia qaldıraraq vurulmuş zərərin əvəzi olaraq 2842.33 manat və ödənilmiş dövlət rüsumuna görə 48.43 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində Xəzər rayonu, Bakı-Mərdəkan şossesi, Şağan qəsəbəsində Cavabdeh tərəfindən idarə olunan Chevrolet Cruze markalı, **-BS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına məxsus “Hundai Sonata” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Belə ki, qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər rayon Polis idarəsi tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan tədbir görülməsi üçün Bakı şəhəri Xəzər rayon X5 Şöbəsinə göndərilmişdir. Xəzər Rayon X5 şöbəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli, TP-6961961 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına məxsus **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol yan qanad hissəsinə çırpılmışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli AA041938 saylı qüsur aktından aydın olur ki, nəqliyyat vasitəsinə ümumilikdə 5.351.74 manat məbləğində zərər vurulmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən təmir olunmuş və təmir xərclərinin dəyəri, yəni 5.351.74 manat Vəkillər Kollegiyası tərəfindən həmin MMCyə ödənmişdir. Lakin yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəqliyyat vasitəsinə zərər vurulduğu üçün “Pasha İnsurance” tərəfindən icbari siğorta ödənişi kimi vurulmuş zərərin yalnız 2509.41 (iki min beş yüz doqquz manat qırx bir qəpik) manatlıq hissəsi Vəkillər Kollegiyasına ödənilmişdir. Nəticədə Vəkillər Kollegiyasına 2842.74 (iki min səkkiz yüz qırx iki manat, yetmiş dörd qəpik) manat maddi zərər vurulmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini tam olaraq qəbul etdiyini, ekspertizaya ehtiyac olmadığını bildirmiş, iddianın təmin olunmasına etiraz etməmişdir. Lakin həmin məbləği ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikası Vəkillər X1 nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, 2023-cü il tarixdə saat 07:20 radələrində Xəzər rayonu, Bakı-Mərdəkan şossesi, Şağan qəsəbəsində Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, **-BS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsilə yol-nəqliyyat qəzası törədilmidir. Hadisə nəticəsində Vəkillər Kollegiyasına məxsus “Hundai Sonata” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Qeyd olunan nəqliyyat hadisə ilə bağlı Xəzər rayon Dövlət Polis şöbəsi tərəfindən Cavabdeh barəsində inzibati tənbeh vermə qərarı qəbul olunmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi Vəkillər Kollegiyasına məxsus nəqliyyat vasitəsinin sol yan qanad hissəsinə çırpılmışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktından müəyyən olunur ki, nəqliyyat vasitəsinə ümumilikdə 5.351.74 manat məbləğində zərər vurulmuşdur. Həmin məbləğ Vəkillər Kollegiyası tərəfindən ödənilmişdir. Lakin yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəqliyyat vasitəsinə zərər vurulduğu üçün “Pasha İnsurance” tərəfindən icbari sığorta ödənişi kimi vurulmuş zərərin yalnız 2509.41 manatlıq hissəsi Vəkillər Kollegiyasına ödənilmişdir. Nəticədə Vəkillər Kollegiyasına 2842.74 manat maddi zərər vurulmuşdur. Məhkəmə tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -xx.xx.2023-cü il tarixli AA041938 saylı qüsur aktından görünür ki, “Hundai Sonata” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5351.74 manat məbləğində zərər vurulmuşdur. -ödəniş tapşırıqlarından müəyyən olunur ki, 5.351.74 manat Vəkillər Kollegiyası tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. -xx.xx.2023-cü il tarixli ödəniş sistemindən çıxarışdan görünür ki, “Pasha İnsurance” tərəfindən Vəkillər X2nə 2509.41 manat məbləğində sığorta ödənişi edilmişdir. -xx.xx.2023-cü il tarixli, TP-6961961 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan tədbir görülməsi üçün Bakı şəhəri Xəzər rayon X5 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh iddianı etiraf etdiyindən, iş üzrə əlavə araşdırmaya hər hansı zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində Xəzər rayonu, Bakı-Mərdəkan şossesi, Şağan qəsəbəsində Cavabdeh tərəfindən idarə olunan Chevrolet Cruze markalı, **-BS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına məxsus “Hundai Sonata” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5.351.74 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh iddia tələbini tam olaraq qəbul edərək iddianın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2842.33 manat məbləğində pul və 48.43 manat dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2842.33 manat məbləğində pul və 48.43 manat dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar