Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-916/2023 26.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, ərizəçi Nümayəndəsi və vəkili İddiaçı Osman oğlunun iştirakı ilə, ərizəçi Nümayəndə atalığın tanınması faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci ildə anadan olmuş X7 və xx.xx.2018-ci ildə anadan olmuş X4 atalarının İddiaçı olması faktının tanınması qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, 2015 – ci ildən X14 ilə faktiki nikah münasibətində olmaqla ailə həyatı qurmuşdur. 2015-ci ildən 2020 –ci ilə kimi faktiki nikah münasibətində olmaqla, xx.xx.2020 – ci il tarixdən isə Zöhrə Muradova ilə nikahını rəsmi olaraq 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 715 saylı dövlət qeydiyyatına alınmışdır. Faktiki nikah münasibətində olduğu müddətdə iki övladları anadan olmuşdur. Respublika Klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli doğum haqqında tibbi şəhadətnamə ilə doğumu təsdiqlənən xx.xx.2017– ci il təvəllüdlü X15, Respublika Klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli doğum haqqında tibbi şəhadətnamə ilə doğumu təsdiqlənən xx.xx.2018– ci il təvəllüdlü X8 olmuşdur. Zöhrə Muradova ilə nikahı rəsmi olaraq bağladıqdan bir neçə ay sonra övladlarına münasibətdə atalıq faktının müəyyən olunması və onlara doğum haqqında şəhadətnamə alınması ilə bağlı birlikdə Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsinə müraciət etmişlər. Orada bildirildi ki, Zöhrə Muradovanın ərizəsi əsasında uşaqların onun övladı olması barədə tərəfindən ərizənin verilməsi atalıq faktının müəyyən olunmasəna kifayət edəcəkdir. Lakin sonradan müəyyən olunmuşdur ki, Zöhrə Muradova əvvəlki soyadı X3 birinci dəfə 2002 –ci il tarixdən 2008-ci il tarixədək nikah münasibətlərində olduğu X9 ilə aralarında olan nikah münasibətlərinə rəsmi qaydada xx.xx.2020 – ci il tarixdə yəni onların faktiki nikah münasibətləri olduğu vaxtdan sonra xitam verildiyi üçün atalıq faktının bu orqanda tanınması mümkün olmayacaqdır. Belə ki, Zöhrə Muradova ilə faktiki nikah münasibətində olduğu müddətdə doğulan iki övladı Zöhrənin sənəd üzərində digər şəxslə qalmış olduğu əvvəlki nikah münasibətlərindəki tarixə təsadüf etmişdir. Halbuki, bu yalnız qeydiyyatdan başqa bir şey olmamış və uşaqların qohumluq olaraq həmin şəxsə heç bir aidiyyatı olmamışdır. Bu səbəbdən də Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 05-Q/879/15 saylı məktubla uşaqların qeydiyyatı və onların atalarının İddiaçı olması faktənən müəyyən edilməsindən imtina edilmişdir. Bir valideyn kimi onun da övladları üzərində atalıq faktının tanınması hüququ vardır. Eyni zamanda övladlarının da dövlət qeydiyyatına alınması zəruridir. Bu faktların bu günə kimi müəyyən edilməməsi onun və övladlarının bir valideyn və vətəndaş olaraq bir sıra hüquqlarızın həyata keçirilməsinə maneə yaratmaqdadır. Ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Nümayəndəsi və vəkili İddiaçı ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sumqayıt Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və onun məhkəməyə təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ№ 340048 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İİ№ 390193 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Muradov, arvada Muradova soyadları verilmişdir. İş materiallarında olan Respublika Klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.2017ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X10 uşağı xx.xx.2018-ci il təvəllüdlü X1 ASM-də tibbi qeydiyyatda durur. Halhazırda sağlamdır. İş materiallarında olan Respublika Klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.2017ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X10 uşağı xx.xx.2018-ci il təvəllüdlü X2 ASM-də tibbi qeydiyyatda durur. Halhazırda sağlamdır. İş materiallarında olan Sumqayıt Maraqlı şəxs Qeydiyyat şöbəsinin 17 may 2021-ci il tarixli 05-q/879/15 saylı məktubundan görünür ki, X10 xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixdə anadan olmuş övladlarının doğumunun dövlət qeydiyyatına alınması ilə bağlı Sumqayıt Maraqlı şəxs qeydiyyat şöbəsinə müraciət etmiş, lakin uşaqlar nikah dövründə doğulduğu üçün onun doğumunun dövlət qeydiyyatının nikahda olmayan ananın uşağının doğumunun dövlət qeydiyyatı qaydasında aparılması və övladlarının barəsində İddiaçı atalığının müəyyən edilməsi qanunvericiliyə zidd olduğu üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, ərizəçi İddiaçı ərizəsi təmin edilməli, xx.xx.2017-ci ildə anadan olmuş X7 və xx.xx.2018-ci ildə anadan olmuş X4 atalarının İddiaçı olması faktının tanınması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlanması, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2017-ci ildə anadan olmuş X7 və xx.xx.2018-ci ildə anadan olmuş X4 atalarının İddiaçı olması faktının tanınması müəyyən edilsin. Bu qətnamə xx.xx.2017-ci ildə anadan olmuş X7 və xx.xx.2018-ci ildə anadan olmuş X4 doğum aktı qeydiyyatı kitabında müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-916/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-916/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver