Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-96/2023 29.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır Müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Rostelmash Nova 340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 17 960,00 manat dəymiş maddi ziyanın və 143,88 manat dövlət rüsumunun - cəmi 18 103,88 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh 2021-ci il 27 aprel tarixli 06/00866 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Rostelmash Nova 340 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Bildiririk ki, müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Rostelmash Nova 340 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 17 960,00 (on yeddi min doqquz yüz altmış) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Rostelmash Nova 340 markalı taxılyığan kombaynın tam bərpası üçün 17 960,00 manat dəymiş maddi ziyan hesablanmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh 2021-ci il 27 aprel tarixli 06/00866 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Rostelmash Nova 340 markalı taxılyığan kombayn ona xx.xx.2021-ci il tarixdə istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Rostelmash Nova 340 markalı taxılyığan kombayn xx.xx.2021-ci il tarixdə bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 17 960 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Rostelmash Nova 340 markalı taxılyığan kombaynın tam bərpası üçün 17 960 manat dəymiş maddi ziyan hesablanmışdır. Kombayn hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətindədir. Kombayn hazırda da işlək vəziyyətdə deyil, cavabdehin təhvil verdiyi vəziyyətdəir. Texnikanı cavabdehə 2 aylıq müddətə təhvil vermişlər. Akt var ki, kombayn cavabdehə verilərkən saz vəziyyətdə olub, alınanda isə nasaz vəziyyətdə olub. Cavabdeh kombayna nə edib bilmir. Cavabdeh mexanizator kimi əvvəl işləyib, ola bilər normadan artıq kombaynı istəfadə edib və ya işlətmək üçün tanışlarına verib. Ola bilsin mühərrikdə hansı isə nasazlıqlar yaranandan digər detalları da sıradan çıxarıb. Hər halda cavabdeh mexanizator işlədiyinə görə pis texnikanı istəfadəyə götürməzdi. xx.xx.2021-ci il tarixli texniki vəziyyət haqqında akt və xx.xx.2021-ci il tarixli qüsur aktı var, onları təqdim edir. Həmin sənədlər hər halda saxta sənəd olmaz. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahat verərək bildirmişdir ki, o, İddiaçı ASC-nin Siyəzən-Xızı bölməsində mühəndis-mexanik işləyir. Əvvəl Xızı bölməsinijn rəhbəri olmuşdur, sonra restrukturizasiya olundu və Siyəzən və Xızı bölmələri birləşdi, bir servizdə iki bölmə rəhbəri olmadığına görə, o, hazırda Siyəzən-Xızı bölməsində mühəndis-mexanik vəzifəsində işləyir. Xızı rayonunun Yaşma kəndində cavabdehin kombaynı xarab oldu. Onlar Əfqana dəfələrlə demişdilər ki, gəl idarədə təmir elə kombaynı. Maşının mühərrikində nasazlıq var idi. Dedi yox, onun üçün Şabran rahatdır, kombaynı Şabran şəhərində təmir elətdirməyə apardı, Şabranda körpünün altında. Orada bir iki dəfə gedib baxış keçirmişlər, təmir işləri görülürdü. Sonra orada necə təmir elədisə, sürüb gəldi Xaçmaza. Təzədən kombaynın mühərrikinin blokunda çat əmələ gəldi. Onu da Xaçmaz şəhərində o, qaynaqçının yanında olanda görmüşdür. Ondan sonra cavabdeh kombaynı Xaçmaz rayonunun Qımıl kəndi yolundakı karyerdəki mühərrik ustasının yanına aparmışdır. O, dedi ki, Bakıdan ehtiyat hissələri də gətirəcək, lakin təmir elətdirmədi, bir iki hissəni də kombaynın üzərindən sökdü, doğrayıcını və bəzi detalları çıxardı, sonra cavabdeh yoxa çıxdı. Karyerin müdiri tanışları idi, o, dedi ki, gəlin kombaynı aparın, camaat ehtiyat hissələri mağazaları borcun yerinə kombayndan müəyyən hissələri açıb aparmaq istəyirlər. Onlar də məcbur olub getdi ora, kombaynı traktorun arxasına qoşquya qoşub gətirmişlər. Kombayn cavabdehə təhvil veriləndə iştirak etmişdir. Tam saz vəziyyətdə təhvil vermişlər. Süleymanov Rəşad müdirləridir, İddiaçı ASC-nin Siyəzən-Xızı bölməsinin müdiridir. xx.xx.2021-ci il tarixdə cavabdeh kombaynı saz vəziyyətdə qəbul edib. Kombayn cavabdeh 2 aylıq verilmişdi. Kombayn ona saz vəziyyətdə verilib, saz vəziyyətdə də qaytarmalı idi. Akt tərtib edilərkən cavabdeh ümumiyyətlə gəlmədi. O, imza atmaqdan imtina etməmişdir, ümumiyyətlə iştirak etməmişdir. Təhvil-təslim aktlarını imza etməkdən imtina etməyib. O, özü gəlib kombaynı təhvil verməli idi, lakin gəlmədi, telefonları açmadı. Həmin vaxt kombayn Qımıl yolunda karyerdə idi, cavabdeh orada təmir etdirirdi guya. Aktda imzası olan Babayev Tağı o vaxtı mühəndis işəyirdi, hazırda işdən çıxıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılsa da, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 27 aprel tarixli 06/00866 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Rostelmash Nova 340 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06/00866 nömrəli müqaviləyə əsasən 17 960,00 manat dəymiş maddi ziyanın və 143,88 manat dövlət rüsumunun - cəmi 18 103,88 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/8093 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən müəyyən olunur ki, “Nəzəri hesablama yolu ilə İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Rostelmash Nova 340” markalı taxılyığan kombaynın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 19 460 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə İddiaçı ASC-yə 17 960 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, Cavabdeh müqaviləsinin şərtlərini pozaraq borcunun ödənilməsini gecikdirdiyinə görə borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəməyə iddia ərizəsinin verilməsi üçün 143.88 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Elektron məhkəmə informasiya sistemindən” əldə olunmuş və iş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 1(067)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh 21 aprel 2022-ci il tarixdə, saat 14:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Çarxı kəndində yerləşən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Çarxı dəmir yolu stansiyası ərazisində 141-ci kilometrliyin 5-ci piketində, dəmir yolu keçidinin yanından, tək yolda olan 1060,2 manat dəyərində bir ədəd 17,2 metr uzunluğunda olan R-65 tipli yarım-yararlı relsi idarə etdiyi Belarus MTZ-80 markalı, **-BA-*** qeydiyyat nömrəli traktorla qanunsuz götürüb özünə məxsus Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən əkin sahəsinə aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Həmin Qərardan görünür ki, Cavabdeh barəsində axtarış elan edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakısatın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il tarixli 06/00866 nömrəli operativ lizinq müqaviləsinə əsasən 17 960 manat borc və 143.88 manat dövlət rüsumu olmaqla, cəmi 18 103.88 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin SAP (XİİS) hesabı, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 06/00866 nömrəli operativ lizinq müqaviləsinə əsasən 17 960 manat borc pul və 143.88 manat dövlət rüsumu olmaqla, cəmi 18 103.88 manat məbləğində borc pul Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin SAP (XİİS) hesabı, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-96/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-96/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver