Məhkəmə qərarları › İş №e-2(070)-7/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-7/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-7/2025 06.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 avtoqəza zamanı dəymiş 3210 manatın, qiymətləndirmə aktına görə ödədiyi 50 manat rüsumun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 53 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Hyundai” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 21 avqust 2024-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Təbriz küçəsinə dönmək istəyərkən ondan arxada hərəkətdə olan hazırki iş üzrə Cavabdeh1 idarə etdiyi “VAZ 21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi saxlama qaydalarını pozduğuna görə idarə etdiyi avtomobilin ön hissəsi ilə onun avtomobilinin arxa hissəsini vurmuş və nəticədə avtoqəza hadisəsi baş vermişdir. Həmin tarixdə Bərdə rayon polis şöbəsinin Yol patrul xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərarla Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “İlkin qiymətləndirmə aktı”ndan görünür ki, hadisə nəticəsində onun avtomaşınına 1510 (bir min beş yüz on) manat, usta haqqı və materiallarla birlikdə, ümumilikdə 3.210 (üç min iki yüz on) manat ziyan dəymişdir. Cavabdeh1 idarə etdiyi “VAZ 21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 MMC-yə məxsusdur. Dəfələrlə mülkiyyət sahibi kimi cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 dəymiş ziyanı ödəmələrini xahiş və tələb etsə də, ötən müddət ərzində onlar 1 manat da olsun pul ödəməmiş və müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq İddiaçı bildirdi ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 “VAZ 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, həmçinin nəqliyyat vasitəsinin sığortası olmamışdır. O, nəqliyyat vasitəsinin sığortasının olub-olmaması ilə bağlı “9707” qısa nömrəsinə zəng etmiş və Cavabdeh1 idarə etdiyi “VAZ 21703” minik markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortasının olmamasını öyrənmişdir. Bu səbəbdən də ona vurulmuş ziyan sığorta tərəfindən qarşılanmamışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayonu yol patrul xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 tərəfindən idarə etdiyi “VAZ 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 18:36-da Bərdə şəhəri, H.Əliyev prospekti ünvanında İXM-in 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalar törədilmişdir; Bərdə rayonu yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə “VAZ 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarını pozmuş, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, bununla da İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Nəticədə Cavabdeh1 İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, xx.xx.2024cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində Cavabdeh1 idarə etdiyi “VAZ 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş və hər iki avtomobilə zərər dəymişdir; AB seriyalı, 870426 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ SONATA” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir; AD seriyalı, 570846 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir; Cavabdeh1 Bərdə rayon polis Şöbəsinə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:36 radələrində idarə etdiyi “VAZ 21703” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən ondan qarşıda hərəkətdə olan “HYUNDAİ SONATA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamadığı üçün onun avtomobilinin qabaq hissəsi ilə digər avtomobilin arxa hissəsi toqquşmuşdur. Hadisəyə səbəb onun ara məsafəsini pozmağı olmuşdur; X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “İlkin qiymətləndirmə aktı”ndan görünür ki, “HYUNDAİ SONATA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 3210 manat təşkil edir (ehtiyat hissələri 1510 manat, təmir xərci 1700 manat olmaqla); xx.xx.2024-cü il tarixli, 382913 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X3 50 manat xidmət haqqı ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2025-ci il tarixli, 9/10506 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə mülki iş materiallarında olan “F.şəxs X5 VÖEN **********” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktı məlumatlarına əsasən 2010-cu il buraxılışlı, “HYUNDAİ SONATA” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2685 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 1485 manat, təmir-bərpa işlərinin qiyməti 1200 manat. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; İcbari Sığorta Bürosundan çıxarılmış “İcbari sığorta müqavilələrinin mövculuğunun yoxlanılmasına dair” çıxarışdan görünür ki, hadisə baş verən vaxtı, yəni xx.xx.2024-cü il tarixdə, saat 18:36-da **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənin sığorta müqaviləsi olmamışdır (məlumat tapılmadı); xx.xx.2024-cü il tarixli **********60 nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildiyi kimi xx.xx.2024-cü il tarixdə, saat 18:36-da Cavabdeh1 tərəfindən idarə olunan “VAZ 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Yəni, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Həmçinin müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Cavabdeh1 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 50.2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; 77.1-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar. Qanunun tələbindən göründüyü kimi mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası tətbiq edilir və avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Avtonəqliyyat vasitəsinin sahibi tərəfindən bu qaydaların pozulması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cavabdeh1 da avtonəqliyyat vasitəsinin sahibi kimi yol hərəkəti qaydalarını pozaraq (araməsafəsi qaydalarını pozmuş, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari sığorta etdirməmiş) mülki hüquq pozuntusu (delikt) törətmiş, nəticədə fiziki şəxsin (İddiaçı) əmlakına zərər vurmuşdur. Törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibidir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh1 tələb etdiyi məbləğə dair qeyd edir ki, iddiaçı cavabdehdən nəqliyyat vasitəsinə dəymiş 3210 manat zərəri tələb etsə də, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən göründüyü kimi 2010-cu il buraxılışlı, “HYUNDAİ SONATA” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2685 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti 1485 manat, təmir-bərpa işlərinin qiyməti 1200 manat). Bu halda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2025-ci il tarixli, 9/10506 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, cavabdehdən tələb olunan məbləğ həmin rəyə uyğun tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2685 (iki min altı yüz səksən beş) manat vurulmuş zərərin əvəzi, 50 (əlli) manat xidmət haqqı, cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 47,35 (qırx yeddi manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2685 (iki min altı yüz səksən beş) manat vurulmuş zərərin əvəzi, 50 (əlli) manat xidmət haqqı, cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 47,35 (qırx yeddi manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar