Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-180/2025 21.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı Nümayəndə Hacıqabul Rayon DYPB tərəfindən qəbul edilmiş cərimə protokolu əsasında qəbul edilmiş qərarın ləğvi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Hacıqabul Rayon DYPB tərəfindən qəbul edilmiş cərimə protokolu əsasında qəbul edilmiş qərarın ləğvi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək - Hacıqabul rayon X1 Bölməsinin inspektor-operatoru tərəfindən 17 dekabr 2024-cü il tarixdə çəkilmiş fotogörüntü əsasında yazılmış nömrəsiz cərimə protokolu əsasında tətbiq edilmiş qərar qanunsuz sayılması və Hacıqabul rayon X1 Bölməsinin inspektor-operatoru tərəfindən 17 dekabr 2024-cü il tarixdə çəkilmiş fotogörüntü əsasında yazılmış nömrəsiz cərimə protokolu əsasında tətbiq edilmiş qərar qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işin hallarından aydın olur ki, iddiaçının mübahisələndirdiyi qərar Hacıqabul rayon X1 Bölməsi tərəfindən qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati tənbeh haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında müvafiq məhkəməyə şikayət verilə bilər. Lakin hazırki şikayət mülki icraat qaydasında verilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, ona görə də ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya hansı məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Nümayəndə Hacıqabul Rayon DYPB tərəfindən qəbul edilmiş cərimə protokolu əsasında qəbul edilmiş qərarın ləğvi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-180/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-180/2025
21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver