Məhkəmə qərarları › İş №e-2(071)-286/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-286/2025

09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-286/2025 09.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdeh xx.xx.2025-ci il tarixli ilkin hazırlıq iclasında iştirak etməmiş, buna görə də, məhkəmə iclası təxirə salınmış, növbəti məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə elektron sistem vasitəsilə ərizə ünvanlayaraq xaricdə təhsili ilə əlaqədar olaraq 25 may 2025-ci il tarixə qədər ölkə ərazisində ola bilmiyəcəyini bildirmiş və məhkəmə prosesinin 25 may 2025-ci il tarixdən sonrakı tarixə təyin edilməsini xahiş etmişdir. Tərəflərə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə, həmçinin Elektron məhkəmə informasiyası vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar təkrarən məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçı elektron sistem üzərindən göndərdiyi ərizədə onun ölkə xaricində olması səbəbindən məhkəmə iclasının xx.xx.2025-ci il tarixindən sonrakı tarixə təyin edilməsini tələb etməsinə baxmayaraq, məhkəmə, iddiaçının 2-ci hazırlıq iclasında iştirak etməməsi halını nəzərə alaraq, işin icraatının ədalətli və səmərəli aparılmasının təmin edilməsi məqsədilə, işin baxılmamış saxlanılmasının zəruri olduğunu hesab edir. Məhkəmə, iddiaçının ölkədən qayıtdıqdan sonra da lazımi hüquqi addımları atmaq imkanı və işə baxılma prosedurlarının davamlılığının təmin olunması ilə yanaşı, işin xx.xx.2025-ci ildən sonrakı tarixlərə təxirə salınmasının prosesi əhəmiyyətli dərəcədə uzadaraq əlavə administrativ yüklərin yaranmasına səbəb olacağı və icraatın effektivliyinə mənfi təsir göstərəcəyi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə, tərəflərin hüquqi mövqelərini və işin ümumi ədalətli baxılması prinsipini nəzərə alaraq, işin mövcud vəziyyətində baxılmamış saxlanılmasının daha uyğun və məqsədəuyğun olduğunu qərara almışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin hesab edir ki, ərizə baxılmamış saxlandığından ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. xx.xx.2025-ci il tarixli, **********51 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar