Məhkəmə qərarları › İş №e-2(071)-322/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-322/2025

24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-322/2025 24.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsi cəlb edilməklə iddia icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı qanunla müəyyən olunmuş məzmununa riayət etmədiyindən Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair iddia icraatı qaydasında verilmiş ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun ərizəçi İddiaçı qaytarılması qərara alınmışdır. Belə ki, İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsini xüsusi icraat qaydasında verməli olduğu halda iddia icraatı qaydasında vermişdir. Məhkəməyə daxil olmuş ərizə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə verilməklə mülki iş üzrə icraatın növü - “iddia icraatı” seçilmişdir. Bununla da ərizənin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə əməl edilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadından narazı qalan ərizəçi İddiaçı qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-787/2025 saylı qərardadı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(071)-322/2025 saylı qərardadı ləğv edilmiş, yeni qərardad qəbul edilməsi və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materiallarının Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş xx.xx.2025-ci il tarixində Hacıqabul Rayon Məhkəməsinə daxil olmuşdur. Daha sonra ərizəçi İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi MPM-in 152.1.9-cu maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair iddia icraatı qaydasında verilmiş ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi tarixən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar