Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-33/2025 05.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclədiyi 30.000 (otuz min) manat məbləğində pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 aprel 2011-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişdirlər. Birgə nikahlarından 23 avqust 2012-ci il tarixdə X6 və 15 avqust 2014-cü il tarixdə X3 adlı övladları olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(056)-273/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulması, cavabdehlə birgə nikahlarından 23 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 15 avqust 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər biri üçün hər ay 75 manat, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlə nikah münasibətləri pozulduqdan sonra 2017-ci ildə cavabdehin təkidi ilə o, övladlarının gələcəyi naminə onunla barışmışdır. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, ona Bakı şəhəri ünvan 2 ünvanında torpaq sahəsi verilmişdir və orada ev tikdirmək istəyir. Aralarındakı razılaşmaya əsasən ev tikildikdən sonra onlar ailəvi olaraq həmin evdə yaşayacaqdırlar. İddiaçı cavabdehlə razılaşaraq Hacıqabul Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(056)273/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentdən imtina etmişdir. 2017-2022-ci illər ərzində cavabdehə rəsmi nikaha girməsə də, faktiki olaraq birlikdə yaşamışdırlar. O, həmin vaxt cavabdehə məxsus evin tikintisi üçün təxminən 30.000 (otuz min) manat pul xərcləmişdir. Belə ki, o, 6 il ərzində imtina etdiyi alimentin məbləği 10800 (on min səkkiz yüz) manat təşkil edir. Bundan əlavə orta məkətəb müəlliməsi kimi həm Hacıqabul rayonunda, həm də Bakı şəhərində işləmiş və əldə etdiyi əmək haqqından 10.000 (on min) manatdan artıq məbləği cavabdehə vermişdir. Bundan əlavə Kapital Bank ASC-dən və Bank of Baku ASC-dən ümumilikdə 9300 manat kredit götürərək cavabdehə vermişdir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiasının təmin olunmamasını və cavabdehdən 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2(056)273/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentdən imtina etmişdir, alimentin miqdari ümumilikdə 150 manat olsada onun cavabdehlə birgə nikahından olan 23 avqust 2012-ci il tarixdə X6 adlı və 15 avqust 2014-cü il tarixdə X5 adlı övladlarına artıq vəsait xərcləmişdir. Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mülkiyyət ona yox, iddiaçının valideynlərinə məxsus olub və həmin evin tikilməsinə ayrılan vəsaitdə tamamilə onlara məxsus olub. Cavabdeh atası həmin evi tikdirdikdən sonra ona İddiaçı övladları ilə birlikdə həmin evdə yaşamağa icazə vermiş, lakin cavabdeh bir neçə ay həmin evdə yaşadıqdan sonra övladları ilə birlikdə ünvan 3 ünvanında olan evlərinə qayıtmışdır. Birgə yaşadıqları vaxt ərzində cavabdeh ona əmək haqqından 10.000 (on min) manatdan artıq məbləği heç bir qaydada verə bilməzdi, çünki onun buna maddi imkanı olmamışdır. Bundan əlavə "xxxx" ASC-dən və "xxxx" ASCdən ümumilikdə 9300 manat kredit götürərək ona verilməsi ilə bağlı məsələyə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023 tarixli və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınin 2(106)-288/2024 xx.xx.2024-cü il tarixli qərarlarında münasibət bildirilmiş və iddia tələbi rədd edilmişdir. Cavabdeh İddiaçı ona qarşı irəli sürdüyü əsassız iddialara görə, məhkəmə proseslərinə çəkdiyi xərclərə və sərf etdiyi vaxta görə 500 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh ona ümumilikdə 30000 manat borcu vardır. Ona dövlət tərəfindən ümumilikdə 5376 manat məbləğində sosial yardım verilmiş, həmin sosial yardım məbləğini tamamilə evin təmirinə xərcləmişdir. Onun Cavabdehla nikahı pozulduqdan sonra aliment tələb etmiş, lakin sonradan alimentdən imtina etmişdir. 2021-ci ildə sözügedən evin heç bir əşyası olmamış, həmin evin təmir etdirilməsi xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. Bundan başqa cavabdeh alimentlə bağlı 10800 manat ödəməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Nümayəndə çıxış edərək bildirdi ki, iddianı müdafiə edir. İddiaçı tərəfindən "xxxx" ASC-dən 4300 manat məbləğində kredit götürülmüşdür. Həmin puldan cavabdeh 2000 manat pulu götürüb başqa yerə ödəmişdir. İddiaçı bütün qazancını tikilən evə xərcləmişdir. İddiaçı cavabdehlə birlikdə yaşayarkən bankdan 2 dəfə kredit götürülmüşdür. Onlardan biri iddiaçının adına digəri cavabdehin adına götürülmüşdür. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçının evin tikintisində heç bir xərci olmayıb. O, iddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. Onlar birlikdə yaşayarkən həm özü həm də, iddiaçı bankdan kredit götürmüşdür. Götürülmüş kredit məbləği evin təmirinə deyil, digər zəruri xərclərin ödənilməsinə sərf edilmişdir. Odur ki, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Fatmayı kəndi, Abdulla Şaiq küçəsi, ev 51 də yerləşən xüsusi mülkiyyət Cavabdeh məxsusdur (Qeydiyyat nömrəsi **********; Qeydiyyat tarixi xx.xx.2022). İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Fatmayı kəndi, Abdulla Şaiq küçəsi, ev 53 də yerləşən xüsusi mülkiyyət X1 məxsusdur (Qeydiyyat nömrəsi **********; Qeydiyyat tarixi xx.xx.2022). İş materiallarında olan "xxxx" ASC-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974******8483 nömrəli kart üzrə xx.xx.2016-xx.xx.2018-ci illər ərzində 11,539.82 manat məxaric, 11,536.28 manat mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974******8483 nömrəli kart üzrə xx.xx.2019-xx.xx.2023-cü illər ərzində 13,400.18 manat məxaric, 13,399.87 manat mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974******2638 nömrəli kart üzrə xx.xx.2018-xx.xx.2024-cü illər ərzində 5,485.36 manat məxaric, 5,485.36 manat mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus 416974******5714 nömrəli kart üzrə xx.xx.2019-xx.xx.2023-cü illər ərzində 8,280.25 manat məxaric, 8,280.25 manat mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və kassa məxaric orderindən məlum olur ki, bank tərəfindən İddiaçı 60 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda "xxxx" ASC və "xxxx" ASC-dən kredit şəklində götürülmüş ümumilikdə 9300 manat pul vəsaitinin verildiyi qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı əvvəllər Hacıqabul rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Hacıqabul rayon məhkəməsinin 2(071)-639/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-288/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon məhkəməsinin 2(071)-639/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddia tələbinin qeyd edilən hissəsinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bununla əlaqədar məhkəmə iddia tələbinin həmin hissəsinə, yəni iddiaçının cavabdehə müxtəlif banklardan kredit şəklində götürdüyü 9300 manat pul vəsaitinin verilməsi tələbinə münasibət bildirməyi mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər 15 aprel 2011-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah Hacıqabul rayon məhkəməsinin 05 may 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş, lakin tərəflər sonradan yenidən barışmış və 2022-ci ilin dekabr ayının ortalarınadək birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə tərəflərin hər ikisi bankdan müxtəlif məbləğlərdə kreditlər götürmüşlər. Həmin kredit məbləğlərinin müəyyən hissəsi əvvəlcədən götürülmüş başqa kredit məbləğinin ödənilməsinə, digər hissəsi tərəflərin hər biri tərəfindən özlərinə məxsus cari xərclərin ödənilməsinə, yalnız bir halda mənzil üçün mebel dəstinin alınmasına sərf edilmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə mövcud faktiki hallar və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının tələbi onun tərəfindən cavabdehdən evin tikintisi və təmiri üçün çəkilmiş 30,000 manat məbləğində xərclərin tutulmasına yönəlmişdir. İddiaçı məhkəməyə sübutların təqdim ediləcəyini bəyan etsə də, iş materiallarından görünür ki, əsas sübut kimi yalnız bank çıxarışları təqdim olunmuşdur. Lakin təqdim edilmiş bank çıxarışları müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitlərinin xərcləndiyini göstərsə də, həmin vəsaitlərin konkret olaraq mübahisələndirilən evin tikintisi və təmiri məqsədilə istifadə edildiyini təsdiq edən hər hansı hüquqi cəhətdən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Xüsusilə, tərəflər arasında belə bir maliyyə münasibətinin mövcudluğunu təsdiq edən yazılı müqavilə, notarial təsdiqli razılaşma, pulun konkret təyinatı üzrə xərcləndiyini sübut edən qaimə, akt və ya digər müvafiq sənədlər təqdim olunmamışdır. Qanunvericiliyə əsasən, mübahisəli məbləğin tələb olunması üçün onun məhz iddiaçının qeyd etdiyi məqsədlə sərf edildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iş materiallarında bu faktı təsdiq edən yetərli sübutlar olmadığı üçün məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Buna görə də, ilkin iddianın rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı qeyd edilən evin təmiri üçün konkret olaraq hansı tikinti materiallarının alındığını, hansı qiymətə və haradan alınmasını bilmədiyini qeyd etmişdir. İddiaçının sözlərinə görə yaşadıqları evə yalnız mebel dəsti alınarkən o, cavabdehlə birlikdə olmuş və həmin mebel dəstinin dəyərinin cavabdehə məxsus ödəniş kartı vasitəsi ilə ödənildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən evin təmirinə və tikintisinə onun tərəfindən vəsaitin ödənilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə, qarşılıqlı iddia tələbinin də dəlillərini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh məhkəmə iclaslarında iştirakı ilə əlaqədar onun tərəfindən 500 manat vəsaitin xərclənməsi öz təsdiqini tapmamış, Cavabdeh tərəfindən həmin faktı təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edildiyindən, ilk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlkin iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-33/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-33/2025
05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver