Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-492/2025 16.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun etibarından sui-istifadə edərək aldadıb aldığı 7868 manat məbləğin pulun iddiaçıya qaytarılması, cavabdeh X2 günahı ucbatından əldən çıxmış faydaya və onu qoyduğu pis vəziyyətlərə görə dəyən zərərə görə 2000 (iki) min manat məbləğində pulun ona ödənilməsi, ödədiyi dövlət rüsumu kimi 120 manat məbləğində pul olmaqla, cəmi 10000 (on min) manat məbləğində pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı şəxsi tam kart hesabına (**********265974) müdaxilə olunmuş və kartda olan 7868 (yeddi min səkkiz yüz altımış səkkiz) min manat pulun naməlum şəxs tərəfindən çəkilərək oğurlanmışdır. Naməlum şəxs xx.xx.2023-cü il tarixdə naməlum şəraitdə xx.xx.1992-ci il təvəllüdlü Hacıqabul rayonu, Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, ev 5-də qeydiyyatda yaşayan X7 adlı şəxsin olduğu iddia edilir. İddiaçı cavabdeh X3 heç bir tanışlığı olmadığını bildirir. Buna baxmayaraq İddiaçı 2024-ci ildən etibarən maaş almır, həm maddi cəhətdən və həmdə mənəvi cəhətdən ciddi zərər çəkdiyini bildirir. 2025-ci ilin yanvar, fevral ayı aldığım maaşın 50% ABB bank tərəfindən cavabdeh Səfərov Şöhrət adlı şəxs tərəfindən götürülmüş borca görə silinir. Hal-hazırda göstərilən 7868 min manatın üstünə faiz yığıldığının və faiz hesablanıldığı bildirir. Bu vəziyyətdən şübhələnərək İddiaçı DİN-nin 102 Polis Xidmətinə cavabdeh tərəfindən dələduzluğa məruz qaldığı barədə müraciət edmişdir. DİN-nin . 3 –cü Polis Şöbəsinin əməkdaşları iddiaçının izahatı almışdırlar. 27 mart 2024-cü il tarixli Qərara əsasən Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X6 icraatına Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli HK1/187 saylı materiallar nəzərdən keçirilmişdir. Bundan sonra, DİN-nin polis əməkdaşı iddiaçıya zəng edərək cavabdeh X4 tapılıb tutulması bildirmişdir. İş materialına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan müəyyən edilir ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddiasına mülki icraat qaydasında baxılması qeyri-mümkündür. İş materiallarından və iddia ərizəsinin məzmunundan göründüyü kimi Xəzər RPİ-də fakta bağlı cinayət işi başlanılmış və hazırda cinayət işinin istintaqı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya hansı məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-492/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-492/2025
16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver