Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-50/2025 25.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 nümayəndəsi Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət X3 İdarəetmə Mərkəzi, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi, Hacıqabul Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahələrindən istifadənin cavabdehlərə qadağan edilməsi, torpaq sahələrinin boşadılması, pul və digər” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, Pirsaat massivi yaxınlığında yerləşən və İddiaçı MMC-yə məxsus torpaq sahələrindən istifadənin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qadağan edilməsi, həmin torpaq sahələrinin cavabdehlər tərəfindən boşaldılması, orada inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz şəxsi vəsaiti hesabına sökülməsi, eyni zamanda həmin torpaq sahələrinin qanunsuz istifadə olunması ilə əlaqədar iddiaçıya dəymiş zərərin əvəzi kimi son 3 (üç) il üzrə illik 5.000 (beş min) manat olmaqla Cavabdeh3 15.000 (on beş min) manat; Cavabdeh1, Cavabdeh4 15.000 (on beş min) manat; Cavabdeh5 15.000 (on beş min) manat; Cavabdeh2 15.000 (on beş min) manat, ümumilikdə 75.000 (yetmiş beş min) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 315 (üç yüz on beş) manat pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət X3 İdarəetmə Mərkəzi, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi və Hacıqabul Rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin icraatında olan mülki işi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, hər bir cavabdeh ayrı-ayrılıqda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi reyestrdə rəsmi qeydiyyata alınmışlar. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət X3 X5 Heyətinin sədri Murad Ağabəyli xx.xx.2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin icraatında olan e-2(071)- 50/2025 saylı mülki işi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Aidiyyət ilə bağlı vəsatətə münasibətdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, hazırda cavabdehlərin məqsədi məsuliyyətdən yayınmaq, işin gedişatını uzatmaqdan ibarətdir. Odur ki, vəsatəti əsassız hesab edir. Belə ki, cavabdehlər subyekt olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmalarına baxmayaraq İddiaçı ilə onlar arasında yaranmış mübahisə kommersiya xarakterli deyildir. Bu səbəbdən vəsatətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, hazırkı tələb kommersiya hüquq münasibətlərindən irəli gəldiyindən mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Verilmiş suallara əsasən o, izahatında əlavə olaraq bildirmişdir ki, heyvandarlıq fəaliyyəti ilə fiziki olaraq özü deyil, bu işə cəlb etdiyi qohumları və işçiləri vasitəsilə məşğul olur, eləcə də bu fəaliyyətlə məşğul olmaqda əsas məqsədi mənfəət əldə etməkdir. Bu sahə onun yeganə qazanc yeridir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, hazırkı tələb onun məşğul olduğu sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə3 da eyni məzmunlu izahat verərək mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdehlərdən Cavabdeh2, X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət X3 İdarəetmə Mərkəzi, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada rəsmi bildiriş verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, habelə məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, , iş materiallarında olan ərizəçi İddiaçı MMC ilə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanan Razılaşma (Kompensasiya) müqavilələrinə əsasən müəyyən edilir ki, cavabdehlərə müqavilələrdə müəyyən edilmiş məbləğlərdə kompensasiya ödənilməklə, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin boşaldılması və o ərazidə inşa edilmiş qanunsuz tikililərin sökülməsi ilə bağlı tərəflər arasında razılaşma əldə olunmuşdur. Həmçinin razılaşmaya əsasən cavabdehlər həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı gələcəkdə hər hansı tələblərinin olmayacağı ilə bağlı iradələrini ifadə etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul rayonu, Pirsaat massivi yaxınlığında yerləşən 1464.91 ha, 22018262 qeydiyyat nömrəli çıxarışa əsasən 87 ha və **********94 qeydiyyat nömrəli çıxarışa əsasən 919.08 ha ölçüdə kənd təssərrüfatı təyinatlı torpaq sahələri icra müqaviləsinə əsasən 15 il müddətinə Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlara əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş və onun istifadə hüququ ilə bağlı torpaq sahələrinin yüklülüyü ilə bağlı məlumat reyestrdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilmişdir. Azərbaycan Respublikası Dövlət X3 X5 Heyətinin sədri Murad Ağabəyli ərizə ilə elektron məhkəmə informasiya vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia predmetinin əsasını təşkil edən həmin yol, yəni Quba rayonunun Xınalıq kəndindən başlamaqla Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarının ərazisindən keçən 200 kmdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2023-cü il tarixli 4082 nömrəli Sərəncamına əsasən sözügedən yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri nəzərə alınaraq, “Xınalıq və Köç yolu” Dövlət Tarix - Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılmış və həmin Sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə idarə olunmanının təmini tapşırılmışdır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarla münasibətdə idarə edilmənin təmini isə Azərbaycan Respublikası Prezidentinin 417 nömrəli 20 dekabr 2028-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət X3 İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir. Həmçinin qeyd edilmişdir ki, qoruğun köçəri heyvandarlıq təsərrüfatları tərəfindən hazırda da istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu tarixi irsin formalaşmasına və köç yolunun qorunmasına tarix boyu heyvandarlıq təsərrüfatlarının əvəzsiz rolu olmuşdur. Qoruq ərazisinin müəyyən hissəsinin Hacıqabul ərazisindən də keçdiyini və həmin ərazidə heyvandarlıqla məşğul olan şəxslərin köç yolu irsinin qorunması aspektindən əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət X3 İdarəetmə Mərkəzinin e-2(071)-1230/2024 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdirlər ki, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 uzun illərdir köçəri heyvandarlıq təsərrüfatı ilə məşğuldur. Hacıqabul Rayon Ícra Hakimiyyəti başçısının aidiyyəti sərəncamları əsasında rayonun inzibati ərazisindən 4800 hektar torpaq sahəsi icarə müqaviləsi əsasında örüş-otlaq məqsədi üçün cavabdehlərə ayrılmışdır. Onlar uzun müddətdir ki, heç bir məhdudiyyət qoyulmadan torpaq sahəsindən sərbəst qaydada örüşotlaq məqsədilə istifadə edirlər. Lakin, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 42 nömrəli Sərəncamı ilə sözügedən torpaq sahələrindən istifadəyə son qoyulmuşdur. Həmin sərəncamda torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə iri taxılçılıq və yemçilik təsərrüfatlarının (aqroparkların) yaradılması məqsədilə suvarma kanallarının çəkilməsi qeyd olunaraq, daha əvvəlki sərəncamlar ləğv olunmuş və Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin icarəsinə verilmişdir. Həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 42 nömrəli Sərəncamının dördüncü abzasında hüquqi əsas olaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və faktiki hallara görə həmin aktın qüvvədə qalması halının dövlət və ictimai maraqlara ziyan vura bildiyi halda ləğv ediləcəyi qeyd olunmuşdur. Bundan başqa, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun tələb olunan sənədlərin hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edildiyi bildirilmişdir. Sözügedən torpaq sahələri hazırkı müddətə qədər örüş-otlaq sahələri kimi istifadə edilməkdədir. Hazırda cavabdehlər İddiaçı MMC tərəfindən ödənilən kompensasiyanın qaytarılmasına razıdırlar. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli Quba rayon Xınalıq kənd sakini Cavabdeh5 ərizəsinə baxılması barədə sərəncamından müəyyən edilir ki, Quba rayon Xınalıq kənd sakini Cavabdeh5 ərizəsi nəzərə alınaraq ona heyvandarlığı inkişaf etdirmək məqsədi ilə, müvəqqəti istifadə üçün, icarə qaydasında Hacıqabul rayonu ərazisindəki “ Əlibəyİİ”adlanan qış otlaq sahəsindən 699 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan “torpağın icarəyə verilməsinə dair” xx.xx.2008-ci il tarixli, 77 nömrəli müqavilədən müəyyən edilir ki, icrarəyə uyğun olaraq qeydiyyata alınan 2080 baş xırda buynuzlu davar, 11 baş iribuynuzlu heyvanların saxlanılması üçün 699 hektar sahə Quba rayon Xınalıq kənd sakini Cavabdeh5 icarəyə verilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 61 nömrəli “Rayon ərazisində aqroparkın yaradılması məqsədi ilə bir sıra vətəndaşlara dövlət ehtiyat fondu və qış otlaq sahələrinin icarəyə verilməsi ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamlarının ləğv edilməsi barədə” sərəncamdan müəyyən edilir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli Quba rayon Xınalıq kənd sakini Cavabdeh5 ərizəsinə baxılması barədə sərəncamı və “torpağın icarəyə verilməsinə dair” xx.xx.2008-ci il tarixli, 77 nömrəli müqavilə qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarınd olan “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və X1 qeyd olunmuşdur ki, Qoruq Quba rayonunun Xınalıq kəndi daxil olmaqla, Xınalıq kəndi ətrafında yerləşən yerləşən yay otlaq sahələrindən Pirsaat su anbarınadək uzanan, Qusar, Quba, Şamaxı, Qobustan və Abşeron rayonlarının ərazisindən keçən 200 kilometrdən artıq köç yolunu, həmçinin Abşeron və Hacıqabul rayonlarının ərazilərində yerləşən Xınalıqların qış otlaq sahələrini əhatə edən, tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik və antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasının 2023-cü il 18 sentyabr tarixli qərarı ilə UNESCO-nun X7 daxil edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Quba rayon Xınalıq kənd sakini Cavabdeh1 ərizəsinə baxılması barədə sərəncamından müəyyən edilir ki, Quba rayon Xınalıq kənd sakini Cavabdeh1 ərizəsi nəzərə alınaraq ona heyvandarlığı inkişaf etdirmək məqsədi ilə, müvəqqəti istifadə üçün, icarə qaydasında Hacıqabul rayonu ərazisindəki 59 saylı “Əlibəy İ” adlanan qış otlaq sahəsindən 39 hektar, 54 saylı “Sərhəd” adlanan qış otlaq sahəsindən 242 hektar, 58 saylı “Kələ-Qəmrə” adlanan qış otlaq sahələrindən isə 334 hektar, ümumilikdə 615 hektar torpaq sahəsi üçün yenidən icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında olan “torpağın icarəyə verilməsinə dair” xx.xx.2009-cu il tarixli, 02 nömrəli müqavilədən müəyyən edilir ki, icrarəyə uyğun olaraq qeydiyyata alınan 1200 baş xırda buynuzlu davar, 14 baş iribuynuzlu heyvanların saxlanılması üçün 615 hektar sahə Quba rayon Xınalıq kənd sakini Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 61 nömrəli “Rayon ərazisində aqroparkın yaradılması məqsədi ilə bir sıra vətəndaşlara dövlət ehtiyat fondu və qış otlaq sahələrinin icarəyə verilməsi ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamlarının ləğv edilməsi barədə” sərəncamdan müəyyən edilir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Quba rayon Xınalıq kənd sakini Cavabdeh1 ərizəsinə baxılması barədə sərəncamı və “torpağın icarəyə verilməsinə dair” xx.xx.2009-cu il tarixli,2 nömrəli müqavilə qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2014cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla, qabaqcıl aqrotexniki tədbirlər hayata keçirməklə rayonlarda iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə həmin rayonlarda, o cümlədən Hacıqabul rayonunda yerləşən əkinə yararlı otlaq sahələrinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, köçəri heyvandarlıq təsərrüfatının qorunması istiqamətində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının aidiyyəti sərəncamları əsasında rayonun inzibati ərazisindən 4800 hektar torpaq sahəsi icarə müqaviləsi əsasında örüş-otlaq məqsədi üçün vətəndaşlara ayrılmışdır. Bu vətəndaşlardan X6 və digər 20 nəfər şəxs uzun müddət ərzində heç bir məhdudiyyət qoyulmadan torpaq sahəsindən sərbəst qaydada örüş-otlaq məqsədilə istifadə edirdilər. Lakin, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 61 nömrəli və xx.xx.2018-ci il tarixli 42 nömrəli sərəncamları ilə sözügedən torpaq sahələrindən istifadəyə son qoyulmuşdur. xx.xx.2017-ci il tarixli 61 nömrəli Sərəncamında rayon ərazisində aqroparkın yaradılması, xx.xx.2018-ci il tarixli 42 nömrəli Sərəncamında torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə iri taxılçılıq və yemçilik təsərrüfatlarının (aqroparkların) yaradılması məqsədilə suvarma kanallarının çəkilməsi qeyd olunaraq, sərəncamlar ləğv olunmuş və torpaq sahələri Hacıqabul Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 126 nömrəli Sərəncamı və xx.xx.2022-ci il tarixli 03 nömrəli Müqaviləsi ilə İddiaçı MMC-nin icarəsinə verilmişdir. Həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 61 nömrəli Sərəncamında və xx.xx.2018-ci il tarixli 42 nömrəli Sərəncamında hüquqi əsas olaraq “İnzibati İcraaat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və faktiki hallara görə həmin aktın qüvvədə qalması halının dövlət və ictimai maraqlara ziyan vura bildiyi halda ləğv ediləcəyi qeyd olunmuşdur. Həmçinin məhkəmə araşdırması gedişatında cavabdehlərin vəsatəti və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışlardan müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 (VÖEN **********) “Yuyulmamış xam qoyun və keçi yunu və tükünün istehsalı” fəaliyyət istiqaməti üzrə, Cavabdeh3 (VÖEN **********) “Buğa məninin istehsalı” fəaliyyət istiqaməti üzrə, Cavabdeh5 (VÖEN **********) “Yuyulmamış xam qoyun və keçi yunu və tükünün istehsalı” fəaliyyət istiqaməti üzrə, Cavabdeh4 (VÖEN **********) “qoyun və keçilərin yetişdirilməsi” fəaliyyət istiqaməti üzrə və Cavabdeh2 (VÖEN **********) “Yük daşıma xidmətləri” fəaliyyət istiqaməti üzrə fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, Cavabdeh1 fəaliyyəti müvəqqəti dayanma statusunda, digər cavabdehlərin isə fəaliyyəti “aktiv” statusundadır. Bundan başqa İddiaçı də sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəlləsinin 26-cı maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 №-li qərarının 10-cu bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qeyd olunan Plenum Qərarının 11-ci bəndinə əsasən məhkəmələr nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qeyd olunan Plenum Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Plenum Qərarının 13-cü bəndinə qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Plenum Qərarının 14-cü bəndində isə qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Plenum Qərarının 28-cı bəndində məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında onların ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar zəruri predmet olan torpaq sahəsindən istifadə ilə bağlı, yəni əşya-hüquqi münasibətlərdən irəli gələn mübahisə olduğundan tələbə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə həmçinin Cavabdeh1 münasibətdə qeyd edir ki, Plenum qərarına əsasən öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Həmçinin Cavabdeh2 fəaliyyətinin yük daşımalarla bağlı olmasına münasibətdə qeyd ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqaməti ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmə nəticə etibarı ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, bununla da iddiaçının iddia tələbi bilavasitə cavabdehlərdən ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı torpaqdan istifadə hüququnun həyata keçirilməsi bağlı tələb olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26 və 32-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət X3 İdarəetmə Mərkəzi, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi, Hacıqabul Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahələrindən istifadənin cavabdehlərə qadağan edilməsi, torpaq sahələrinin boşadılması, pul və digər” tələbinə dair e-2(071)-50/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-50/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-50/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver