Məhkəmə qərarları › İş №e-2(071)-768/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-768/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-768/2023 03.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsi elektron qaydada tərtib edilək “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və ərizəni iddiaçının nümayəndəsi kimi Nümayəndə Tərayıl oğlu elektron imza ilə imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq olunmuşdur. Həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Qeyd edilən qanunvericilik normalarına əsasən mülki iş üzrə fiziki şəxsin nümayəndəsi qismində onun yaxın qohumu və ya vəkil iştirak edə bilər. Vəkilin mülki işdə nümayəndə qismində iştirak edə bilməsi üçün onunla müvəkkili arasında tapşırıq müqaviləsi bağlanmalı və vəkil hüquqi yardımın göstərilməsini təsdiq edən sənədi (orderi) və səlahiyyətlərini təsdiq edən etibarnaməni məhkəməyə təqdim etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən Nümayəndə təmsilçilik üçün etibarnamə verilmiş olsa da, onunla Nümayəndə arasında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmamış, sonuncu iddia ərizəsini müvafiq vəkalət almadan (Hacıqabul rayon Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün order əlavə edilməmişdir) İddiaçı nümayəndəsi kimi elektron qaydada imzalamışdır. Bu vəziyyətdə onun iddia ərizəsini imzalamağa səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar