Məhkəmə qərarları › İş №e-2(071)-818/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-818/2024

28.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-818/2024 28.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçi İddiaçı, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X10 anadan gəlmə 1-ci qrup əlil olaraq dünyaya gəlmişdir. Ərizəçinin qardaşı X10 1-ci qrup əlil olduğu üçün və fəaliyyət qabiliyyətini itirdiyi üçün ona ərizəçi qulluq etməklə baxıb saxlayır və ona baxıb qulluq etdiyi üçün hər ay 100 manat müavinat verilir. Hal-hazırda müəyyən sənədləşməni aparmaq üçün qardaşı X10 danışa bilmədiyi üçün və dövlət idarələrinə gedə bilmədiyi üçün sənədləşmələrdə çətinlik çəkməkdədir. X2 psixi pozuntunun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Məhkəməpsixiatriya ekspertizası təyin edilərsə onun fəaliyyət qabiliyyətini itirdiyi, öz hərəkətlərinin mənasını və idarə edə bilməməsi müəyyən ediləcəkdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(071)-818/2024 saylı qərardadı ilə, ərizəçi İddiaçı maraqlı şəxs qismində Hacıqabul rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsini xüsusi icraat qaydasında verməli olduğu halda iddia icraatı qaydasında verdiyi üçün, iddia icraatı qaydasında verilmiş ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi İddiaçı xx.xx.2024-cü il tarixində qərardaddan şikayət verməklə ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(071)-818/2024 saylı qərardadı ilə, ərizəçi İddiaçı maraqlı şəxs qismində Hacıqabul rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-818/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(071)-818/2024 saylı qərardadı ilə, mülki iş üzrə X4 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3425 saylı rəyinə əsasən müəyyən edilir ki, X5 “X16, (idiotiya dərəcəsində) Davranış Pozuntuları ilə” (F73.1) aşkar olunub. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosiaİ Ekspert Komissiyasında “Oliqofreniya. İdiotiya dərəcəsində. Döş qəfəsi və qamın ön tərəfinin odla yanığından sonraki kelloid çapıqları” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hacıqabul rayon Mərkəzi Xəstəxanası”da “Ağır dərəcədə kəmağıllıq. Davranış pozuntuları ilə” diaqnozu ilə qeydiyyatda olması) müəyyən edilmişdir. - AR Səhiyyə Nazirliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin X7 tərəfindən verilmiş çıxarışdan müəyyən edilir ki, xx.xx.1956-cı il təvəllüdlü X9 müayinə olunmuş və “Ağır dərəcədə kəmağıllıq” və “Davranış Pozuntuları” (F73.1) diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçi, X3 yaxın qohumu – bacısıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X4 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı ərizəsi təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar