Məhkəmə qərarları › İş №e-2(072)-135/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-135/2025

27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-135/2025 27.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, İddiaçı nümayəndəsi (vəkil): Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cavabdeh uzun müddətdir tanıyır. Belə ki, Cavabdeh ondan müxtəlif vaxtlarda, yəni 30 mart 2022-ci il tarixdə 1650 (min altı yüz əlli) AZN məbləğində, 15 aprel 2022-ci il tarixdə 1150 (min yüz əlli) AZN məbləğində, 04 avqust 2022-ci il tarixdə 1510 (min beş yüz on) AZN məbləğində, 06 sentyabr 2022-ci il tarixdə 400 (dörd yüz) AZN məbləğində, 26 fevral 2022-ci il tarixdə 1100 (min yüz) AZN məbləğində və 01 iyul 2022-ci il tarixdə 1100 (min yüz) AZN məbləğində, ümumilikdə 6910 (altı min doqquz yüz on) AZN məbləğində borc pul almışdır. Bu barədə Cavabdeh öz xətti ilə yazdığı əlyazması da vardır. Onun Etimadın anası Almaz xanım ilə yaxın münasibəti olduğu üçün pulun borc verilməsinə dair notarial qaydada yazılı “borc” müqaviləsi bağlanmamışdır. Qarşılıqlı razılığa əsasən Cavabdeh 3-4 ay müddət ərzində həmin borc pul məbləğini ona geri qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür. Düzdür, Cavabdeh ümumilikdə 6910 (altı min doqquz yüz on) AZN məbləğində borc pulun bir hissəsini ona geri qaytarmışdır. Belə ki, səhv etmirsə, o, Polisə şikayət etdikdən sonra Etimad 500 (beş yüz) AZN məbləğində pulu onun bank kartı hesabına, atası Natiq kişi 600 (altı yüz) AZN məbləğində pulu onun bank kartı hesabına (daha sonra atası Natiq kişi bu işə qarışmış və ona demişdir ki, Etimadın borcunu o ödəyəcəkdir...), qardaşı Etibar 1000 (min) AZN məbləğində pulu şəxsən əlbəəl, qayınatası İlşad kişi 1000 (min) AZN məbləğində pulu şəxsən əlbəəl və 400 AZN məbləğində pulu onun bank kartı hesabına (daha sonra qayınatası İlşad kişi bu işə qarımış və ona demişdir ki, Etimadın borcunu o ödəyəcəkdir...) ödəmişlər. Eyni zamanda, şahid X2 ifadəsinə etiraz edərək bildirmişdir ki, Etimadın qardaşı Etibarın özünün ona pul borcu olduğu üçün məhz özünün borcunu ödəmək üçün 2000 (iki min) AZN məbləğində pulu ona geri qaytarmışdır. Eyni zamanda, şahid X1 ifadəsinə etiraz edərək bildirmişdir ki, Etimadın qayınatası İlşad kişi Etimadın borcuna görə ona ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində puldan başqa, 1000 (min) AZN məbləğində pulu geri qaytarmamış və ya ödəməmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh qalan 3400 (üç min dörd yüz) AZN məbləğində borc pulu bu günədək ona geri qayratmamışdır. O, qalan borc pul məbləğinin geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin mübahisə mülki hüquqi xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 3400 (üç min dörd yüz) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 iddia tələbini müdafiə edərək, İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ç.Mustafayev adına “Pioner” düşərgəsində yaşayır. İddiaçı uzun müddətdir tanıyır. Belə ki, o, İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 6910 (altı min doqquz yüz on) AZN məbləğində borc pul almışdır. Bu barədə onun öz xətti ilə yazdığı və imzaladığı əlyazması da vardır. Nadirə xanımın anası Almaz xanım ilə yaxın münasibəti olduğu üçün pulun borc verilməsinə dair notarial qaydada yazılı “borc” müqaviləsi bağlanmamışdır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri həqiqətə uyğun deyil. Belə ki, o, atası Natiq kişi və qayınatası İlşad kişi müxtəlif vaxtlarda onun İddiaçı olan borc pulu geri qaytarmışlar. Daha doğrusu, Nadirə xanım Polisə şikayət etdikdən sonra özü 500 (beş yüz) AZN məbləğində pulu onun bank kartı hesabına, qardaşı Etibar (atası Natiq kişi hər dəfə 1000 manat pulu qardaşı Etibara vermişdir ki, onun Nadirəyə olan pul borcunu ödəsin...) 3 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, ümumilikdə 3000 (üç min) AZN məbləğində pulu şəxsən əlbəəl, qayınatası İlşad kişi təxminən 500-600 AZN məbləğində pulu Nadirə xanımın bank kartı hesabına və bir neçə dəfə ümumilikdə 2000 (iki min) AZN məbləğində pulu Nadirə xanıma ödəmişlər. Hətta o, Polisdə araşdırma zamanı 1900 (min doqquz yüz) AZN məbləğində pul vermişdir ki, Nadirə xanıma olan borcu bağlansın və mübahisəyə son qoyulsun. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan 26 fevral 2022-ci il tarixli “qəbz”in surətindən görünür ki, qəbzdə 26 fevral 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır) əl borcu 1100 (min yüz) manat pul aldım, vaxtında qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 30 mart 2022-ci il tarixdə “Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) 1650 (min altı yüz əlli) manat əl borcu pul aldım” qeydi yazılmışdır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 15 aprel 2022-ci il tarixdə “Mən Yusifov X3 (Nadirəni Nazilə adlandırır...) 1150 (min yüz əlli) manat əl borcu aldım, 3 (üç) ay ərzində qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli “qəbz”in surətindən görünür ki, qəbzdə 01 iyul 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) 1100 (min yüz) manat əl borcu pul aldım. 3 (üç) ay ərzində qaytarmasam, qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 04 avqust 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) 1510 (min beş yüz on) manat əl borcu pul aldım, 4 (dörd) ay ərzində qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 06 sentyabr 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) əl borcu 400 (dörd yüz) manat aldım, vaxtında qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin rəisi, polis polkovniki Ülvi Məmmədovun 3-13-54-2/2-1436/25 saylı, 05 mart 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə müraciət etməmiş və bu barədə Polis Şöbəsində araşdırma materialı olmamışdır. İş materiallarında olan ********** saylı, 18 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı nümayəndəsi (vəkil) Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən iddia qaldırılması üçün 54 (əlli dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qardaşıdır və eyni ünvanda yaşayırlar. Belə ki, qardaşı Cavabdeh İddiaçı 5400 (beş min dörd yüz) AZN məbləğində pul borcu olmasından xəbəri olmuşdur. Lakin qardaşı Etimadın Nadirə xanımdan borc pul almasının şahidi olmamışdır. Bir müddət Nadirə xanım borc pulun ödənilməsi üçün tez-tez onların evinə gəlib-getmiş və borc pulun qaytarılmamasına görə evlərində söz-söhbət yaranmışdır. Bu səbədən də, atası Natiq kişi hər dəfə 1000 (min) AZN məbləğində pulu ona vermişdir ki, qardaşı Etimadın Nadirə xanıma olan pul borcunu ödəsin. O da 3 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, ümumilikdə 3000 (üç min) AZN məbləğində pulu şəxsən əlbəəl Nadirə xanıma onun yaşadığı evdə verərək, qardaşı Etimadın borcunu ödəmişdir. Daha sonra qardaşı Etimad Nadirə xanım Polisə şikayət etdikdən sonra 500 (beş yüz) AZN məbləğində pulu onun bank kartı hesabına, Etimadın qayınatası İlşad kişi təxminən 500-600 AZN məbləğində pulu Nadirə xanımın bank kartı hesabına və 2000 (iki min) AZN məbləğində pulu Nadirə xanıma ödəmişlər, hətta Polisdə araşdırma zamanı 1900 (min doqquz yüz) AZN məbləğində pul Nadirə xanıma borcun qaytarılması və işin bağlanması üçün verilmişdir. Eyni zamanda bildirir ki, o, məhz qardaşı Etimadın Nadirə xanıma olan pul borcunun ödənilməsi üçün atası Natiq kişinin ona verdiyi ümumilikdə 3000 (üç min) AZN məbləğində pulu Nadirə xanıma ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Cavabdeh bibisinin oğludur və onlar eyni həyətdə yaşayırlar. Belə ki, bir müddət Nadirə xanım borc pulun ödənilməsi üçün tez-tez Etimadgilin evinə gəlib-getdiyi üçün Etimadın Nadirə xanıma pul borcu olmasından xəbəri olmuşdur. X12 xanımdan borc pul almasının şahidi olmamışdır. Daha sonra bilmişdir ki, Etimadın atası Natiq kişi hər dəfə 1000 (min) AZN məbləğində pulu Etibara vermişdir ki, Etimadın Nadirə xanıma olan pul borcunu ödəsin. Etibar da 3 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, ümumilikdə 3000 (üç min) AZN məbləğində pulu şəxsən əlbəəl Nadirə xanıma onun yaşadığı evdə verərək, qardaşı Etimadın borcunu ödəmiş, eləcə də Polisə şikayət edildikdən sonra Etimad 500 (beş yüz) AZN məbləğində pulu Nadirə xanımın bank kartı hesabına və Etimadın qayınatası İlşad kişi də bir neçə dəfə borc pulu Nadirə xanıma ödəmişlər, hətta Polisdə araşdırma zamanı 1900 (min doqquz yüz) AZN məbləğində pul Nadirə xanıma borcun qaytarılması və işin bağlanması üçün verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qayınatasıdır. X14 xanıma pul borcu olmasından sonradan xəbəri olmuşdur. O, Nadirə xanımın yaşadığı ünvana gedərək, Etimadın borcuna görə Nadirə xanıma şəxsən əlbəəl 1000 (min) AZN məbləğində pul vermişdir. Daha sonra Nadirə xanım Etimadın qalıq borcunun ödənilməsinə görə ona zəng etdiyi üçün o, Bakı şəhərində yaşayan və tələbə olan oğlu vasitəsilə Nadirə xanıma 1000 (min) AZN məbləğində pul göndərmiş, eləcə də onun bank kartına 400 (dörd yüz) AZN məbləğində pul köçürmüşdür. Eyni zamanda bildirir ki, o, məhz kürəkəni Etimadın Nadirə xanıma olan pul borcunun ödənilməsi üçün ümumilikdə 2400 (iki min dörd yüz) AZN məbləğində pulu Nadirə xanıma ödəmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “borc” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən borc müqaviləsi predmetinin məbləği 3 (üç) min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanmalı olması “imperativ norma” ilə tənzimlənmiş, lakin yazılı müqavilənin nümunəvi forması və məzmunu müəyyən edilməmişdir. Bununla bununla yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər və bu zaman yazılı müqavilədə müqavilənin standart və mühüm şərtləri göstərilməlidir. Bu səbəbdən də, tərəflərin tərtib etdiyi və imzaladığı “qəbz” yazılı borc müqaviləsi kimi qiymətləndirilməli, müqavilə bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış hesab edilməli və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,...müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (Mülki Məcəllənin 417.1-ci maddəsi)...Öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. kimi şərtlər kredit müqaviləsinin mühüm şərtləri olmaqla yanaşı, qeyd olunan müqavilələrdə yetərli dərəcədə aydın göstərilməlidir...Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.... Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin...Yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir...Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə “borc müqaviləsinin sadə yazılı formada bağlanması” ilə bağlı hesab edir ki, tərəflər üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını özlərinin bərabərliyi əsasında təmin etməklə, eləcə də arzu etdikləri hüquqi nəticələri əldə etmək üçün məhz qarşılıqlı sadə yazılı və şifahi razılaşması əsasında “borc” müqaviləsi bağlamışlar. Məhz sadə yazılı formada bağlanmış “borc” müqaviləsinə əsasən sonradan “borcalan” tərəfindən “borc verən”in xeyrinə borcun bir hissəsinin ödənişi həyata keçirildiyi üçün bu hal əqdin bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq) kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı qismən öz təsdiqini tapmışdır. Belə ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə Cavabdeh ona məhz 3400 (üç min dörd yüz) AZN məbləğində pul borcu olmasını tam əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında Cavabdeh izahatına, şahidlər X2 ifadəsinə (Etimadın qardaşı Etibarın məhz özünün ona pul borcu olduğu üçün borcunu ödəmək üçün 2000 (iki min) AZN məbləğində pulu ona geri qaytarmasını bildirir...) və X1 ifadəsinə (Etimadın qayınatası İlşad kişinin Etimadın ona olan pul borcuna görə 1400 (min dörd yüz) AZN məbləğində puldan başqa, 1000 (min) AZN məbləğində pulun qaytarmadığını və ya ödənilmədiyini bildirir...) etiraz etsə də, lakin etirazının əsası kimi istinad etdiyi, xüsusilə həmin izahat və ifadələrdə qeyd edilən halları təkzib edən, əks arqumenti məhkəməyə təqdim edə bilməmiş, izahat və ifadələrə qarşı etirazı kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Buna baxmayaraq, İddiaçı Cavabdeh ona məhz 410 (dörd yüz on) AZN məbləğində pul borcu olmasını tam əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh ona məhz 410 (dörd yüz on) AZN məbləğində borcu olmasına dair məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını qismən əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə qismən mötəbər sübutlar (yəni aşağıdakı hesablama nəzərə alınmaqla.., Ümumi borc məbləği: 6910 manat. Ödənilmiş ümumi borc məbləği: 1. Etimadın Nadirənin bank kartı hesabına köçürdüyü 500 manat pul (cavabdeh bu faktı təsdiq edir...), 2. Etimadın atası Natiq kişinin Nadirənin bank kartı hesabına köçürdüyü 600 manat pul (cavabdeh bu faktı özü bildirir...) 3. Etimadın qardaşı Etibarın (atası Natiqin hər dəfə 1000 manat pulu qardaşı Etibara vermişdir ki, onun Nadirəyə olan pul borcunun ödəsin...) 3 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, şəxsən əlbəəl Nadirəyə ödədiyi ümumilikdə 3000 (üç min) AZN məbləğində pul (cavabdeh bu faktı qismən təsdiq edir...),

4. Etimadın qayınatası İlşadın Nadirənin bank kartı hesabına köçürdüyü 400 manat pul (cavabdeh bu faktı təsdiq edir...) və 4. Etimadın qayınatası İlşadın 2 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, Nadirəyə ödədiyi ümumilikdə 2000 (iki min) AZN məbləğində pul (cavabdeh bu faktı qismən təsdiq edir...) = 6500 manat. Qalıq borc məbləği: 6910 manat – 6500 manat = 410 manat) təqdim edə bilmişdir. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır. Bundan başqa, iddia tələbinin əsası kimi istinad istinad edilən və işin mübahisəli faktiki halları, məhkəmə iclasında məhz cavabdeh tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də qismən öz təsdiqini qismən tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı ilə Cavabdeh arasında yazılı formada bağlanmış “borc” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı, bununla yanaşı, cavabdeh tərəf etirazının (iddiaçı tərəfindən mübahisələndirilməyən və (və ya) cavabdehin izahatını, şahidlərin ifadəsini təkzib edən, lakin məhkəməyə təqdim edilməyən təkzibedici hallar istisna olmaqla...) əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli, Cavabdeh 410 (dörd yüz on) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 410 (dörd yüz on) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar