Məhkəmə qərarları › İş №e-2(072)-249/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-249/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-249/2025 19.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən ödənilməli olan 9000 (doqquz min) AZN məbləğində pulun ödənilməyən 5750 (beş min yeddi yüz əlli) AZN məbləğində pulun Cavabdeh ödənilməsini tələb edir. Hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişindən sonra ödənilməyən pul məbləğinin ödənilməsinin tələb edilməsi üçün yeni hallar (yeni əsaslar...) aşkar edilmir. Bu səbəbdən də, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişi olduğu üçün iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olduğu və eləcə də barışıq sazişindən sonra ödənilməyən pul məbləğinin ödənilməsinin tələb edilməsi üçün yeni hallar (yeni əsaslar...) aşkar edilmədiyi üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Bundan başqa, İddiaçı “barışıq sazişinin təsdiq edilməsi haqqında” Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-130/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadının icraya yönədilməsi barədə ərizə ilə aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.3-153.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbulundan imtina edilsin və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı “barışıq sazişinin təsdiq edilməsi haqqında” Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-130/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadının icraya yönədilməsi barədə ərizə ilə aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar