Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-351/2025 08.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil): “Prospekt” Vəkil Bürosunun vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkil): Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil2, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əlı̇ yev Fərhad Davud oğluna və cavabdeh Eyvazov Ramı̇ l Cahangı̇ r oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Eyvazov Ramı̇ l Cahangı̇ r oğlunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızına qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Eyvazov Ramı̇ l Cahangı̇ r oğlu iddaçı Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızına qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızına qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını, eləcə də ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ilk və qarşılıqlı iddiaçı tərəfin vəsatəti ilə iddia ərizələri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əlı̇ yev Fərhad Davud oğluna və cavabdeh Eyvazov Ramı̇ l Cahangı̇ r oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Eyvazov Ramı̇ l Cahangı̇ r oğlunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızına qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddiaçıya geri qaytarılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əlı̇ yev Fərhad Davud oğluna və cavabdeh Eyvazov Ramı̇ l Cahangı̇ r oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Eyvazov Ramı̇ l Cahangı̇ r oğlunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Eyvazova Rı̇ qı̇ na Camaləddı̇ n qızına qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-351/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-351/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver