Məhkəmə qərarları › İş №e-2(072)-412/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-412/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-412/2025 03.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil): Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi (vəkil): Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkil) Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, eləcə də dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan ********** saylı, 13 may 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən Cəbrayıl Rayon Məhkəməsinə verilmiş qarşılıqlı iddia ərizəsinə görə 100 (yüz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə iş materiallarını, eləcə də İddiaçı nümayəndəsi (vəkil) Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı tərəfin vəsatəti ilə iddia ərizəsi geri qaytarılamalıdır. Bundan başqa, ərizə geri qaytarıldığı üçün ödənilmiş 156 (yüz əlli altı) AZN məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş 156 (yüz əlli altı) AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikası dövlət büdcəsi hesabından İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar